250 qadınla münasibətdə olan, üçtəkərli velosipedi kəşf edən yazıçı - O, fahişələri niyə öldürürdü?

250 qadınla münasibətdə olan, üçtəkərli velosipedi kəşf edən yazıçı - O, fahişələri niyə öldürürdü?
25 sentyabr 2023
# 12:00

Kulis.az məşhur yazıçılar haqqında maraqlı faktları təqdim edir.

Corc Bayron (1788-1824)
Maniakal depressiv psixozdan əziyyət çəkirdi.
Böyük şair Bayron çolaq idi, üstəlik, köklüyə meylli idi. Venesiyada olduğu bir il müddətində bu çolaq və kök adam 250 qadınla münasibətdə olmuşdu.
O sevdiyi qadınların qasıq tüklərini toplayırdı.

Corc Bayron

Çarlz Dikkens (1812-1870)
Dikkens hipnozla və ya o dövrdə deyildiyi kimi mesmerizmlə məşğul olurdu.
Dikkensin ən sevimli əyləncələrindən biri də Paris morqlarını gəzib naməlum cəsədlərə tamaşa etmək idi.

Çarlz Dikkens həmişə başı şimala yatırdı. O, böyük əsərlərini yazdığı zaman da üzü şimala otururdu.

Çarlz Dikkens — Vikipediya
Oskar Uayld (1854-1900)
Oskar Ualyd Çarzl Dikkensin əsərlərini ciddi qəbul etmir və hər dəfə fürsət düşən kimi onu ələ salırdı. Ümumiyyətlə, Dikkens dövrünün tənqidçiləri onun Britaniyanın ən yaxşı yazıçılarının siyahısına daxil olmayacağına eyham vururdular.
Ualyd 1878-ci ildə Oksford Universitetini əlaçı kimi başa vurmuşdu.
Özünəməxsus və ekstravaqant adam idi. Ömrünün iki ilini həbsdə keçirmişdi. Oskar homoseksualizmdə ittiham olunurdu.

Həyatının sonunda adını dəyişib Sebastyan Melmot qoymuşdu.


Oskar Uayld: Müdriklik müəllimi - HEKAYƏ » Yarpaq.az

Ernest Heminquey (1899-1961)
Heminqueyin alkoqolik olduğunu və intihar etdiyini hamı bilir. Onda peyrafobiya (publika qarşısında çıxış etmək) vardı.

O, səmimi oxucuların təriflərinə də inanmırdı. Hətta dostlarına belə etibar etmirdi.
Heminquey beş müharibədə iştirak edib. Dörd avtomobil, iki təyyarə qəzası keçirib.
Heminquey FTB-nin onu izlədiyini tez-tez təkrar etməyi xoşlayırdı. Həmsöhbətləri həmişə on gülürdülər. Amma bəzi sənədlər aşkarlananda məlum oldu ki, sən demə bu, Heminqeyin paranoyası deyilmiş. Yazıçı həqiqətən də izlənilirmiş.

Ernest Hemingway y el romanticismo de París | Acento

Luis Kerroll (1832-1898)
Kerroll gündəliklərində həmişə hansısa günahından bəhs edirdi. Amma yazıçının obrazına xələl gətirməmək üçün ailəsi gündəliklərin bu səhifələrini məhv edib. Bəzi araşdırmaçıların fikrincə, silsilə qətllər törətmiş (əsasən fahişələri öldürən), Qarındeşən Cek ləqəbli naməlum məşhur qatil məhz Kerroll imiş.
Kerroll bataqlıq qızdırması, sisti (sidik kisəsinin iltihabı), lümbaqo (bel ağrısı), ekzema, furunkulyoz (çoxlu çiban çıxarma), artir, plevrit (ağ ciyər pərdəsinin iltihabı), revmatizm, yuxusuzluq və başqa xəstəliklərdən əziyyət çəkirdi.

Kerroll üçtəkərli velosipedi, ad və tarixləri yadda saxlamaq üçün mnemonik sistemi və elektrik qələmini kəşf edib.

Все, что вы не знали о Льюисе Кэрролле и «Алисе в Стране чудес»

Frans Kafka (1883-1924)
Kafka klerk olub. Müasir dildə desək tipik ofis planktonu və uğursuz işçi olub.
Qəssab nəvəsi olsa da vegeterian idi.
Həyatı boyu o cəmi bir neçə hekayə dərc etdirmişdi. Bununla belə heç kəsin diqqətini cəlb etməmişdi. Bildiyimiz kimi, o öləndə dostu Maks Broda əsərlərini yandırmağı vəsiyyət etmişdi. Amma Maks Brod vəsiyyətə əməl etmədi, nəticədə dünya bu nəhəng düha ilə tanış oldu.

Kafka Praqanın maskotu (simvolu, talismanı) hesab olunur.

Franz kafka Stock Photos, Royalty Free Franz kafka Images | Depositphotos

Uilyam Şekspir (1564-1616)
Uliyam Şekspir doğulduğu gündə - 23 apreldə ölüb.
Müasirləri iddia edirdilər ki, guya Şekspir brakonyerliklə məşğul imiş. Ser Tomas Lyusinin sahib olduğu ərazidə maral ovu edirmiş.
Merkuri planetində bir krater Şekspirin şərəfinə adlandırılıb.
Artıq neçə yüz ildir ki, onun bu əsərlərin həqiqi müəllifi olub-olmamağı haqqında müzakirələr gedir.

William Shakespeare (1564–1616) -

Lev Tolstoy (1828-1910)
Toy gecəsi 34 yaşlı Lev Tolstoy 18 yaşlı xanımı Sofya Bersə gündəliyindən bəzi hissələri oxumağa məcbur edibmiş. Həmin hissələrdə yazıçı təhkimli, kəndli qadınlar və başqaları ilə yaşadığı sevgi macəralarını yazıbmış. Tolstoy həyat yoldaşı ilə arasında heç bir sirr qalmamasını istəyirmiş.
Lev Tolstoy digər xristianlar kimi boynunda xaç deyil, J.J.Russonun portretini daşıyırmış.


Tolstoyun nəticəsi vəfat etdi - FOTO

Aqata Kristi (1890-1976)
Birinci Dünya Müharibəsi zamanı hərbi hospitalda şəfqət bacısı işləyib. Daha sonra aptekdə çalışıb. Buna görə zəhərləri çox yaxşı tanıyırmış.
Aqata Kristi distaqrafiyadan əziyyət çəkirdi, yəni demək olar ki, əllə yaza bilmirdi. Onun bütün məşhur romanlarını diktə edərək yazıb.


Aqata Kristinin romanının adı dəyişdirildi

Anton Çexov (1860-1904)

Çexov ümumxanaları gəzməyi xoşlayırdı.
Poçt markaları kolleksioneri idi.
Çexov bəstəkar Çaykovski ilə dostluq edirdi, bir hekayəsini ona həsr etmişdi.
Ədəbiyyatı zəif bildiyinə görə üçüncü sinfi iki dəfə oxuyub.
Çexov yazmağa başlayanda kostyum geyinirdi.

Çexovun son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar

# 3434 dəfə oxunub

Oxşar xəbərlər

"Rəsulzadənin məktubu Peterburqda bomba kimi partlamışdı" - Araşdırma

"Rəsulzadənin məktubu Peterburqda bomba kimi partlamışdı" - Araşdırma

15:00 27 dekabr 2024
"Ac olmuşam, evsiz olmuşam, ağlaya-ağlaya güldürmüşəm" - Çarli Çaplinin qızına məktubu

"Ac olmuşam, evsiz olmuşam, ağlaya-ağlaya güldürmüşəm" - Çarli Çaplinin qızına məktubu

15:00 25 dekabr 2024
Seyfəddin Hüseynlinin ədəbi-mədəni körpüsü - Sevinc Mürvətqızı

Seyfəddin Hüseynlinin ədəbi-mədəni körpüsü - Sevinc Mürvətqızı

17:00 24 dekabr 2024
Ukraynada sökdülər Puşkinin heykəlini - Nadir Yalçının yeni şeirləri

Ukraynada sökdülər Puşkinin heykəlini - Nadir Yalçının yeni şeirləri

15:00 24 dekabr 2024
Üçüncü həyat - Əsəd Qaraqaplanın yeni hekayəsi

Üçüncü həyat - Əsəd Qaraqaplanın yeni hekayəsi

09:00 24 dekabr 2024
Mən nənəmi çox sevirəm - Ulucay Akif

Mən nənəmi çox sevirəm - Ulucay Akif

11:00 23 dekabr 2024
# # #