Yarıçılpaq qadınlar

Yarıçılpaq qadınlar
7 noyabr 2012
# 08:30

Ara-sıra “Youtube”da fransız müğənnisi Dalidanın ifasında “Je Suis Malade” kompozisiyasını dinləyirəm.

Uzun, ciddi bir əlbisədə mikrofon qarşısında hərəkətsiz dayanıb, gözlərini hansısa məchulluğa zilləyib mahnı oxuyur. Sanki zalda nəfəsini içinə çəkib onu heyranlıqla dinləyən publika heç yoxmuş. Dalida o zaldan uzaqlarda, özündən başqa kimsənin bilmədiyi kosmosun tamamilə ayrı qatlarında dolaşır. O, reallıq hissini tərk etmiş kimi görünür.

Çiyninə dağılmış, dalğalı, pərişan saçları, zərif duruşu, gözlərindəki öldürücü qüssə və gözlərinin sonsuz dərinliyində sayrışan çılğınlıq qarışıq xiffət, üzünün son dərəcə hissiyyatlı ifadəsi, səsindəki ağrı mahnının kövrək qammaları ilə bütünləşir və göz önündə onun dolğun, cazibəli, sirli qadın obrazı yaranır. Və bu anda məndən “qadın” sözünün tərifini necə vermək olar?” soruşsalar, düşünmədən “Qadın Dalidadır” deyərəm.

Publikanı ram etmək üçün Dalidanın nə açıq-saçıq geyimə, nə “ekssentrik” hərəkətlərə, nə də şəhvani pozalara ehtiyacı var. Bir qadın bu qədər sadə, bu qədər iddiasız və eyni zamanda ahənrüba kimi çəkici, əlçatmaz olmaqla da adamı məhvərindən çıxara bilirmiş.

****

Dalidanı niyə xatırladım?

Srağagün kanalları dəyişəndə istər-istəməz “Lider”də bir neçə dəqiqəlik saxladım. Diqqətimi “Bir könüldən” proqramını aparan Könül Kərimovanın qiyafəti çəkmişdi.

Səhnəyə çıxdığı ilk illərdə mühafizəkar geyinən, hətta puritan təəssüratı buraxan müğənninin sinəsi o qədər açıq idi ki, istər-istəməz diqqət ora yönəlirdi.

Təəccüblənməli nəsə yoxdur, təbii. Onsuz da indi bütün bəşəriyyət yarımçılpaqdır. Qadınların çoxu yarımçılpaq əlbisələr geyinir-efirdə, tədbirlərdə, məclislərdə, gündəlik həyatda, hər yerdə.

Hərçənd, məsələnin əxlaq (xüsusən də, cəmiyyətin qavradığı “əxlaq” anlamını nəzərdə tuturam) tərəfi mənə qətiyyən maraqlı deyil.

Əslində açıq-saçıq geyinənlərə münasibətim çox normaldır. Fəqət, açıq-saçıqlıq, hətta çılpaqlıq belə əhəmiyyətli məzmun, ciddi nəsə ifadə etməlidir, özünü təqdimetmənin, obrazın sadəcə bir elementi olmalıdır. Məsələn, Qoyyanın “Çılpaq maxa”sı, Robert Oltmenin şou-biznesi araşdıran “Yüksək moda” komediyasının finalında podiuma çıxan lüt modellər kimi. Onlar tamaşaçıda şəhvət hissi doğurmur, əksinə, fikri nəzərdə tutulan ideyaya, həqiqi mahiyyətə yönəldir.

Əksər qadınlar üçün yarımçılpaq əlbisə özünü sırf ifadə formasıdır. Özünü ifadənin yeganə aksentini geyimə etmək başqalarının marağını satın almağa hesablanır. İntellektinə, şəxsiyyətinə, cazibəsinə arxayın olmamağı ifadə edir. Maraqlı ola bilməmək, diqqətdən kənar qalmaq qorxusu onları vücudlarının hansısa hissələrini sərgiləməyə məcbur edir. Kürəyi, sinəsi açıq, qısa ətəklərlə, donlarla alt mesajlar ötürülür: “Məni satın alın, mənə diqqət göstərin, mən daha gözələm, daha seksualam” və s.

Və onda yarıaçıq qiyafətlərin altından o qadınların ruhu yox, müxtəlif ət parçaları önə çıxır: bir parça sinə, bir parça ayaq, bir parça çiyin, bir parça bud...

Beləliklə, günümüzün traktovkasında müasir qadın daha çox ət parçası anlamına gəlir.

J.L.Qodar hələ 60-ci illərdə gələcəyə dəqiq diaqnoz qoymuşdu. Onun filmlərindən birində ekrana - müasir yarımçılpaq qadın fotoları gəlir və şərh verilir: “Qədim yunan, intibah epoxası vardı. İndi isə bizdə g.... epoxasıdır”. Etik qaydaları nəzərə alaraq sözü tam yazmırıq. Özünüz tamamlayın.

# 4913 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

13:00 14 aprel 2026
“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

“Lifçik-trusik”, “sevişmək”, "XNXX", “məmə”... - Orxan Saffari özünü necə aldadır?

11:07 14 aprel 2026
Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

13:00 13 aprel 2026
“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

10:00 13 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər