“Səni özümdən soyunub atdım...”

“Səni özümdən soyunub atdım...”
3 dekabr 2013
# 08:45

Kulis.az şair Mahir Mehdinin yeni şeirlərini təqdim edir.

Təzə hərflər

Qədimsən,
şeirdəsən,
yerindəsən,
təksən,
təzə hərflərdəsən
oxuya bilmirəm səni...

Sonuncu dalan

Bu qaranlıq dalanda
gecənin ən gözəl şeirini yazdım
saçlarına, gözlərinə, dodaqlarına.
axırı, səni də şeirə çevirə bildim -
gecənin ən gözəl şeirinə

43-cü dekabr

Dekabr belə başladı,
sənsiz, səssiz,
doldu otağıma,
hər yeri öz rənginə boyadı,
geyindim dekabr gödəkcəmi,
endim pillələri,
çıxdım küçəyə -
dekabra....

Son söz

Daddım...
addım, addım,
səni özümdən soyunub atdım...

147-ci otaq

Varsan olduğun qədər,
görülən hər işimdə.
sən adlı mən yaşayır
qırx ildi ki, içimdə.

Çıxammamısan çölə,
hələ də uşaqdasan...
yaxın olduğun qədər
uzaqdan uzaqdasan.

Kaş ki, ölüb gedəydim,
sən doğulduğun ildə.
kaş ki, susa biləydim,
sən danışdığın dildə.

Köhnə şeir


Qopa səni bura bağlayan bağlar,
davamın gəlməyə sona yetəsən.
Girəsən gecəyə, bom-boş küçəylə,
yağışın dalınca düşüb gedəsən.

Bilən də olmaya hara getmisən,
tapa bilməyələr səni polislər.
Aparıb çıxara gəldiyin yerdən
bir az da qabağa səni bu izlər.

Qalxasan hər şeydən bir boy yuxarı,
tullanıb düşəsən sonuncu qata.
Yerin çəkimindən qırağa çıxıb
keçəsən olmayan vaxta, saata.

Cümə axşamı

Mən də belə gecəyəm,
düşməyə şəhərim,
üzümü sürtməyə pəncərəm yox,
çöldəyəm,
həmişəki kimi...

# 5304 dəfə oxunub

Oxşar xəbərlər

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər