“Mövlud Mövlud Mükafatı” təsis edildi - ŞƏRTLƏR

“Mövlud Mövlud Mükafatı” təsis edildi - <span style="color:red;">ŞƏRTLƏR
12 aprel 2017
# 10:28

“Gündəlik Teleqraf” MMC-nin tərkibində fəaliyyət göstərən Kult.az mədəniyyət portalı mərhum yazıçı Mövlud Mövludun xatirəsinə “Mövlud Mövlud Mükafatı” adlı hekayə müsabiqəsinə start verir.

Bu barədə Axar.az-a “Mövlud Mövlud Mükafatı” hekayə müsabiqəsinin təşkilat komitəsindən məlumat verilib. Müsabiqənin müntəzəm keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə iştirak qaydaları və digər şərtlər aşağıdakı kimidir:

Şərtlər:

Müsabiqədə 40 yaşına qədər olan bütün yazarlar iştirak edə bilər.

Hər bir müəllif müsabiqəyə yalnız 1 hekayə göndərə bilər.

Hekayələrin həcmi 15 min işarədən çox olmamalıdır.

Müsabiqəyə yalnız çap olunmamış hekayələr buraxılacaq.

Hekayələr korrektə olunaraq göndərilməlidir. Həddən artıq korrektə səhvi olan mətnlər isə müsabiqəyə qəbul olunmayacaq.

Əsər qəbulu:

Müsabiqəyə əsər qəbulu aprelin 12-də başlayıb, iyunun 30-da bitəcək.

Müəlliflər öz mətnlərini [email protected] elektron poçtuna göndərməlidirlər.

Hər bir müəllif mətnlə birlikdə şəxsiyyət vəsiqəsinin sürətini də göndərməlidir (şəxsiyyət vəsiqəsinin sürəti vörd faylının içində olmamaq şərti ilə).

Müsabiqədə mövzu məhdudiyyəti yoxdur.

Mükafatlar:

“Mövlud Mövlud Hekayə Mükafatı” laureatı adını qazanan yazarlar pul və diplomla mükafatlandırılacaq:

I yer – 1000 manat

II yer – 700 manat

III yer – 500 manat

Müsabiqədə 10-luğa düşən əsərlər kitab halında işıq üzü görəcək və qaliblərin elan edildiyi tədbirdə təqdim ediləcək.

Mətnlər münsiflərə müəlliflərin adı gizli saxlanılaraq təqdim olunacaq və münsiflərin, qaliblərin adları yalnız mükafatlandırma mərasimində açıqlanacaq.

Mükafatlandırma mərasiminin sentyabr ayının sonlarında keçirilməsi planlaşdırılır.

Qaliblərin müəyyən olunması qaydası:

Münsiflər ayrı-ayrılıqda bütün əsərləri oxuyub, layiq bildikləri 10 hekayəni 10 ballıq sistemlə qiymətləndirəcək. Təşkilat Komitəsi ən çox bal almış hekayələri seçib 10-luğu, bundan sonra isə qalib üçlüyü müəyyən edəcək.

Bundan sonra 10-luq kult.az mədəniyyət portalında onlayn səsverməyə çıxarılacaq.

Onlayn səsvermədə qalib olan 1 hekayə oxucuların seçimi kimi qiymətləndiriləcək və bunun münsiflərin seçiminə heç bir aidiyyəti olmayacaq.

Onlayn səsvermənin qalibi də diplom, eləcə də planşet və ya mobil telefonla mükafatlandırılacaq.

Ola bilər ki, onlayn səsvermənin qalibi münsiflərin seçdiyi 3 hekayədən biri olsun. Belə olan halda həmin hekayənin müəllifi həm münsif seçiminin, həm də onlayn səsvermənin qalibi kimi hər iki mükafatı alacaq.

Qeyd edək ki, gənc yazar Mövlud Mövlud martın 16-da faciəli şəkildə dünyasını dəyişib.

# 1374 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər