Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edildi

Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edildi
9 dekabr 2025
# 17:00

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri açan Əməkdar artist, professor Azad Şükürov Mənsum İbrahimovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onu Azərbaycan milli musiqisinin layiqli təmsilçisi adlandırıb.

ADMİU-nun rektoru Əməkdar İncəsənət xadimi professor Ceyran Mahmudova yubilyarı bir zamanlar məzunu olduğu ali təhsil ocağında görməkdən məmnunluğunu dilə gətirib, əsl sənətin hüdudsuz olduğunu deyib. M.İbrahimovu yubileyi münasibətilə təbrik edən rektor ADMİU-nun ona həsr etdiyi “Əsrimizin Məcnunu” sənədli filminin yubiley hədiyyəsi olduğunu deyib.

Qeyd edilib ki, M.İbrahimovun 65 illik yubileyinə həsr olunmuş “Əsrimizin Məcnunu” sənədli filminin ideya müəllifi professor C.Mahmudova, operatorları Azər Həsənov, Sabir Abbaszadə, Mətanət Abdullayeva və Fidan Qasımovadır.

Tədbirdə çıxış edən Milli Konservatoriyanın rektoru professor Kamilə Dadaş-zadə sənətkarın Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Mənsum İbrahimovun zəngin ifaçılıq məktəbi, ustad sənətkarın yetişdirdiyi gənc xanəndələr milli musiqi mədəniyyətimizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

Daha sonra “Əsrimizin Məcnunu” filmi nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Xalq artistləri Gülyanaq Məmmədova, Simarə İmanova, Teyyub Aslanov, Əməkdar artistlər Zakir Əliyev, Fəridə Məlikova, tələbələr Xətayə Cəfərova, Məleykə Məhərrəmova, Orxan Hüseynov, Eltac Gözəlov, Yusuf Rüstəmov, Nihad Quliyev, Sıriyyə Ramazanova, Rəvan Mustafazadə və başqaları sevilən musiqi nömrələri ilə çıxış ediblər.

Sonda yubilyar sənətinə verilən yüksək qiymətə və göstərilən diqqətə görə ADMİU rəhbərliyinə, filmin araya-ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

# 858 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər