Anar bir dövr idi, amma qapandı

Anar bir dövr idi, amma qapandı
15 dekabr 2012
# 10:54

Kulis.az dərgisinin redaktoru Qan Turalının Azərbaycan Yazıçılar Birliyinin sədri Anardan aldığı müsahibənin ajiotajı davam edir.

Qan Turalı “Yeni Müsavat”a açıqlamasında müsahibə ilə bağlı deyilən fikirlərə cavab verib. Müsahibimiz öncə onu söylədi ki, barəsində tənqidi fikir söyləyən qələm dostlarına cavab vermək istəmir: “Onların hər hansı biri ilə opponentlik etmək fikrim yoxdur”.

Müsahibimizin fikrincə, polemikada intellektual səviyyə bərabər, ya da yaxın olmalıdır. Qan Turalı Elnur və Aqşinin “Dədə Qorqud” dastanında Qan Turalı obrazı yoxdur" fikirlərini yada salıb, belə elementar məsələdə səhv etmələrini gülünc adlandırıb: “Mən indi Baxtinin "Dostoyevski haqqında kitabını oxuyuram, bunlar hələ IX sinif ədəbiyyat dərsliyini yaxşı öyrənməyiblər".

Həmkarımız bu halda hansısa fikir mübadiləsi aparmağın qeyri-mümkünlüyü vurğuladı: “Mən redaktoram, işim müsahibə almaqdır. Bu kontekstdə mənim kimdənsə müsahibə almağım normal qəbul olunmalıdır. Bir insanın müəllif kimi fikir bildirməsi başqadır, açıqlama alması başqadır. Mən bu müsahibəni baş redaktor kimi almışam. Daha öncə Əkrəm Əylislidən, İsa Hüseynovdan da müsahibə almışam. Musa Yaqubdan aldığım müsahibə də yayımlanacaq. Bəs niyə ancaq Anarla müsahibəm rezonans doğurub? Halbuki adını çəkdiyim müsahiblər barədə də daha öncə sərt, tənqidi fikirlər səsləndirmişəm. Sadəcə, problem ondadır ki, Anar bunların beyinlərinin, şüurlarının Allahıdır, Əhrimənidir. Bunlar Anarsız yaşaya bilmirlər. Bütün ağılları, şüurları Anardır. Halbuki Anar mənim üçün ədəbiyyatın keçmişidir”.

Qan Turalı Anarla müsahibəsini Anarın 1993-cü ildə Mirzə İbrahimov haqqında yazdığı məqalə ilə müqayisə etdi: “Anar həmin məqalədə yazır: "Heç şübhə yoxdur ki, Mirzə İbrahimov bizim ədəbiyyatımızda bütöv bir dövrdür. Dövrə də, Mirzə İbrahimova da münasibətdən asılı olmayaraq bu, belədir. Bu dövr bitdi. Bu dövrü və o ömür yollarında Vaxtın bütün mürəkkəbliyini və ziddiyyətlərini təcəssüm edən insanları mühakimə etməyə indi bizim haqqımız varmı?" İndi də eyni şeyi Anar haqqında demək olar. Bu dövr qapanıb, biz yeni səhifə açmalıyıq".

Müsahibimiz həmkarlarına meydan oxudu: “Hamınız jurnalistika ilə məşğul olursunuz, gedin Anarla məndən yaxşı müsahibə alın. Əminəm ki, onların heç biri bundan daha yaxşı müsahibə ala bilməz. Qıraqda dayanıb söz demək asandır”.

Sevinc Telmanqızı

# 3146 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin bitməyən maddi problemi - Rasim Sultanzadə

Kişilərin bitməyən maddi problemi - Rasim Sultanzadə

10:15 30 aprel 2025
"Milli Kitab 10-luğu" - "Əli və Nino"

"Milli Kitab 10-luğu" - "Əli və Nino"

09:10 30 aprel 2025
Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

17:30 28 aprel 2025
Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova

Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova

14:00 26 aprel 2025
Məmməd Orucla bir gün... - VİDEO

Məmməd Orucla bir gün... - VİDEO

09:40 23 aprel 2025
“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

16:40 16 aprel 2025
# # #