Şairə şeirə görə töhmət verildi

Şairə şeirə görə töhmət verildi
28 oktyabr 2015
# 16:51

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi “525-ci qəzet”in 17 oktyabr 2015-ci il tarixli sayındaMədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri şair Vaqif Quliyevin (Bəhmənli) şeirlərinin dərc olunması ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, həmin şeirlərdən biri “Hamıya yaxşılıq” adlı şeir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə həsr olunub: “Şeir qəzetdə dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilib və ictimaiyyət tərəfindən müxtəlif səpkili münasibət bildirilmişdir. Qeyd etmək istəyirik ki, bu şeir təxminən 5-6 ay əvvəl Vaqif Quliyev tərəfindən yazılıb və görüşlərin birində şeiri nazirə göstərilib. Lakin nazir Əbülfəs Qarayev şeirdə işlənən ifadələrdən o qədər də razı qalmayıb, edilən təriflərə öz iradını bildirib və bu yazının bir daha üzə çıxarılmamasını və heç bir yerdə dərc edilməməsini tapşırmışdı. Lakin hadisənin üzərindən xeyli müddət keçdikdən sonra Vaqif Quliyevin Gənc Tamaşaçılar Teatrında keçirilən 60 illik yubiley mərasimi ərəfəsində şairin şeirlər toplusu ilə birlikdə bu şeir dərc edilmiş və yuxarıda qeyd etdiyimiz kimi müxtəlif müzakirələrə, bəzən qərəzli və emosional münasibətlərə səbəb olub.

Bu hadisə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən pislənilib, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə əlaqə yaradılaraq bu üslubda şeirin qəzetdə dərc olunmasına dair irad bildirilib.

Ümumilikdə son günlər kütləvi informasiya vasitələrinin geniş müzakirəsinə səbəb olmuş bu fakt dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun gəlməyən hal kimi dəyərləndirilib və Nazirliyin əməkdaşının rəhbər şəxsə qarşı öz fikirlərini bu formada - yaradıcılıq nümunəsi vasitəsilə bildirməsi qəbuledilməz hal kimi dəyərləndirilir. Bu hadisə Vaqif Quliyevin dövlət qulluqçusu kimi öz vəzifələrinə uyğun gəlməyən bu yaradıcılıq nümunəsinin çap etdirməsi pislənmiş və bir daha təkrarlanmaması tapşırılıb.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin 28 oktyabr 2015-ci il tarixli əmri ilə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə töhmət elan olunub”.

# 964 dəfə oxunub

Oxşar xəbərlər

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

09:27 13 sentyabr 2024
O kitabı Turan xanım mənim üçün imzalayıb... - Nadir Yalçın

O kitabı Turan xanım mənim üçün imzalayıb... - Nadir Yalçın

18:00 12 sentyabr 2024
22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

09:00 11 sentyabr 2024
# # #