“Avropada dünyaya xüsusi baxış bucağı var”
22 avqust 2012
12:13
Ana Mariya Matute ispan ədəbiyyatının sayılıb seçilən yazıçılarından biridir. Matutenin vətəndaş müharibəsindən bəhs edən “Aveli”, “Ölü oğullar”, “İlk xatirələr”, “Əsgərlər gecələr ağlayır” romanlarında qəhrəmanlar uşaqlar və yeniyetmələrdir.
Amerikanın müxtəlif universitetlərində mühazirələr oxuyan, 1976-cı ildə Nobel mükafatına namizəd olan yazıçı İspan Kral Akdemiyasının üzvüdür. İspaniyada Matutenin adına xüsusi ədəbi mükafat təsis edlib. O, Servantes mükafatına layiq görülən üçüncü qadın yazıçıdır. Kulis.az Matutenin “Welt” qəzetinə verdiyi müsahibədən maraqlı hissələri təqdim edir.
- Xanım Matute, iki il əvvəl romanlarınıza görə Servantes mükafatını aldınız. Romanlarınızda müharibə dövrünün uşaqları haqda danışırsınız.
– Çünki mən onların nəslinə aidəm. Bizim nəsil ikinci dünya müharibəsini yaşayıb. Mən Hitlerin, meyiti başıaşağı sallanmış Mussolininin fotolarını sizin kimi tarix kitablarından yox, bu hadisələrin baş verdiyi günün səhəri isti-isti qəzetlərdə görmüşəm… Müharibə başlayanda 11, bitəndə 14 yaşım vardı.
- O vaxt ətrafda nə baş verdiyini anlayırdınızmı?
- Mən burjua ailəsində böyümüşəm, o vaxt monastır məktəbinə gedirdim. Amma nə baş verdiyini anlayırdım: böyüklərin qorxunc olduğunu. Onlar dünyanı dəhşətə çevirirdilər. Siz o dövrün dəhşətlərini görsəydiniz… Yaşadıqlarımızı ifadə etmək üçün sözlər yetərli deyil, onda Frankonun tərəfində olmayanlar bu faciəni daha çox hiss edirdi.
- Həmin illərdə baş verənlər sizə necə təsir etdi?
- Düşünürəm ki, əgər kimsə uşaqlıqda mənim həyatıma bənzər nəsə yaşayıbsa, onda nəsə ölür: ümid, inam, xəyallar. Əvvəllər mən vaxtaşırı inqilaba, nəyisə dəyişmək əhval-ruhiyyəsinə köklənirdim. Amma artıq elə deyiləm. İllüziyalardan xilas olmanın təcrübəsi sonda nəsə üstünlüyə çevrilir.
- Jan Pol Sartr kimi intellektualların sosializmə hələ ümidi vardı. Onlar sosializmi öz dövrünün qaçılmaz vəzyyəti kimi qeyd edirdilər. Siz onun kitablarını oxumusunuz?
- Bütün əsərlərini oxumuşam. Həmçinin Bovuarın və Kamyunun da. Əslində biz o zaman marksizmə çox inanırdıq. Amma inancımız hər dəfə yenidən qırılırdı. 1960-cı illərdə Fransaya səyahət edəndə bu mənə qəti aydın oldu. Orda gördüklərimə çox məyus oldum.
- 50-60 cı illər ədəbiyyatı sizin üçün hansı rolu oynayır?
- Çox böyük. Bizim onda ədəbiyyatdan başqa heç nəyimiz yox idi. Senzura yazdığımız əsərləri tez-tez təhrif edib eybəcər vəziyyətə salırdı. Barselonada qadağan olunmuş kitablarla dolu zirzəmidə kitab dükanı vardı. O, bizi xilas edirdi.
- “İlk xatirə” romanında Franko dövrünü və katolik İspaniyasını kəskin tənqid edirsiniz. Belə bir romanın çapına necə nail oldunuz?
- Əsər bir uşağın dilindən danışılır. Ola bilsin, senzorlar sadəcə, kitabın əsas niyyətini gözdən qaçırmışdılar. Və ya anlasalar da, veclərinə almayıblar, onları yalnız pul maraqlandırırdı. Bəzən düşünürdük ki, bədii əsərlərin heç bir mənası yoxdur. Bu dəhşət idi. Amma zaman keçir, fikirləşirsən ki, sən yazmalısan. Yazmalısan ki, belə şeylər bir də heç vaxt baş verməsin.
- Günter Qrassın “Tənək təbili” əsəri də “İlk xatirələr”ə bənzər əhvalatdır. Burda da böyüklərin qorxunc dünyası bir uşağın baxış bucağından təsvir edilir.
- Hə, Qrass… Əla kitabdır. Onun “İt günləri“ romanını da oxumuşam.
– Bu siyahıda 50-ci illərin - Qoldinq, Pasternak, Borovski, Bekket, Bovuar, Seferis və Doderer kimi yazıçıları da var.
- Dodererin adı mənə heç nə demir. Amma digər yazıçıları oxumuşam. Hərçənd, hamıdan çox Bekket xoşuma gəlir. Onun yumorunun xüsusi tərzi var. Bəzən onu oxuyanda özümü gülməkdən saxlaya bilmirəm.
- Bəs Bovuar?
– O, həddən artıq feministdir. Feminist olmaq bir növ formallığa çevrilib. Bilirsiniz, “izmlər” məni çox əsəbiləşdirir. Soruşa bilərsiniz ki, mən feministəm? Yox. Mən qadınların yanındayam.
- Necə düşünürsünüz, ümumi Avropa ədəbiyyatı anlayışından danışmaq olar?
- İnanıram ki, hə. Avropada dünyaya xüsusi baxış bucağı var. Mən tez-tez Amerikada oluram, amma həmişə geri dönəndə düşünürəm ki, bəli, bu mənim qitəmdir, bura mənim evimdir. Və mən ədəbiyyatı da burda tapıram.
- İspaniyanın həmişə Avropa ilə qəribə münasibətləri olub. Nə zamansa o qitəyə liderlik edib. İspan diplomatı Angel Ganivet sübut etməyə çalışırdı ki, İspaniya əslində Avropa qitəsinə aid deyil. Onun dostu, filosof, vətəndaş müharibəsinin əvvəlində ölən Miguel de Unamuno isə yazırdı: Avropa proqressə inam sayıqlamalarından vaz keçməlidir. Avropa özünü ispanlaşdırmalıdır, ən azı Don Kixot modeli var.
- Bəli, biz Don Kixotdan həmişə öyrənmişik. Amma Unamuno çox səfeh şeylər danışıb. Mən bu haqda çox düşünmüşəm, “98 ci il nəsli“ (ispan imperiyasının süqutunu yaşayan, əksəriyyəti 1864 və 1875-də doğulan ispan yazıçıları- S.S) artıq ölüb. Hər şey bitib. İspanların vətəninə sevgi-nifrəti ölkəmizin özəlliyidir, ona məxsus tarixdir. Mən ölkəmi çox sevirəm.
– Almaniyada Stunde null ideyası vardı. Yəni müharibədən sonra hər şeyi yenidən başlamaq və tarixlə əlaqəni qırmaq. Bu İspaniyada da varmı?
– Franko dövründə mümkün deyildi. Amma yaşamaq üçün belə ideya lazım idi, amma artıq bunlar keçmişdə qalıb.
- Bu ideya sizi ədəbi baxımdan maraqlandırmadı?
- Əslində yox. Mən proqressə qarşı deyiləm. Amma proqressdə daha çox süqut görürəm. Görürəm ki, yeni şeylər meydana gəlir və eyni zamanda daha çox şey məhv olur. Məsələn, Fransada yeni roman dalğası, mən onları oxumuşam. Onlardan bir neçəsi çox yaxşıdır, amma əksəriyyəti yalnız nəzəriyyəyə hesablanıb. Və bir neçə il sonra həmin romanlar əhəmiyyətini itirəcək. Onda nədən iddia edirlər ki, bu yeniliyin başlanğıcıdır? Servantes, Dostoyevski, Prust: onlar heç vaxt bitmir. Böyük ədəbiyyat heç vaxt bitmir.
- “İlk xatirə” romanında belə hissə var ki, uşaqlar nənələrinin şkafından orta əsrlərdə yəhudilərin ucqar kənddə yandırılması haqda qədim kitab tapırlar.
– Həmin kitab doğrudan da mövcuddur. Kitab, Nobel mükafatçısı Kamilo Xose Selanin Malyorkadakı evindədir və onu mənə oxumağa vermişdi. Bu, inanılmaz idi. Orda yəhudilərin necə öldürülməsi detallaradək izah edilir, kitab sadist katoliklər tərəfindən yazılıb. Ümid edirdim ki, vəhşiliklər sona çatıb. Düşünürdüm ki, belə şeylər daha heç vaxt baş verməyəcək. Amma artıq baş verir. İspaniyada da. Avropada da. İndi də mövcud olan antisemit hərəkatını dərk edə bilmirəm. Bu, necə ola bilər? Hər şey süquta doğru gedir. Sonda yalnız kül qalır.
- Amma hər halda…
- Təbii ki, mübarizə aparmalıyıq. Hətta absurd görünsə də. Həyatımın sonuna kimi mübarizə aparacam.
Almancadan çevirdi: Sevda Sultanova

1362 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024