Kannda mükafat qazanan ilk trans aktrisa Oskara namizəddir

Kannda mükafat qazanan ilk trans aktrisa  Oskara namizəddir
25 sentyabr 2024
# 10:47

97-ci Akademiya Mükafatları 2 mart 2025-ci ildə keçiriləcək. Oskar yarışında hansı aktrisaların qalib olacağı ilə bağlı artıq söhbətlər başlayıb.

Ancelina Coli - "Mariya"

Yunan-Amerikalı soprano sənətçisi Mariya Kallasın həyatından bəhs edən "Mariya" filmində Ancelina Coli Kallası, Haluk Bilginer isə yunan əsilli gəmi sahibi Aristotel Onassisi canlandıracaq.

Ssenarisini Stiven Naytın yazdığı “Mariya” 1970-ci illərdə Parisdəki Mariya Kallasın həyatından və yaşadığı dərin tənhalıqdan bəhs edir.

Saoirse Ronan - "The Outrun"

Şotlandiyanın Orkney adalarının vəhşi gözəlliyində çəkilən filmdə Saoirse Ronan asılılıq ilə üz-üzə qalan və çətin ailə keçmişinin öhdəsindən gələn Rona rolunu canlandırır.

Emi Liptrotun 2016-cı ildə eyniadlı memuarına əsaslanan filmin rejissoru Nora Finqşeydtdir.

Mikey Madison - "Anora"

Ssenarisi və rejissorluğu Sean Bakerə məxsus olan filmdə Mikey Madison və Paul Weissman kimi adlar çəkilib.

77-ci Kann Film Festivalında nüfuzlu Qızıl Palma Mükafatı “Anora” filmi ilə amerikalı rejissor Şon Beykerə verilib .

Karla Sofia Qaskon - "Emiliya Peres"

Rejissor Jak Audiardın çəkdiyi filmdə vəkil Rita gözlənilməz təklif alır. O, hər kəsin qorxduğu bir kartel patronuna təqaüdə çıxmaq və onun həmişə xəyal etdiyi qadına çevrilmək üçün kömək etməlidir.

Emilia Perez filminin dörd aktrisası Kann Film Festivalında “Ən Yaxşı Aktrisa” mükafatını qazanıb. Film həm də “Münsiflər heyətinin mükafatı”na layiq görülüb.

Mükafatı Karla Sofiya Qaskon alıb. Filmin ulduzu Karla Sofia Qaskon Kannda mükafat qazanan ilk trans aktrisa olub.

Marianne Jean-Baptiste - "Çətin həqiqətlər"

Mike Leigh tərəfindən yazılmış və rejissorluq etdiyi film müasir dünyada insanların güclü və zəif tərəflərindən tragikomik şəkildə bəhs edir.


Oskar yarışında ola biləcək digər filmlər:

Culian Mur - “The Room Next Door” (Qonşu otaq)

Demi Mur - “The Substance” (Maddə)

Sintiya Erivo - “Wicked” (Pis)

Fernanda Torres - “I’m Still Here” (Mən hələ də buradayam)

Cun Skuib - "Thelma"

# 195 dəfə oxunub

Oxşar xəbərlər

"Hər yerindən zərbə almış insan..." - Cavanşir Yusifli

"Hər yerindən zərbə almış insan..." - Cavanşir Yusifli

17:00 24 sentyabr 2024
“Nəsildən nəslə teatr”  davam edir

“Nəsildən nəslə teatr” davam edir

14:30 24 sentyabr 2024
Cavidin gözlərini əbədi yumduğu ölkədə "İblis"... - Cavid Zeynallı

Cavidin gözlərini əbədi yumduğu ölkədə "İblis"... - Cavid Zeynallı

16:48 23 sentyabr 2024
Agentliyin rəhbəri:  "Rusların ssenarisini dəyişdirdik" - Müsahibə

Agentliyin rəhbəri: "Rusların ssenarisini dəyişdirdik" - Müsahibə

09:00 23 sentyabr 2024
Kinomuzu xilas edəcək 3 körpü - Əli İsa Cabbarov

Kinomuzu xilas edəcək 3 körpü - Əli İsa Cabbarov

17:00 20 sentyabr 2024
Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

15:25 20 sentyabr 2024
# # #