“Çox axmaq sözlər yazıram”

“Çox axmaq sözlər yazıram”
7 yanvar 2013
# 08:15

Hər eşq əbədi davam edəcək deyə bir qayda yoxdur. Təəssüf ki, ayrılıq qaçılmazdır. Ancaq yollar ayrılarkən bunu da doğru düzgün edə bilmək özü yaxşı bir örnək ola bilər. Sevdiyimiz yazıçıların ayrılıq məktubları bəlkə kiməsə yol göstərər bir az, heç olmasa birlikdə keçən gözəl günlərin xətrinə ya da bir-birini incitməmək üçün.

Simona de Bovuarın Nelson Alqrenə məktubu. 1950

Simona de Bovuar Alqrenlə 1947-ci ildə Çikaqoda tanış olublar. Bu cütlük bir neçə il münasibətlərini uzaqdan uzağa davam etdirdilər. Ancaq Alqren üçün məsafə böyük bir problem olmuşdu. De Bovuarı daha çox görmək istəyirdi. Simona de Bovuar bu məktubu sevgilisini görmək üçün Parisdə gedib qayıdandan sonra yazmışdı. Bu məktubun yazılma səbəbi sevgilisi Nelson Alqrenin ona soyuq münasibəti olub.

Hirsdən çox quru bir üzüntü hiss edirəm, bu vaxtadək hələ gözlərim belə islanmayıb, qupqurudu. Ancaq qəlbimdə sellər axır.

Üzgün də deyiləm. Deyəsən daha çox çaşbaşlıq var. Özümdən çox uzaqda sənin bu qədər uzaq və eyni zamanda bu qədər yaxın ola biləcəyinə təəccüb edirəm. Ayrılmazdan öncə sənə iki söz demək istəyirəm və əvvəlcədən söz verirəm bir də bu haqda danışmayacam. Birincisi, səni bir gün yenə görməyi çox istəyir, ümid edir və buna ehtiyac duyuram. Amma bunu da unutma səndən səni görməyi heç vaxt istəməyəcəm. Bu qürurdan deyil, onsuz bilirsən sənə qarşı qürurlu deyiləm. Yalnız sən istəsən görüşümüz mümkün ola bilər. Yəni gözləyəcəm. Əgər sən istəsən kifayət edir. Sevgini itirdim, amma səni itirmək istəmirəm. Necə oldu heç özüm də bilmirəm, amma mənə o qədər doğmalaşdın ki, bunları geri qaytarmaq mümkün deyil. Qayğın və dostluğun mənə o qədər dəyərli idi ki, hələ də özümü xoşbəxt hiss edirəm və buna görə sənə minnətdaram. Bunu demək utandırır, amma sənin məni artıq əvvəlki kimi istəməyən qollarına atıldığım anda nə qədər çox sevirdimsə hələ də o qədər çox sevirəm. Amma qəti bunu təzyiq kimi qəbul etmə və heç zaman mənə borcluysanmış kimi məktub yazma. Sadəcə ürəyin istəyəndə yaz və məni xoşbəxt etdiyini bil.

Nə isə... Artıq çox axmaq sözlər yazıram. Sənə yaxınlaşmağıma icazə ver. Lütfən keçmiş günlərdə olduğu kimi mənə qəlbimi geri ver.

Sənin Simonan

Aqnes von Kurovskidən Ernest Heminqueyə məktub. 1919 Mart

Birinci Dünya müharibəsi zamanı Milanda əsgər olan Ernest Heminquey yaralanır və xəstəxanada yatmalı olur. Bu zaman burda olan tibb bacısı Aqnesə aşiq olur. Heminquey onunla evlənmək istəyir, amma həmin vaxt 18 yaşlı əsgər 26 yaşlı tibb bacısı tərəfindən rədd edilir. Heminquey müharibədən sonra da ona yazmağa davam edir, ta ki Aqnesdən ona gələn bu məktuba qədər.

Ernest, bu məktubu uzun müddət düşündükdən sonra yazmağı qərara aldım. Qorxuram ki, bu məktubumla səni üzəcəm. Amma bu üzüntünün qalıcı olmayacağına əminəm.

Sən burdan ayrıldıqdan sonra özümü bunun sevgi olduğuna inandırmağa çalışdım. Çünki, sən bu məsələdə çox təkid edirdin və mən də özünə bir şey edəcəyindən ehtiyat edirdim.

Yalnız indi-səndən ayrı keçirtdiyim bir neçə ay ərzində sələ hələ də bağlı olduğumu bilirəm. Fəqət bu aşiqdən çox bir ananın balasına bəslədiyi sevgi kimi bir hissdir. Bəli sənin üçün hələ də Kid (Kurovski və Heminquey arasında bir ləqəb) olduğumu bilirəm, amma əslində o cür deyiləm və günü-gündən bundan uzaqlaşıram.

Yəni Kid, (sən mənim üçün hər zaman Kid olaraq qalacaqsan) məni nə vaxtsa bağışlaya biləcəksənmi? Pis biri olmadığıma və sənə zərər verə biləcəyimi düşünmürsən yəqin. Bəlkə də lap əvvəldən səhv etdim. Amma mən səndən çox yaşlıyam və bu heç zaman dəyişməyəcək.

Gələcəkdə sənin adını çox eşidəcəyimə inanıram, səninlə qürur duyacağıma da.

Lütfən, sənə verdiyim bu xəbərin mənim üçün də gözlənilməz olduğuna inan. Tezliklə evli bir qadın olacağam. Məni bağışlayacağını ümid edir və özünə bir karyera qurub necə bacarıqlı olduğunu hamıya sübut edəcəyinə inanıram.

Dostun

Virciniya Vulfun əri Leonard Vulfa məktubu. Mart 1942

Bu Virciniya Vulfun ərinə yazdığı vida məktubudur. Yazıçı məktubu tamamlayandan sonra evdən çıxır və özünü yaxınlıqdakı çaya ataraq intihar edir.

Canım, artıq yenidən dəli olmağa başladığımı hiss edirəm. Artıq bu pis günləri geridə buraxa bilməyəcəyimi düşünürəm. Bu dəfə sağala bilməyəcəm. Səslər eşitməyə başlamışam və diqqətimi işimə cəlb edə bilmirəm. Elə buna görə də edə biləcəyim ən doğru işi edirəm.

Sən mənə yaşada biləcəyin ən gözəl, xoşbəxt günləri yaşatmısan. Elə hər baxımdan. Bu xəstəliyə tutulana kimi iki insanın birlikdə dada biləcəyi ən böyük xoşbəxtliyi daddıq. Bundan artıq mübarizə apara biləcəyimə inanmıram. Buna gücüm yoxdur. Bilirəm həyatını məhv edirəm, ancaq mənsiz də həyat davam edəcək. Yaşamağa davam edəcəksən, bilirəm. Bu məktubu belə düzgün yaza bilmirəm. Oxuya bilmirəm.

Demək istədiyim budur ki, həyatımdakı bütün xoşbəxtlikləri sənə borcluyam. Həmişə yanımda oldun, mənə arxa durdun. Bunu hamı bilir. Əgər məni xilas edəcək biri olsaydı, bu sən olardın. Mən hər şeyimi itirdim amma sənin mənə etdiyin yaxşılıqlar həmişə mənimlə olacaq. Həyatını daha çox cəhənnəmə çevirə bilmərəm. Həyatda kiminsə bizim kimi xoşbəxt ola biləcəyinə də inanmıram.

# 2872 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
#
#
# # #