“Gəl evlənək – məsələ bitsin”
27 sentyabr 2012
05:00
Sadəlövh don Rafael, ovçu və oyunçu (Hekayə)
Xəyalları onu keçmişə aparanda və köhnə sevgisinin xatirələri ruhuna hakim kəsiləndə, vaxtın yanından yel kimi ötüb keçdiyini daha kəskin hiss edirdi.
O gözlər! Bu gözlər artıq ona işıq saçmır, onlar haradasa dumanlı uzaqlarda itib-batıb, həmişəlik sönüb və unudulmuş sözlərin əks-sədası sanki dalğalı dənizin o tayında qalıb. Gizli bulaqların pıçıltısı.
Həyat boşluqdan ibarətiydi və o, tamamilə tənhaydı. Tənha, öz həyatıyla baş-başa... Onu heç olmasa nəyləsə doldurmaq xətrinə ova gedir və lomber (kart oyunu – red.) oynayırdı. Amma buna rəğmən, o, kədərli deyildi. Ruhu sadəlik pərdəsinə bürünmüşdü və bu şücaət dolu sadədilliyi kədəri yaxınına buraxmaqdan uzaqdı. Bəzən oyundaşlarından kimsə uğur əldə etmək üçün kart axtarışına çıxanda don Rafael adətən, təkrarlayırdı: bəzi şeyləri axtarmağa lüzum yoxdur, onlar özləri səni tapır. O, providensialistiydi (tarixi hadisələrin ilahi qüvvənin iradəsiylə meydana gəldiyini iddia edən idealist cərəyan – red.) və ilahi təsadüfə inanırdı. Bəlkə də inanmaq xətrinə inanırdı, bəlkə də beynini nəyləsə doldurmaq istəyirdi.
- Axı siz niyə evlənmirsiniz? – bir dəfə təsərrüfat müdirəsi dodaqlarını büzüb soruşdu.
- Mən niyə evlənməliyəm ki?
- Bəlkə onda pəjmürdə gəzməyin daşını atardınız...
- Senyora Roheliya, elə şeylər var ki, onları axtarmağa lüzum yoxdur: onlar özləri səni tapır.
- Hə, bəzən onlar barədə fikirləşməyin daşını belə atırsan.
- Hə, lap oyunda olduğu kimi! Lakin bu barədə düşüncələrimin bir səbəbi var...
- Bu nə səbəbdir ki?
- Mən ruhani vəsiyyət etmədən, sakit ölmək istəyirəm.
- Səbəbə bir bax! – təsərrüfat müdirəsi həyəcanlı şəkildə dilləndi.
- Bu, mənim üçün əhəmiyyət kəsb edən yeganə səbəbdir, - o, cavab verdi və bu zaman səbəblərin deyil, onların daşıdığı anlamın mühüm olduğunu dumanlı şəkildə hiss etdi.
Evinin kandarında bağlama. Onu yaxşı görmək üçün aşağı əyildi. Bağlamanın içində nəsə tərpəndi. Lap xatirə kimi. Hə, bağlama tərpəndi. Onu götürdü: ilıqdır. Açdı: yeni doğulmuş körpə. O, əlində tutduğunu elə hey seyr etdi və qəlbinin dərinliyinə yol tapmış bulaqların artıq pıçıltısını deyil, şən şırıltısını eşitdi: “Tale mənə əcəb hədiyyə göndərib”, - düşündü.
Don Rafael evə belində tüfəng, əlində bağlama qayıtdı. Boğçanın içindəkinin oyanmamağı üçün pilləkənləri pəncələri üstə qalxdı. Və bir neçə dəfə ehmalca qapını döydü.
- Bax, bunu gətirmişəm, - təsərrüfat müdirəsinə dedi.
- Bu nədir ki?
- Deyəsən, uşaqdır.
- Deyəsən?
- Onu artırmada qoymuşdular.
- Bəs biz onunla neyləyək?
- Necə yəni neyləyək? Çox sadəcə: böyüdək!
- Onu kim böyüdəcək ki?
- Biz ikimiz.
- Mən? Mən yaxamı kənara çəkirəm!
- Ona dayə taparıq.
- Senyor, siz nə söylədiyinizin fərqindəsiniz?! Biz ən qısa vaxtda hakimə xəbər verməliyik, bunusa yetimxanaya göndərməliyik!
- Biçarə! Yox, bircə yetimxana adı çəkməyin.
- Sözsüz ki, burda sahib sizsiniz.
İlk günlər körpəni mərhəmət xətrinə qonşu qadın yedizdirirdi, lakin tezliklə don Rafaelin həkimi əla dayə tapdı. Bu, həmin günlərdə dünyaya ölü uşaq gətirmiş cavan, tənha qadınıydı.
- O, dayə kimi çox yaxşıdır, - həkimi don Rafaelə söylədi, - insan kimisə... Bilirsiniz, hər kəs geri addım ata bilər.
- Bu, mənə aid deyil, - don Rafael özünə xas sadəliklə dilləndi.
- Ən yaxşısı, dayənin uşağı öz evində böyütməsidir, - təsərrüfat müdirəsi söhbətə qarışdı.
- Yox, - don Rafael etiraz etdi, - qətiyyən. Bu, təhlükəlidir: dayənin anasına etibar etmirəm. Yox, yalnız burda, gözlərimin qarşısında. Bir də ki, senyora Roheliya, dayəni pərişan etmək lazım deyil, bu, uşağın sağlamlığına ziyan edə bilər. Mən Emiliyanın məyusluğu ucbatından mələyimizin qarnının ağrımasını istəmirəm.
Emiliya iyirmi yaşlarında, hündür, boylu-buxunlu, nəyləsə qaraçı qadınlarını xatırladan dayəydi. O, arxasınca xoruz düşən toyuq kimi gəzirdi. Gözləri həmişə gülürdü. Onların qeyri-adi tündlüyü gicgahının üzərində iki ağır qarğa qanadı kimi sallanmış parlaq qara saçlarına bir başqa rəng qatırdı. Dolu dodaqları, adətən, azacıq aralı və nəm olardı.
- Senyor, bəs siz onu xaç suyuna necə çəkəcəksiniz? – senyora Roheliya soruşdu.
- Oğlum kimi.
- Dəli olmusunuz, nədir?
- Bəlkə də.
- Bəs yaxşı, sabah-birigün körpənin boynundan asılmış medalyon və ya başqa nişanəylə onu əsl valideynləri tapsa necə?
- Onun əsl valideynləri mənəm: həm anasıyam, həm atası. Mən uşaqları da uğurlu kart sayağı axtarmıram; lakin özləri gələndə... onları qəbul etməyə hazıram. Və əminəm ki, məhz bu halda valideyn hissləri ən təmiz və azaddır: onlar instinktə deyil, iradəyə tabedir. Onun doğulması mənim günahım deyil. Onu böyütməksə, mənim xidmətim olacaq. Qəzavü-qədəri heç olmasa nəyəsə inanmaq xətrinə qəbul etmək lazımdır: bu, təsəlli verir. Bundan başqa, indi mən ruhani vəsiyyət etmədən, sakit ölə bilərəm: bu oğlan varisim olacaq.
Senyora Roheliya hirsindən dodaqlarını çeynəyirdi. Don Rafael oğlanı xaç suyuna çəkib varisi elan edəndə isə, bu, ətrafda bolluca gülüş doğurdu. Lakin heç kəs don Rafaeli pis bir hərəkətdə günahlandırmadı: hamı onun büllur kimi bir qəlb sahibi olduğunu bilirdi. Təsərrüfat müdirəsisə arzusunun xilafına olaraq, taleyilə barışmaq və dayəylə yola getmək məcburiyyətində qaldı.
Bundan sonra don Rafael yalnız ov və lomber barədə düşünmürdü. İndi onun günləri dolğunuydu, evə yeni nəfəs gəlmişdi. İndi tez-tez yuxusuz, narahat gecələr keçirir, körpənin qışqırtısını eşidən kimi yanına gəlir, qucağına götürür və sakitləşdirirdi.
- Senyora Roheliya, o, günəş qədər gözəldir, dayə sarıdan da bəxtimiz gətirib.
- Bircə köhnə peşəsinə qayıtmasaydı...
- Bunun qayğısına qalacam. Belədə o, körpəyə xəyanət etmiş olardı. Yox, yox, Emiliyanı aldadan oğlan avaranın birisidir, qadın heç vaxt onu yenidən axtarmaz.
- O qədər də sadəlövh olmayın...
- Mən o əyyaşın Amerikaya səfərini maliyyələşdirməyə hazırlaşıram... Biçarə qadınasa mərhəmət göstərmək lazımdır...
- İlk fürsətədək...
- Dedim axı, buna yol verməsinə imkan yaratmayacağam!
- Birdən ürəyi istəsə...
- Ürəyi istəsə, nə edə bilərəm ki?! Bilirsiniz nə var? Düzünə qalsa, düzünə qalsa, demək lazımdır ki...
- Deyəsən, nə demək istədiyinizi bilirəm.
- Hər şeydən əvvəl, oğlumun qayğısına qalacam!
Emiliya göründüyü qədər sadəlövh qadın deyildi və bu yaşlı subayın qeyri-adi sadədilliyi onu heyrətləndirirdi. Qadın körpəyə çox tez öyrəşdi, sanki onu özü dünyaya gətirmişdi. Atalığı və döşünün südünü əsirgəməyən qadın saatlarla beşiyin başında dayanır, körpənin mışıl-mışıl yatmasını, yuxuda gülməsini və dodaqlarını marçıldatmasını xüsusi zövqlə seyr edirdilər.
- Deməli, insan, bu cür olurmuş! – don Rafael söyləyirdi.
Onların nəzərləri ara-sıra toqquşurdu. Bəzən Emiliya körpəni qucağında saxlayarkən don Rafael körpəni öpməyə gəlirdi. Kişi aşağı əyilir və onun yanağı, demək olar ki, dayənin yanağına dəyirdi, qadının qara buruqlarısa onun alnını oxşayırdı. Bəzən don Rafael dayənin ağ, dolu, həyat şirəsiylə şişmiş, şəffaf dərisinin altında ilan kimi qıvrılan mavi damarları göz oxşayan əkiz döşlərindən birini seyr edirdi. Bu zaman şəhadət və orta barmağıyla döşünü sıxan Emiliya nəvazişlə körpənin üzərinə əyilirdi. Və həmin an atada yenidən oğlunu öpmək istəyi baş qaldırır, kişinin alnı qadının döşünə dəyəndəsə onun ilıq titrəyişini hiss edirdi.
- Əziz körpəm, tezliklə səni tərk edəcəyimə necə də heyfsilənirəm! – uşağı köksünə sıxan Emiliya sanki oğlanın onu başa düşəcəyi tərzdə çığırırdı.
Don Rafael susurdu.
Dayə körpəni yatızdırarkən ona tez-tez analarının uşaqlarına qəlblərinin dərin guşələrindən gələn səslə oxuduğu, hər dəfə yeni sözlər artırdığı laylalardan çalırdı. Don Rafael laylaya qulaq asır və uzaq keçmişinə, uşaqlıq illərinə qayıdırdı. Beşik yırğalanır və atanın ürəyi bu ritmə uyğun döyünürdü.
Və bu layla kişinin hələ də dumanlı keçmişin dalğalarında uyuyan gizli bulaqlarının pıçıltısına qarışırdı.
“Ondan necə də gözəl ana çıxardı!” don Rafael fikirə dalırdı. Bir dəfə qadının başına gələn müsibətə yenidən qayıdan kişi soruşdu:
- Qızcığaz, bu, necə baş verə bildi ki?
- Don Rafael, siz ki hamısını bilirsiniz! – Emiliyinaın yanaqları azacıq qızardı.
- Haqlısan, bilirəm!
Bir dəfə körpə bərk xəstələndi; ümidsiz gecələr bir-birini əvəzlədi. Don Rafael Emiliyaya uşaqla bir otaqda yatmasını əmr elədi.
- Senyor, amma mən burada necə yatım?
- Çox sadə, - kişi özünə xas sakitliklə cavab verdi, - indiyəcən necə yatırdınsa, bundan sonra da o cür.
Axı başdan-başa sadəlik pərdəsinə bürünmüş bu insan heç nəyi faciəyə çevirmirdi. Nəhayət, həkim, təhlükənin sovuşduğunu elan elədi.
- Təhlükə sovuşdu! – don Rafael sevinc içində çığırdı. Və gözlənilməz xəbərdən hönkürən Emiliyanı bilaixtiyar qucaqladı.
- Bilirsən nə var? – qadını hələ də qucağından buraxmayan don Rafael gülümsəyən körpəyə baxıb söylədi.
- Xeyr, bilmirəm, amma yəqin siz deyərsiniz, - Emiliya cavab verdi və həmin an ürəyi əsdi.
- Qızcığaz, bir fikirləş: hər ikimiz azadıq, bizi heç kim mühakimə edə bilməz – o avaranın, əyyaşın dərdini hələ də çəkdiyinə inanmıram, onun Tukumana gedib-getmədiyini belə bilmirik. Və özümüz də hiss etmədən hər ikimiz eyni uşağın ata-anasına çevrilmişik. Gəl evlənək – məsələ də bitsin.
- Lakin, don Rafael! – qadın sözünün ardını gətirə bilməyib hönkürdü.
- Qızcığaz, axı onda bizim başqa uşaqlarımız da ola bilər...
Dəlil o qədər əsaslı olmasa da, Emiliyanı inandırdı. Beləcə, onlar məsələni uzatmadan həmin gecədən etibarən birgə yaşamağa başladılar, tezliklə anamız kilsənin və dövlətimizin əmrinə xilaf çıxmayaraq, münasibətlərini rəsmiləşdirdilər.
Və onlar özləri bildiyi kimi, sadə insanlara xas xoşbəxt həyat sürdülər, - axı bu, o qədər də az deyil! Allahın xeyir-duasıyla on övlad dünyaya gətirdilər. Xoşbəxt təsadüf nəticəsində ovçu və oyunçudan ailə başçısına çevrilən sadədil don Rafael indi ruhani vəsiyyət etmədən sakit ölə bilərdi: artıq varislərdən xali deyildi.
Onun tez-tez təkrarladığı və həyat fəlsəfəsinin əsas tezisi saydığı isə bu ifadədir: “Həyatda hər şey təsadüfdən asılıdır. Taleyinizi ona etibar etməyi bacarın”.
Çevirdi: Kifayət Haqverdiyeva

1598 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024