Məşhur narkomanlar - ARAŞDIRMA

Məşhur narkomanlar - ARAŞDIRMA
13 sentyabr 2017
# 09:00

Kulis.az "Narkotika düşkünü olan məşhurlar" yazısını təqdim edir.

Ziqmund Freydin kokainə əvvəlcə tibbi marağı olub. O kokainin dadına ilk dəfə 1884-cü ildə baxıb. Dahi psixoanalitik onun təsirindən heyrətlənib. Kokain onu depressiyadan xilas edib və özünəinamı gücləndirib. O zaman gənc alim kokaini astmanın, depressiyanın, nevrozun dərmanı kimi istifadəsini məsləhət görüb. Freyd kokainin xassələri haqda məqalələr də yazıb.


Sonralar yaxın dostu Ernst fon Flyayşl kokaindən öləndən sonra o, fikrindən daşınıb. Freydə kokaindən xilas olması üçün uzun zaman lazım olub.


Tanınmış amerikalı rəssam, dizayner və heykəltəraş Endi Uorxol (1928-1987) obetrol düşgünü olub. Obetrol o qədər də geniş yayılmayan narkotik vasitədir və indi daha çox “adderal” adı ilə tanınır. Bu preparat diqqətin stimullaşdırılması və iş qabiliyyətinin artırılması üçündür. Amma bu həblərin psixopat tutmaları, depressiyaya salma kimi əlavə təsirləri varmış.

“Cazın qara knyazı” adlandırılan, bəstəkar və truba ifaçısı Maylz Devis (1926-1991) heroin aludəçisi olub. Heroin ucbatından o, bəzən tamamilə yaradıcılıqdan uzaqlaşırdı. 1950-ci illərin əvvəlində heroindən asılı olan Devis yalnız 4 ildən sonra ona qalib gəldi.

Fransız yazıçısı Balzak formada olmaq üçün həddən çox kofe içirdi. Onun ürək xəstəliyinin əsas səbəblərindən biri həddən çox kofe qəbul etməsi idi. Yazıçı məhz bu xəstəlikdən də dünyasını dəyişib. O, gün ərzində 20 fincandan çox kofe içirmiş. Müasir dövrümüzdə kofeyə aludəçilik - toksikomaniyanın bir növü sayılan “kofeinizm” adlanır.


İngilis yazıçısı - “Alisa möcüzələr ölkəsində” əsərinin müəllifi Luis Kerrol tiryəkdən istifadə edib. Miqrendən əziyyət çəkən yazıçı ağrılarını yüngülləşdirmək üçün tiryək qəbul edirdi. Bundan başqa, hələ uşaqlıqdan Kerrolun pəltəkliyi vardı. Tiryək ona bu kompleksdən azad olmağa kömək edir, sakitləşdirir və özünəinam yaradırdı.

1951-ci ildə Edit Piaf avtomobil qəzasına düşür. Nəticədə onun qolu və iki qabırğası qırılır. Ağrını dəf etmək üçün o morfidən istifadə edir. Hələ qəzadan əvvəl sevdiyi şəxsi itirən müğənni depressiyaya düşmüşdü və spirtli içkilər qəbul edirdi. Müalicələr də onu alkoqoloizmdən xilas edə bilmədi.

Amerikan yazıçısı Trumen Kapotenin həyatındakı stresslər onu alkoqoloizmdən asılı etdi. Sonralar isə o, narkotiklərin qəbuluna başladı. Ölümündən sonra onun qanında “barbiturat”, “valium”, “antiepileptik” və ağrıkəsici maddələr aşkarlanıb.



Britaniya kimyaçısı və ixtiraçısı Devi Hemfri azotu hava kimi udurdu. Azot alimdə xoş hisslər, şən əhval-ruhiyyə yaradırdı. Hər gün bunu təkrarlayan Hemfri erkən yaşda dünyasını dəyişdi.



Yazıçılar Uliyam Folkner, Frensis Fistcerald, Ernest Heminquey, Edqar Po da alkoqol düşkünü olublar.


# 4995 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər