Üç hərfli söyüşə görə adam öldürən oğlan İNSAN MƏNZƏRƏLƏRİ
21 sentyabr 2012
12:28
LAYİHƏ: “Elə bil, dünən idi”
Xalid Kazımlı
18-19 yaşında, üzü yenicə tüklənən, uzun saçını dəbə uyğun olaraq gözünün üstünə tökmüş, bu yaşda olan gənclərim tam əksəriyyəti kimi arıq, amma şüvərək, hələ əsgərliyə getmədiyi televiziya ekranından belə açıq-aşkar sezilən bir gənc idi, sağ biləyi yanındakı cantaraq, yüz kiloluq polisin sol biləyi ilə eyni qandaldaydı və televiziya operatoru onların qarşısıyla geri-geri addımlayaraq, onun müstəntiqin otağına gətirilməsini çəkirdi. Gənc mənə çox tanış gəldi, sanki mən onu hardasa, həm də çox-çox, tez-tez görmüşdüm.
Kriminal verilişin aparıcısı onun ad-soyadını, yaşadığı ünvanı, cinayət törətdiyi yaşayış massivinin adını çəkəndə adlar mənə heç nə demədi. Heç şübhəsiz ki, mən bu gənci, internet yazışması zamanı söz çəpləşdiyi üçün şəhəriçi qəsəbədə yerləşən məktəbin arxasına çağırdığı yaşıdını bıçaqlayb öldürmüş qatili mən əvvəllər heç vaxt görməmişdim. Onu mənə xatırladan yalnız arıq cüssəsi, saçı, iki-üç günlük saqqalı, yerişi, duruşu, baxışı idi. O, eynilə mənim və mənimlə birlikdə tələbə həyatı yaşayan yaşıdlarımın gəncliyi idi.
Gənc qatil soyuqqanlıydı. Belə aydın olurdu ki, təxminən özü yaşda bir gəncin həyatını heç nə üstündə puç etdiyinin mənasını, məsuliyyətini anlamır – sanki milçək öldürüb. O, ağır qətl törətdiyinə görə şoka girənə, peşmançılıq çəkənə oxşamırdı. Üzündən normal, ağıllı, hətta savadlı və yaxşı uşaq təsiri bağışlasa da, bir gün əvvəl müstəntiqə, indi isə telekanal üçün kriminal xronika hazıırlayan jurnalistə danışdığı hekayət öz laqeydliyi ilə qandondurucu idi.
O deyirdi: “Tələbə yoldaşlarımla öz aramızda yazışırdıq. Birdən bu “naxalnı” söhbətə girdi. Yazdım ki, brat, bu sənin söhbətin deyil, “meşat” eləmə. Cavab qaytardı. Sözümüz çəpləşdi. Bu yazdı, mən yazdım. Axırda o, elə bir söz yazdı ki, dedim, “fiso”, ikimizin birimiz qalmalıyıq həyatda. Çağırdım, gəldi, vurdum”.
Jurnalist müdaxilə etdi, bir gənc insanın həyatına son qoyan ağır və əsrarəngiz sözün nədən ibarət olduğunu öyrənmək istədi. Qatil gənc əvvəlcə tərəddüd etsə də, sonra sözü dilə gətirdi və verilişin bu yerində efirdə qısaca “dud” siqnalı eşidildi. Heç demə, bir gün sonra ürəyindən bıçaq zərbəsi alan oğlan ona “dal” sözünün senzuradan keçməyən üç hərfli sinonimini deyibmiş – bu, gəncin “ö” hərfini tələffüz edən dodaqlarından anlaşıldı.
Sir-sifətindən, cüssəsindən gəncliyimi xatırladan cavan qatilin – texniki universitetlərdən birinin sabiq tələbəsinin həyat hekayətindən bəhs edən 2-3 dəqiqəlik süjet bitdi. Ancaq oğlanın surəti yadımdan çıxmadı. Onun məhbəs həyatını, on-on iki il sonrasını, həbsdən necə çıxacağını, çıxıb kim olacağını təsəvvür etməyə çalışdım və olduqca bədbin bir mənzərə alındı.
Heç şübhəsiz ki, o, məhbəsdən həyatı qaralmış, özünü kriminal aləmə tamamilə vermiş, artıq təhsil almaq hayında və imkanında olmayan, güzəranını təmin etmək üçün hər cür cinayətə hazır olan, yenə heç nə üstündə kimisə bıçaqlamaqdan çəkinməyən birisi kimi çıxacaq. Bir quru sözdən ötrü başqasının canını alan və öz həyatını məhv edən bu gənci ürəyimdə qınaya-qınaya və heç kəsin belə bir taledən sığortalanmadığını dərk edə-edə istər-istəməz yadıma düşdü ki, 25 il öncə mən özüm də çox asanlıqla o oğlanın yerində ola bilər, qoluna qandal vurulmuş halda müstəntiq qarşısında otura bilərdim.
O vaxt bizi əslində Bəndalının davranışı, o zaman qorxaqlıq adı verdiyim, indi isə müdriklik kimi dəyərləndirdiyim hərəkəti xilas etdi.
Biz dörd nəfər idik. Dörd tələbə dost, qrup yoldaşları – Faiq, Həsənxan, mən və Bəndalı. Yuxarı kurs tələbələri idik və həmin ilin mayında şəhərdən yarım saatlıq məsafədəki qəsəbəyə, guya ki, praktikaya gedirdik. Səhər tezdən qəsəbəyə yollanır, bir-iki saat orada girələnir, günortaya yaxın şəhərə qayıdır, avara-avara gəzir, kinoya baxır, parkda, çayxanada otururduq. Biz üçümüz eyni boy-buxunda, eyni yaşda idik, Bəndalı isə bizdən həm bir yaş böyük idi, həm də cüssəli və güclüydü. Onun fiziki görünüşünü təsəvvür etmək üçün Hollivud aktyoru Van Dammın gəncliyini yada salmaq lazım gəlir. Bəndalının Van Dammdan üstünlüyü o idi ki, həm kürəyi daha enli idi, həm də daha güclüydü.
Mən və digərləri onun necə güclü olduğunu Goranboy rayonunda pambıq toplanışına aparıldığımız vaxt görmüşdük. O, bizim fotomuzu çəkməyə gəlmiş fotoqrafın üzü cənuba dayanmış “Jiquli”sinin arxasına qucağına alaraq yavaş-yavaş fırlayıb üzü şimala qoydu. Fotoqraf maşını bu halda görəndə dəli oldu, elə bildi, maşına açar salıblar. Amma tələbələrdən biri 20-30 metr aralıda dayanmış Bəndalını göstərərək, onun maşının istiqamətini necə dəyişdiyini danışdı. Fotoqraf Bəndalının enli kürəklərinə baxaraq ona bir söz demədi, eləcə, dodağının altında mızıldaya-mızıldaya başını bulamaqla kifayətləndi.
Həmin gün biz dördlükdə avtobusdan endik, kinoteatrdan bir az aralıdakı çoxkrantlı bulağın su gələn bir krantından su içmək istədikdə üç lap gənc şəhər uşağı sırtıq bir şəkildə növbəmizə girdilər. Onlar son zəngə hazırlaşan buraxılış sinfinin uşaqlarıydılar. Arıq-uruq, üzü çivzəli oğlanlar idi. Həsənxan onlara irad tutdu. Uşaqlar yaşlarına və gövdələrinə yaraşmayan şəkildə sərt cavab qaytardılar, təxminən, “yaxşı eləyirik, şəhər bizim döölmü, o yankı rayonnardan gəlmisiniz, hələ bir lotuluq da edirsiniz”. Mən də əsəbiləşdim, dedim, üçünüzün bir şilləlik canınız var, yekə-yekə danışmayın. Uşaqlar yenə sarsaqladılar. Bəndalı sakit-sakit baxırdı, amma o da kulturist qoluna oxşayan əzələli qolunu azca irəli uzadaraq dedi ki, özünüzü mədəni aparın. Əslində Bəndalı onların üçünə cəmi bir yumruq vurardı və zərbəyə ilk tuş gələn mütləq ölərdi, ikinci və üçüncülər isə heç cür yerlərindən qalxa bilməzdilər.
Buna baxmayaraq uşaqlar nəinki Bəndalıdan qorxmadılar, əksinə, onun ünvanına üç hərfli, “dal” sözünün sinonimi olan bir kəlmə işlətdilər və hədələdilər ki, onun başını kəsib “pasılka” qoyar, rayondakı dədəsinə göndərərlər. Biz bir az qeyzləndik və ora-bura göz gəzdirib yaxınlıqda milislərin olub-olmadığına nəzər yetirdik ki, bu yekəbaş uşaqları şillələyək. Məndə belə bir təsəvvür vardı ki, dostlar qarışmasa belə onların üçünü də döyərəm. Üstlərində bıçaq olması ehtimalı da vardı, amma onda da Bəndalı hər üçünü şil-küt edə bilərdi.
Ancaq şəxsən söyülmüş Bəndalı araya girdi, bizə “bunlarla işiniz yoxdur”, uşaqlara isə “yaxşı, yaxşı, suyunuzu içdiz, di aralanın gedin, bizi p… salmayın” dedi. Şəhər uşaqları bir az da başlarından böyük hədələr biçsələr də, bu hərəkətin onlara baha başa gələcəyini anladıqlarından mırıldaya-mırıldaya çıxıb getdilər.
Biz Bəndalının üstünə düşdük. Onu qorxaqlıqda suçladıq. Mən Bəndalıya dedim ki, heyf səndəki bu cüssəyə, nə özün bir şey elədin, nə də qoydun biz o gədələrin cavabını verək. Bəndalı günahkarlar kimi gülümsəyərək dedi, boş şeydir, gedəyin kinoya baxmağa.
Yolda başqa söhbətimiz olmadı. Eyzən ittiham, giley-güzar, pərt-pərt qımıldanmalar. Bəndalı yarızarafat-yarıgerçək dedi ki, açığı, gözümün qarşısına rayonda “pasılka”dan çıxan kəsik başım gəldi, ona görə qorxdum. Biz gülüşmədik. Dəlil qaneedici deyildi. Kinodan çıxandan sonra evə qayıdarkən yenə civzəli uşaqlarla qovğadan söz düşdü. Biz bu yekəbaşlığı sinirə bilmirdik. Biri pəhləvan boyda olmaqla dörd yuxarı kurs tələbəsi üç onuncu sinif uşağının layiq olduğu cavabı verməmişdi – fakt beləydi.
Onda Bəndalı dedi ki, o uşaqları tanıyır, onun qaldığı küçədən bir az yuxarıda olurlar, “qan ocağıdırlar, mən onların üçünü də bir əlim bağlı döyərdim, amma axşam onlar bütün məhəlləni yığıb gələcəkdilər üstümə. Onda gərək ya ordan köçəydim, ya məni bıçaqlayacaqdılar, ya da mən onlardan kimisə vurub öldürməliydim. Heç biri sərf eləmir”.
Bu, ağlabatan dəlil idi. Hirsimiz bir az yatdı. O məhəllənin uşaqları doğrudan da xuliqanlıqda, kütləvi dava-dalaşlara meyllilikdə ad çıxarmışdılar.
Doğrudan da bir az soyuq başla düşünəndə dava etməməyin daha düzgün qərar olduğunu başa düşdük, ancaq bu söhbəti dəfələrlə açıb-bükdük. Bəndalının fiziki gücü yetərincə olduğundan və bizdən fərqli olaraq bu barədə kompleksi olmadığından daha doğru qərar verə bilmişdi. Əlbəttə, bizdən olsaydı, o çivzəli uşaqlarla dalaşacaqdıq. Yüz faiz üstümüzə bıçaq çəkəcəkdilər. Biz onları döyəcəkdik. Milis gələcəkdi. Bizi içəri salacaqdılar. Oxuduğumuz ali məktəbdən qovulacaqdıq (o zaman milisə düşən tələbəni bir gün də institutda saxlamırdılar). Həyatımız tamam başqa istiqamətə gedəcəkdi. Ya da işə onların “məhlə uşaqları” qarışacaqdı, yenə də bu iş ya morqda, ya xəstəxana çarpayısında bitəcəkdi. Hamısı da bir quru sözə görə.
Əslində o durumda o cür optimal qərarı yalnız Bəndalı verə bilərdi, çünki ortasında “ö” hərfi olan söz ona deyilmişdi və davaya başlayıb-başlamamağın eksklüziv hüquqları ondaydı.
Eyni sözə görə yaşıdını bıçaqlayıb öldürən, onu da, özünü də bədbəxt edən tələbə gəncin yanında Bəndalı kimi birisi olsaydı, indi onların biri sağ-salamat olardı, o biri isə azadlıqda gəzər, dərsinə gedərdi. Aralarında olan o səfeh söz də unudulmuş olardı.
İnsan həyatı belədir: çox vaxt bir sözdən asılıdır.

1786 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024