Ernest Heminqueydən tərcümə etdik
15 avqust 2012
13:55
(hekayə)
“Yaxşı”, - dedi oğlan: “Nə olub?”
“Yox”, - dedi qız: “Danışa bilmirəm”.
“Bəlkə danışmaq istəmirsən?”
“Bacarmıram”, - dedi qız: “Danışa bilmirəm”.
“Yəni danışmaq istəmirsən”.
“Yaxşı”, - dedi qız: “Necə istəyirsən, elə də başa düş”.
“Necə istəyirəm, elə də başa düşə bilmirəm. Kaş bacaraydım”.
“Neçə vaxtdır düşünürsən”, - dedi qız.
Səhər tezdən idi, kafedə barmendən, bir də küncdə oturan bu iki müştəridən başqa heç kim yox idi. Yayın sonlarıydı, hər ikisi də qaralmışdı; Parisdən yenicə gəldikləri bəlliydi. Qız yundan nazik paltar geyinmişdi, dərisi qızılı qəhvəyi rəngə çalırdı, qısa kəsilmiş sarı saçlarını arxaya daraması onu daha da gözəl göstərirdi. Oğlan ona baxdı.
“O qadını öldürəcəyəm”, - dedi.
“Xahiş edirəm, bu addımı atma” – dedi qız. Əlləri çox qəşəng idi, oğlan onlara baxırdı; uzun, qəhvəyi, incə əllərə.
“Öldürəcəyəm. And içirəm ki, öldürəcəyəm”.
“Onu öldürməklə heç nə qazanmayacaqsan”.
“Başqa birinə qoşula bilmirdin? Başqa bir yerə burnunu soxa bilmirdin?”
“Olan olub”, - dedi qız: “Neynəyəcəksən indi?”
“Dedim də”.
“Yox, düzünü de”.
“Bilmirəm”, - dedi oğlan. Qız ona baxdı, əlini uzatdı. “Yazıq Fill”, - dedi.
Oğlan yenə onun əllərinə baxdı, amma öz əlini uzatmadı.
“Yox, istəmirəm”, - dedi.
“Təəssüf elədiyimi deməyimin heç bir faydası yoxdu?”
“Yox”.
“Hisslərimi desəm necə?”.
“Deməsən yaxşıdı”.
“Səni çox sevirəm”.
“Hə, bu da onun sübutudur”.
“Üzr istəyirəm”, - dedi qız: “Başa düşmürsən”.
“Başa düşürəm. Problem də bundadır. Başa düşürəm”.
“Başa düşürsən”, - dedi qız: “Başa düşməyin daha pisdir, əlbəttə”.
“Əlbəttə”, - dedi oğlan, qıza baxırdı: “Həmişə başa düşəcəyəm. Gecə də, gündüz də başa düşəcəyəm. Xüsusən gecələr. Başa düşəcəyəm. Bundan əmin ol”.
“Üzr istəyirəm”, - dedi qız.
“Bir kişi olsaydı…”
“Belə danışma. Bir kişi ola bilməzdi. Sən də bilirsən bunu. Mənə inanmırsan?”
“Gülməlidi”, - dedi oğlan: “Sənə inanmaq. Doğrudan gülməlidi”.
“Çox təəssüf”, - dedi qız: “Başqa nə deyim?! Bir-birimizi başa düşdüyümüz halda başa düşmürmüşük kimi davranmağın mənası yoxdu”.
“Yox”, - dedi oğlan: “Məncə də”.
“İstəsən, yenə sənin olaram”.
“Yox. İstəmirəm səni”.
Bir müddət heç nə danışmadılar.
“Səni sevdiyimə inanmırsan, hə?”, - deyə qız soruşdu.
“Gic-gic danışma” – dedi oğlan.
“Doğrudan inanmırsan səni sevdiyimə?”
“Niyə sübut eləmirsən?”
“Əvvəllər belə deyildin. Heç nəyi sübut eləməyimi istəməmişdin. Bu, xoş deyil”.
“Nə qəribə qızsan sən”.
“Sənsə heç qəribə deyilsən. Yaxşı insansan; səni belə qoyub getmək pis təsir mənə”.
“Amma getmək məcburiyyətindəsən, əlbəttə ki”.
“Hə”, - dedi qız: “Getmək məcburiyyətindəyəm, sən də bilirsən bunu”.
Oğlan heç nə demədi, qız ona baxdı, yenə əlini uzatdı. Barmen piştaxtanın ən axrında idi. Onun üzü pencəyi kimi ağarmışdı. O, hər iki gənci də tanıyırdı və düşünürdü ki, onlar bir-birlərinə çox yaraşan cütlükdürlər. O, bir-birinə bu cür yaraşan çox cütlüklərin ayrıldığını görmüşdü, bir-birinə heç yaraşmayan cütlüklərin birləşməyini də. O, indi bunu yox, atı düşünürdü. Yarım saatdan sonra küçənin o biri başına kimisə göndərib atın qalib gəlib-gəlmədiyini öyrənə bilərdi.
“Mənə bir az mülayim davransan, getməyimə icazə versən, olmaz?” – qız soruşdu.
“Nə edəcəksən guya?”
İki nəfər içəri girdi, piştaxtaya tərəf getdilər.
“Buyurun”, - dedi barmen, nə istədiklərini soruşdu.
“Hətta öyrənsən belə məni bağışlamayacaqsan?” – soruşdu qız.
“Yox”.
“Bu qədər vaxtdı birlikdə yaşadığımız şeylər bir-birimizi azca da olsa, başa düşməyə yetmir?”
“Əxlaqsızlıq elə qorxunc görünüşlü divdir ki”, - oğlan acıladı qızı: “nə olur-olsun, yenə görünər. Sonra siz, bir şey, bir şey, sonra onu qəbul edərik”, - sözlər yadından çıxmışdı: “Xatırlamıram”, -dedi.
“Əxlaqsızlıq deməyək”, - dedi qız: “Heç yaxşı deyil bu söz”.
“Anormallıq”, - dedi oğlan.
Müştərilərdən biri barmenə dönüb: “Ceyms”, dedi: “Yaxşılaşmısan”.
“Sizi də yaxşı görürəm”, dedi barmen.
“Köhnə Ceyms”, - dedi o biri müştəri: “Kökəlibsən, Ceyms”.
“Hə, dəhşətdi”, - dedi barmen: “Elə kökəlirəm ki”.
“Suya brendi qatmaq yaddından çıxmasın, Ceyms” – dedi birinci müştəri.
“Yox”, dedi barmen: “İnanın mənə”.
Piştaxtanın başındakı iki müştəri stoldakı iki müştəriyə baxdı, sonra barmenə tərəf döndü. Barmenlə üzbəüz idilər.
“Yaxşı olardı ki, belə sözlərdən istifadə etməyəsən”, - qız dedi: “Nə ehtiyac var axı!”.
“Necə adlandırım bəs bunu?”
“Heç nə demə. Buna ad qoymaq məcburiyyətin yoxdu”.
“Adı budur amma”.
“Yox”, - qız dedi: “İnsanın içində hər şey var. Bilirsən bunu. Bir vaxtlar dilindən düşmürdü”,
“Yadıma salmaq lazım deyil”.
“Çünki bu, hər şeyi izah edir”.
“Yaxşı”, - oğlan dedi: “Yaxşı”.
“Sənə görə bu, əvvəldən axra qədər axmaq bir işdi. Bilirəm. Axmaqlıqdı. Amma geri qayıdacağam. Dedim sənə, qayıdacağam. Çox çəkər bəlkə, amma gələcəyəm”.
“Yox, qayıtmazsan”.
“Gələcəyəm”.
“Yox. Gələrsən bəlkə, amma mənə yox”.
“Görərsən”.
“Hə”, - oğlan dedi: “Bu, daha betərdi. Bəlkə də gələrsən”.
“Əlbəttə, gələcəyəm”.
“Onda get”.
“Doğrudan?”, - inanma bilmirdi eşitdiyinə, səsi sevincli idi.
“Get”, - oğlan dedi, səsi özünə də qəribə gəldi.
Qıza baxırdı, dodaqlarına, yanaqlarındakı sümüklərin quruluşuna, gözlərinə, saçlarının alnında, qulaqlarının kənarında, boynunda qıvrılmağına.
“Zarafat edirsən? Sən çox yaxşı insansan!” – qız dedi: “Çox yaxşısan mənə qarşı”.
“Qayıdanda hər şeyi danışarsan”, - oğlanın səsi yenə qəribə idi. Özü də səsini tanıya bilmirdi. Qız tez ona baxdı. Oğlanın qərarını verdiyi aydın idi.
“Getməyimi istəyirsən?”, - qız ciddi-ciddi soruşdu.
“Hə”, - oğlan da ciddi-ciddi cavab verdi: “Elə indi”. Səsi daha çox dəyişmişdi, dodaqları qurumuşdu. “İndi” ,- dedi.
Qız ayağa qalxıb, sürətlə qapıya tərəf getdi. Arxasına da baxmadı. Oğlan onun yerişini izlədi. Dəyişmişdi, qıza getməyini deməmişdən əvvəlki adam deyildi. Stoldan qalxıb piştaxtaya tərəf getdi.
“Başqa biriyəm artıq, Ceyms” , - dedi barmenə: “İndi gördüyün tamam başqa insandır”.
“Necə, ser?”, - dedi Ceyms.
“Əxlaqsızlıq” – dedi qaralmış gənc: “Çox qəribə şeydir, Ceyms”. Qapıdan çölə baxdı. Qız küçə ilə aşağı düşürdü. Şüşəyə baxada özünü gördü. İndi başqa cür görünürdü. Piştaxtanın yanında oturan iki müştəri yana çəkilib ona yer verdilər.
“Düzdür, ser” , - Ceyms dedi.
Digər iki müştəri daha rahat otursun deyə azca kənara çəkildilər. Gənc piştaxtanın arxasındakı güzgüdə özünə baxdı.
“Dəyişdim mən, Cemys”, - dedi. Güzgüyə baxıb bunun nə qədər doğru olduğunu gördü.
“Siz yaxşı görünürsünüz, ser”, - Ceyms dedi: “Görünür tətiliniz yaxşı keçib”.
İngiliscədən Günel Əsgərzadə tərcümə etdi.

1364 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024