Mövlud Süleymanlı: "Əkrəmin faktları saxtadır"

Mövlud Süleymanlı: "Əkrəmin faktları saxtadır"
31 yanvar 2013
# 12:48

Xalq yazıçı Əkrəm Əylislinin keçən ilin dekabrında Moskvada “Drujba Narodov” jurnalında çap olunmuş “Daş yuxular” romanı ətrafında müzakirələr səngimək bilmir.

Müzakirələrə qoşulan Xalq yazıçısı Mövlud Süleymanlı Kulis.Az-a açıqlamasında Əkrəm Əylislini həqiqətləri yazmamaqda günahlandırıb: “Əkrəm Əylisli yazıçıdır, nə istəsə yaza bilər. Əkrəm həmişə sərbəst olub. Amma onun istinad etdiyi tarixi materialların hamısı saxtadır. Əkrəm ermənilərin saxtalaşdırdığı tarixi faktlara əsaslanıb. Azərbaycanlılar haqqında qətiyyən düz yazmayıb. Bu Əkrəmin növbəti səhvidir. O, yenə də ermənilərlə bağlı səhv edib. Bütün incə nüanslara qədər yazdıqları hamısı səhvdir. Erməni ilə bağlı tərəfkeşlik edib, əcəb edib. Amma düzgün etmir. Əkrəm obyektiv deyil, subyektivdir, yazdıqlarında qərəz hiss olunur. Niyə qərəzlidir bax bu bilinmir”.

Yazıçı Seyran Səxavət isə Əkrəm Əylislinin son romanına qarşı olan çıxışları mənasız addım sayıb: “Romanı oxumasam da, mətbuatda çap olunmuş hissələrlə tanışam. Bir xalq, cəmiyyət olaraq görünür biz hələ ədəbiyyata qiymət vermək səviyyəsində deyilik. Bunu Əkrəmin son romanına münasibətdə gördüm. Əkrəmə bu cür münasibət tarixi səhvdir. Əkrəmin bütün əsərlərini oxumuşam və Əkrəmin Azərbaycan ədəbiyyatında ən böyük kitabı elə Əkrəmin özüdür. Mən bu kitabla artıq 50 ilə yaxındır ki, tanışam. Bu kitabı oxu-oxu bitmir. Əkrəm böyük ustaddır. Əkrəm “Azərbaycan” jurnalında çevriliş edib, sinəsi orden-medallı, boynu zəncirli, adlı-sanlı yazıçıları bir kənara sürüşdürüb, ədəbi gəncliyi çap edib. Bu gün Əkrəmə qarşı olan yersiz, cılız, düşük, mənasız hücumlar onun ayağının altından keçib gedir. Əkrəm Azərbaycan ədəbiyyatının yüksəkliyini fəth edib. Bu sözləri onun əsərlərinə, əqidəsinə, “Azərbaycan” jurnalındakı fəaliyyətinə bələd olan biri kimi deyirəm. Əkrəmə qarşı çıxmaqla böyük bir məbədi daşlayırıq”.

Seyran Səxavət “Daş yuxular” romanını siyasiləşdirməyin əleyhinədir: “Əkrəmin romanını siyasiləşdirmək istəyənlər bilməlidir ki, Əkrəmi dünya siyasətinin nəhəng qazanında nə qədər qaynatsalar da ondan siyasətçi çıxmaz. O, siyasətçi deyil. Əkrəm böyük söz sahibi, böyük ədəbiyyatçıdır. Bu mənasız demaqogiyaya son qoymaq lazımdır”.

# 4268 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #