“Biədəb lətifənin külliyyata düşməsi texniki məsələdir”
20 iyul 2012
16:35
Kulis.az-ın suallarını AMEA Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri namizədi, “Azərbaycan Folkloru Külliyyatı”nın etiraza səbəb olmuş VI cildinə məsul şəxs Əziz Ələkbərli cavablandırır.
- Folklor İnstitutu “Azərbaycan Folklor Külliyyat”ının yüz cildliyini çap etdirmək istiqamətində işlərini davam etdirir. Külliyyatın yüz cilddə çapı hansı ehtiyacdan yaranıb? Ümumiyyətlə, buna gərək varmı?
- Bu, möhtəşəm, başqa xalqlarda olmayan bir şeydir. Bizim folklor o qədər zəngindir ki, hətta yüz cilddən artıq da material var. Bu layihəni Folklor İnstitutu ona görə ortaya atıb ki, Azərbaycanın Sovet dövründə toplanmamış folklor nümunələrini külliyat şəklində ortaya qoysun, xalqın sərvəti itib-batmasın. 2003-cü il ildə Folklor İnstitutu yarandıqdan sonra çox böyük işlər görülüb, bu işlərin heç biri Sovet vaxtında edilməmişdi. O vaxt beş cilddə Azərbaycan nağılları, beş cilddə Azərbaycan dastanları nəşr edilmişdi. Amma biz on cilddə nağılları, iyirmi cilddə dastanları çap etmişik. Proses davam edir. Bundan başqa şifahi xalq ədəbiyyatına dair tədqiqlər məcmuəsinin XXXX cildini nəşrə hazırlayırıq.
- Dünyada say etibarilə böyük xalqlar var. İngilislərin, rusların, ərəblərin, ispanların folklor külliyyatı neçə cildlikdir?
- Yüz cildlik folklor materialının olmağı xalqın həm qədimliyinə, həm sözə münasibətinin, zəngin tarixə və mədəniyyətə sahib olmasının göstəricisidir. Saydığınız Avropa xalqlarının tarixinə baxsaq, görərik ki, onların Avropada məskunlaşmasının tarixi uzaq bir dövrə gedib çıxmır. Avropanın məskunlaşması hara, Yaxın Şərqin, Azərbaycanın tarixi hara? Bizdə elə mətnlər var ki, tarixi min il öncəyə gedib çıxır. İbtidai insandan üzü bəri gələn mətnlər var.
- Həm folklor külliyyatı, həm də folklor antologiyası çap etdirməyiniz birmənalı qarşılanmır. Çünki folklor mətnlərini onsuz da hansısa bir regiona aiddir, orda yazıya köçürülüb. Belə olan halda ayr-ayrı iki böyük layihə təşkil etmək nə dərəcədə doğrudur?
- Folklor ilk növbədə regional məsələdir, hər bir regionun folklorunun özünəməxsusluğu var. Bu məsələni institutda müzakirə elədik və qərara gəldik ki, nümunələr bölgələr üzrə yığılsın. Folklor ümumi şəkildə yığılsa, pərakəndəlik yaranar. Külliyatda janrlar üzrə, antologiyada bölgələr üzrə folklor nümunələri yığılıb. İkisi də elmi nəşrdir, redaksiya heyətinin rəyi ilə çap olunur. Ola bilsin ki, bir mətn həm küliyyatda, həm də antologiyada var, ancaq bunun heç bir dəxli yoxdur. Folklor nümunəsi toplamağın elmi prinsipi də var. Söyləyici necə deyirsə, onun ağzından yazıya alınıb olduğu kimi elmi nəşr olunmalıdır ki, sabah tədqiqatçı bunun üzərində iş görə bilsin. Bu mətn dilçilər üçün dialekt və şivə baxımından da tədqiqat mənbəyidir. 200 il ərzində bu elmi prinsiplər müəyyənləşdirilib. Folklor mətnləri yox yerdən, havadan yaranmır. Elmi prinsipə görə folklorçu mətnin bir sözünə də toxuna bilməz. Ona görə ki, sabah tədqiqatçı yanlış istiqamətə getməsin. Kütləvi nəşr təbii ki, ədəbi dildə yazılmalıdır, ancaq elmi nəşr haqqında bunu demək olmaz. İndi folklorçu üçün xüsusi şərtlərdən biri odur ki, söyləyicinin dedikləri həm videoya çəkilir, həm diktafona yazılır, həm də yazıya köçürülür. Sabah bizdən soruşanda deyirik ki, bunu özümüz düzəltməmişik, söyləyici bu şəkildə deyib.
- Keçək “Arzuolunmaz kürəkən”ə. Əvvəla, bu mətnin janrını müəyyənləşdirmək mümkün deyil. Bunu nə nağıl, nə də lətifə adlandırmaq olar. Mətnin səviyyəsindən isə danışmağa dəyməz, çünki hər şey ortadadır.
- Bu, bizim gənc toplayıcılar tərəfindən yazıya alınıb. Bunun kitaba düşməyi tamamilə texniki məsələdir. Bu qədər kitab ərsəyə gətirmişik, onların heç birində bu mətnə uyğun mətn tapa bilməzsiniz. “Arzuolunmaz kürəkən” diqqətdən yayınıb ora düşən mətndir. Bu cür mətnlər arxivləşdirilməli, qalmalıdır, ancaq kitabda getməyinin biz də əleyhinəyik. Bu boyda fantastik iş görən alimləri adi bir detala görə işdən soyudurlar. Qasım bəy Zakirin şeirlərində nə qədər istəsəniz ədəbsiz sözlər var, ancaq heç kim bundan danışmır. Hərbə-zorbalarda, həcvlərdə nə qədər bu tip sözlər var. Ceyhun Hacıbəylinin “Qarabağ folkloru və dialekti”, Hənəfi Zeynallının “Azərbaycan atalar sözləri və tapmacalar”, Vəli Xuluflunun “Tapmacalar” kitablarında bu cür ifadələrin sayı-hesabı yoxdur. Halbuki bu kitablar 20-30-cu illərdə kütləvi şəkildə nəşr olunub, bu gün də stolumuzun üstündədir. Bir nağılı bu dərəcədə şişirdib, 22 alimi ittiham etmək, məhkəməyə vermək repressiyanın təkrarıdır. Hənəfi Zeynallı, Əmin Abid, Vəli Xuluflu da bu cür detallara görə repressiya qurbanı oldu. Azərbaycan mənəviyyatına qulluq eləmiş adamlara qarşı aparılan kampaniyanın dalında nə və kim durur? Bunun mahiyyətinə niyə varmırsınız?
- Bəs “Şəmil-gühudun nağılı”, “Qara vəzirin nağılı” ... Atanın öz qızı ilə evlənmək istəməsi...
- Bu mətnlərə qarşı heç kim iddia qaldıra bilməz. “Qara vəzirin nağılı”nın Folklor İnstitutuna heç bir dəxli yoxdur. Beş cildlik Azərbaycan nağıllarını oxuya-oxuya gəlmişik. Bu nağıl 1960-cı ildə Məmmədhüseyn Təhmasib tərəfindən pasportlaşdırılıb, göstərilib ki, 1935-ci ildə yazıya alınıb. Sovet dövründə çap olunmuş beş cildliyin I cildində bu nağıl var. Özü də bu, elmi nəşr yox, kütləvi nəşrdir. 52 ildir bu nağılı hamı oxuyur. Bunu 52 ildən sonra Folklor İnstitutuna ittiham kimi irəli sürmək absurddur. “Şəmil-gühudun nağılı”nda isə Azərbaycan xalqı içində yayılmış başqa xalqın nümayəndəsi haqqında olan təsəvvür əksini tapıb. Şəmil Azərbaycan xalqının nümayəndəsi deyil. Başqa bir məqam da var, sizin dediyiniz o süjet beynəlxalq süjetdir. Dünyanın hansı xalqında istəsəniz həmin süjeti tapa bilərsiniz. Yunan mifologiyasında Edip kompleksi var.
- Sizi ittiham edirlər ki, bu nağıllar türk əxlaqına uyğun deyil...
- Gəlin, bəzi şeyləri çox şişirtməyək. Cəfər Cabbarlının “Qız qalası” əsərində nədən söhbət gedir? Yüz ildir, bu əsəri təbliğ edirik, heç iddia qaldıran yoxdur. Çəmənzəminlinin “Qızlar bulağı”nda belə şeylər yoxdur? Folklor mətni bu gün yaranan mətn deyil. Siz min illər bundan qabaq yaranmış mətndən bu günkü türk əxlaqını tələb edə bilməzsiniz. Digər tərəfdən Azərbaycan xalqının etnogenezində başqa xalqlar da iştirak edib. Heç kim deyə bilməz ki, onun babası min il öncə hansı xalqın nümayəndəsi olub. Sənin ərəb, yunan kəndlərin var. Bunları gərək yazıya alasan ki, tarixini araşdırda biləsən. Gözümü yumub deyə bilərəm ki, sənin tarixinin 50 faizi saxtadır. Gəlin, Kərəmi məhkəməyə verək ki, erməni qızının dalınca sürünür. Hər şeyi atdı, düşdü bir erməni qızının dalınca, yandı, kül oldu. Gəlin, onu dini və milli xəyanətdə ittiham edib məhkəməyə verək. Folklor mətninə bu cür yanaşmaq olmaz. Altayda söyüşlər üzrə elmi iş yazılıb. Bu da folklor mətnidir.
- “Azərbaycan Folklor Külliyyatı”nın VI cildindəki “İki qardaş” nağılından belə çıxır ki, xanımların hamısı əxlaqsız, kişilərin hamısı qeyrətsizdir.
- Bu nağılı xatırlamıram, ona görə də bir şey deyə bilmərəm.
- Siz axı nəşrə məsulsunuz.
- Nəşrə məsul kitabın nəşrini təşkil eləyən adamdır. Yəni mənə hazır kitab veriləndən sonra mənim borcum onun mətbəəyə çatdırılması, nəşr olunması, daşınıb instituta çatdırılmasıdır. Nəşrə məsul şəxsin səlahiyyəti çatmır ki, nəyisə dəyişsin. Sadəcə, o vaxt direktorumuz dedi ki, yaxanı kənara çəkməyəsən deyə səni nəşrə məsul təyin edirəm. Çox təəssüf ki, bu boyda işin içində iki səhifə gözdən qaçıb və bunu ümumilli məsələyə çeviriblər.
- “İki qardaş”la “Min bir gecə”nin ilk nağılı arasında oxşarlıq çoxdur. Sanki bu nağıl oradan götürülüb.
- Heç bir xalq təcrid olunmuş vəziyyətdə yaşamır. Hər bir xalq başqa xalqlarla təmasda, əlaqədə olur. Mətn verir, mətn alır. Türk folklorunun mifoloji mətnlərini bu gün dünya xalqlarının əksəriyyətində tapa bilərsən. Təpəgöz də var, Polifem də. Odissey da var, Beyrək də. Sənə də başqa xalqlardan müəyyən təsirlər olub. Bu gün erməniləri hər şeyi oğurlamaqda ittiham edirik. Ancaq belə kütləvi oğurluq olmur, bunun mənşəyi açılmalıdır. Mənşə açılmayıb deyə biz ermənini, rus başqasını, türk isə bir başqasını oğurluqda ittiham edir.
- Belə iddialar da var ki, bir çox hallarda folklorçuların özü mətn yazırlar. Məsələn, belə bir fikir var ki, “Koroğlu” dastanında “Mərcan xanımın Çənlibelə gəlməyi” boyunu folklorçular yazıb.
- Bu, hər bir folklorşünasın vicdan məsələsidir. Nə sən onu sübut edə bilərsən, nə mən. Amma uzun illər folklor nümunələri toplamış birinin bir gün folklor söyləyicisi olması da normaldır. Xalq bunu qəbul edəcək ya yox, bu başqa məsələdir. İstənilən dövrdə yeni folklor mətnləri yaranır. Bunu konkret fərdlər yaradır.
- Dövlət bu kitabların çapına nə qədər vəsait ayırıb?
- Mən maliyyə məsələlərinə qarışmıram, mənim öz işim var. Dövlət yalnız kitabların çapını öz üzərinə götürüb. Ancaq müəlliflərə qonorar verilmir.
- İstərdik tiraj məsələsinə aydınlıq gətirək. Folklor külliyyatı nə qədər tirajla işıq üzü görüb?
- Bizdə tarix boyu ən böyük tiraj 500 olub. Akademiyanın maliyyə xidmətinə zəng edib dəqiqləşdirə bilərsiniz. Bildiyimə görə indi 500 tirajla kitab təsdiq olunmur. Külliyatlar əvvəl 500 tirajla çap olunurdu, indi azalıb, 300-400 tirajla çap olunur.
Qan Turalı
Ağa Cəfərli

2097 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024