Bu institut ilk cümlələri toplayacaq

Bu institut ilk cümlələri toplayacaq
26 fevral 2013
# 08:00

Hər bir yazıçının ən böyük istəyi oxucunu təsirləndirmək, onu kitabı oxumağa elə ilk cümlədən həvəsləndirməkdir. Oxucunun oxuduğu ilk cümlə o kitabın satılması, son cümləsi isə yazıçının daha çox oxucu qazanmasına yardımçı olur. İlk cümləni ilahiləşdirən yazıçılar da az deyil. Məsələn, Nobel mükafatlı şair Oktavio Pasa görə, ilk cümlə ya Yaradandan, ya da gizli bir mənbədən vəhy kimi göndərilir.

Türkiyənin “Zaman” qəzetinin müxbiri Musa İyrek şair Enis Baturun ilk cümlələrlə bağlı maraqlı bir ideyasını reallaşdırıb. İlin əvvəllərində “İncipit” adlı bir institut yaradıb və bütün romanların ilk cümlələrini toplamağa başlayıb.

Saytları əsl arxivi xatırladır; burada eyni vaxtda həm Qustav Floberin “Madam Bovari”sinin, həm Yaşar Kamalın “İncə Məmməd”inin, həm Herman Hessenin “Knulp”unun ilk cümləsini oxumaq mümkündür...

Oxucuların, maraqlananların da gündən-günə artmaqdadır. Musa İyrekin ən yaxşı köməkçiləri də elə onlardır; əllərinə hansı kitab keçsə, ilk cümləsini köçürüb İyrekə göndərirlər.

Musa İyrek ideyanın yaranmasını belə xatırlayır: “Şair Enis Batur 2006-cı ildə bir yazı yazmışdı. Yazıda dünyadakı bütün kitabların ilk cümlələrini toplayaraq onları əlaqələndirmək, şərh vermək məqsədi ilə yaradılmış bir mərkəz arzusunu dilə gətirmişdi. Ədəbiyyatsevər biri kimi bu fikir mənim çox xoşuma gəldi. 7 ildir bu həvəslə harda kitab görsəm, açıb ilk cümləsini köçürürəm. Nəhayət bu il “İncipit institutu”nu internetdə qurdum”.

İlk cümlə niyə bu qədər vacibdir?

Nobel mükafatlı Orxan Pamuk ilk cümlənin kitabın bütün ruhunun, gedəcəyi yolun, oxucuya verəcəyi təəssüratın ipucu hesab edir. Digər dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markez də ilk cümlədən təsirlənənlərdəndir. Müsahibələrinin birində məhz Kafkanın “Çevrilmə” əsərinin ilk cümləsinin onda yazmaq istəyi yaratdığını deyib.

Üstəlik, nəşriyyatlar da bu detala çox fikir verirlər. Yazarın gətirdiyi əsərin ilk 30-40 səhifəsini oxumaqla kifayətlənir və nəşr olunub-olunmayacağı barədə qərar verirlər.

Qərbdə fəaliyyət göstərən yazıçılıq kurslarında da ən vacib dərslərdən biri “ilk cümlənin yazılışı” dərsi hesab olunur. Gələcək yazıçılara bu barədə geniş məlumatlar verilir, onlara bu detalın nə qədər vacib olduğunu aşılayırlar.

“Incipit İnstitutu”nun könüllüləri…

Musa İyrek hazırda İngiltərədə yaşadığına görə, Türkiyədəki ədəbi mühitlə əlaqəsi zəifdir, yeni çıxan kitablarla tanış ola bilmir. Amma sayt yaradılandan “Incipit” könüllüləri də peyda olub. Türkiyənin fərqli bölgələrindən olan könüllülər əllərinə düşən istənilən kitabın ilk cümləsini yazaraq İyrekin e-mailə göndərirlər. Qəribəsi budur ki, könüllülərdən bəziləri bu institutu rəsmi qurum hesab edərək, İyrekə işləmək üçün müraciət də edirlər.

Bu cür dəstəkdən ilhamlanan İyrek “Incipit”in ingiliscə variantını da hazırlamaq qərarına gəlib. İngilisdilli versiyada həm türk əsərlərin ilk cümlələrinin ingilis dilində tərcüməsi, həm də ingilis ədəbiyyatının nümayəndələrinin əsərləri yer alacaq.

Daha yaxşı ideyaları, layihələri olduğunu deyən İyrek hələ ki hər gün sayta minlərlə gözəl ilk cümlə yükləməyin sevincini yaşayır və ümid edir ki, bu layihə çox insanlara məqsədinə, arzularına çatmaq üçün mayak olacaq.

# 4763 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər