Tehran Əlişanoğlu Sabir polemikasına qoşuldu
19 sentyabr 2011
15:31
Yazıçı danışdı, Publisist danışdı, Şair danışdı, növbədə, belə çıxır ki: Tənqidçi olmalıdır. Olsun…
Biz tənqidçilər öz aramızda bu qənaətə gəlmişik ki: istəsək belə, hələ Ədəbiyyatımız barədə elit bilikləri mədəni-kütləvi şüura yeritməyin-yedirtməyin çəmini-mexanizmini tapammamışıq. Kim hardan gəldi, necə qandı, sovet, ya post-sovet obrazlarından çıxış edir…
Aha, bir ümumi diaqnoz qoyaq, görək Cəmiyyətimiz nə ilə nəfəs alır? – Rafiq Tağı yenə fonendoskopunu işə salmış: Mirzə Ələkbər Sabirləmi? Vay-vay-vay!, bir gör nə qədər mazoxist olasan ki, eybini amansızcasına üzünə çırpan bir Zatı belə sevəsən: “Zülmətsevər insanlarız üç-beş yaşımızdan…”
Yox, bu dəfə də, deyən, Klassika sevgisi qalib gəldi; Rafiq Tağının növbəti büt qırmaq sevdası yenə gözündə qaldı; məsələn, bu dəfə mən Qan Turalının publisist çıxışından çox razı qaldım: operativ, dümdürüst Cəm-iyyət mövqeyindən, vaxtında! Mən sizə demişdim: o, Cəm-iyyət adamıdır, Ədəbiyyatdan yox, Cəm-iyyət maraqlarından çıxış edən Publi-sistdir; bir qırpımda “uff” demədən yazıçı Rafiq Tağını “obıvatel” adlandırıb, keçdi-durdu Cəm-iyyətin sırasında…
Elə Aqşin Yenisey də pis danışmadı, fürsət düşən kimi yazıçı ustadına öyüd-nəsihət verməyə çalışdı, Rafiq Tağını Mirzə Ələkbərin yanına qoyub: ustadına kəm baxmamağa çağırdı… Hələ Millət!, hələ Azadlıq sevdası!, paho… Hiyləgər Feyziyyənin qarmağına keçib, hər kəlməbaşı: bəs Rafiq Tağı deyir ki, Zülmətsevər insanlarız üç-beş yaşımızdan… – söyləmək Millətə həqarətdir, siz nə deyirsiz?; sualına cavabda necə də ehtirasla öz sevimli Şairinə, o böyük Sabirin heykəlinə sığınmağa çalışırdı; sanki qoparacaqmışlar qəlbindən… Bir az da qəfil hücumdan hürkmüş görünürdü, həm də necə bir Şairə!; yəni Milləti öz xassəsi-xasiyyətindən, özündən-özlüyündən ayırmaqmı istəyirlər? Aman-aman, gənc nəsillər hələ təzə-təzə öyrənir-ögrəşir, Milləti Sabirindən ayırmaq, elə varlığından ayırmaq deyilmidir?
Həə, Rafiq Tağı bunu belə bilmirdi; “mız-mızı ziyalı mığmığalarımız”a hələ qarşıda savaş vəd edəndə elə bilirdi ki, 1990-cı illərdə: Mirzə Cəlilə, Füzuliyə, Mirzə Fətəliyə… elə daş atmağın görüb, başını tutduğu kimi, yenə də bir bölük yazar-ziyalı-surətpərəstlərlə üz-üzə gələcək, bir zaman söylədiklərini bugün demokratiya- fikir sərbəstliyi- söz azadlığının vəcdiylə bir daha üzlərinə çırpacaqdır: Mən demədimmi cövhəri-nəfsinə hirs olur ərəz?..
E-heyy, hanı o klassiksevərlər?!; o zaman beləydi ki: hərənin öz klassiki!, varidatı kimi möhkəm-möhkəm qucağına sıxmışdı, ay aman, birdən əlimizdən gedər; Anarın öz Mirzə Cəlili, Əkrəm Əylislinin özünkü, İsa Həbibbəylinin… Hətta Ədəbiyyat İnstitutu müşavirə də keçirdi… İndi oralarda Rafiq Tağıya məhəl qoyan, hay verənmi var?!; göyə niyə?, elə birbaşa bütlərə daş atan oğlanı bir az da yaxına – Səməd Vurğunacan buraxıb, oyundan (AYB-dən) kənar etdilər, vəssalam; oralarda indi hamı xımır-xımır öz kapitalını (klassikasını!) xərcləmədə…
Əvəzində, Yazıçı indi tamam özgə müqavimət, daha geniş və xoş auditoriyalarla üz-üzədir: “Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,/ Zənn edərdim edəcəkdir ona çarə ciyərim…” – Yazıçı Cəmiyyətdə olmalıdır!; fonendoskopu ordan götürüb, bura dürtür, Cəmiyyətin əhval-ruhiyyəsinə zamın durmalıdır!, burdan da ora: “Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən/ Başladı şişməyə indi üzü qarə ciyərim…” Yox, maşallah, Millət yaxşı vəziyyətdədir, varidatına sahib durmağı bilir…
Necə ki, onda tək idi, Rafiq Tağı yenə də ala qarğa olaraq qalır… Doğrudur, mövqeyini bölüşməsələr də, bu və ya digər qədər Yazıçını anlamağa çalışanlar da oldu: Sayman Aruz, Aliq Nağıoğlu, Salam Sarvan kimi, amma bu, məhz Ədəbiyyatın içindən olan dəstəkdir, Ədəbiyyat söhbətidir; Cəmiyyət müstəvisinə girməsə də, hər halda Rafiq Tağının balaca bir uğurudur…
Rafiq Tağının Sabir barəsində dediklərinin bircə kəlməsi ilə belə razılaşmasam da, mən yenə də onu (R.Tağını) müdafiə mövqeyində durasıyam; necə ki, 1990-cılarda, elə. Mən Ədəbiyyat tənqidçisiyəm, Cəmiyyətdə hansı reaksiyanı doğurmasından asılı olmayaraq Ədəbiyyatın keşiyində durmalıyam. Rafiq Tağının Ədəbiyyatı (hekayələri) var, 1990-cılardan bu yana Publisist fəaliyyətindən xəbərim var; mən küylərdən deyil, burdan çıxış edərək, Yazıçını anlamağa çalışmalıyam. Nəinki Rafiq Tağı kimi yazıçının, Ədəbiyyata girən hər əsərin, mətnin, hətta misranın, obrazın, Sözün də qədrini-hesabını bilməliyəm mən. Qoy tamam səhv desin, sərt desin, yanlış, yainki bəzilərinin sezdiyi kimi: yarımçıq desin, bunu Yazıçı deyirsə, deməli, sözünün Mustafası var; məni maraqlandıran həmin o Mustafa olmalıdır…
***
Həə, bu yerdə fonendoskopu Rafiq Tağının əlindən qoparıb, qoyaq Ədəbiyyatın, lap elə Mirzə Ələkbər Sabirin üzərinə. Ruhuna rəhmət, məgər Ədəbiyyatımızda qocaman bir dağ olan Sabirin müdafiəyə hacətimi var: “Seyli-tən öylə təməvvüclə alıb dövrü bərim – / Bənzərəm bir qocaman dağə ki, dəryadə durar!..”
Ətəklərindən sallanıb durduğumuz Nəhəngləri, üstəlik: guya biz onlardan yox, onlar bizdən asılıymışlar kimi müdafiəyə qalxışmağımız həmişə mənə gülünc gəlmiş. Yadıma gəlir: 1990-cı illərin lap əvvəllərində, Əlibəy Hüseynzadənin, M.Ə.Rəsulzadənin Cəmiyyətdə təzə dəbə düşdüyü və əvəzində digər adların aşağılandığı çağlarda yazıçı Elçinin rəsmi kürsülərdən: N.Nərimanova, C.Məmmədquluzadəyə, M.Ə.Sabirə… – necə patetik, pafosla qahmar durması. Nə dəyişmiş ki; lap elə bugün də bəzilərimiz hansı heykəlin yerini hansı heykəlin tutması barədə mühakimələr yürütmürmü: Məhəmməd Əmininmi, Heydər Əliyevinmi, ya bəlkə Mirzə Ələkbər Sabirin? Ehh! Nəhənglər məgər elə onunla Nəhəng deyilmi: kimi daha da yüksəklərə baxmaq üşün şəninə heykəllər yapar, kimilər qibləsini tapıb ətəyində səcdəyə düzülər… Kimisi də eləcə kabus bilib Don Kixot sayağı kölgəsilə çarpış-ha-çarpış, həmlələr edər, lap bizim Rafiq Tağı kimi; hər savaşın sonucları da olur, şəksiz…
Kimsə də, məsələn, lupa ilə yaxınlaşdırıb, deyir ki: Sabir bütün Milləti yox-ha, hissəsini tənqid atəşinə tuturdu… Yox, elə deyil, Rafiq Tağı bilir, nə deyir; Sabir həmən o Nəhənglərdəndi ki, Sözünü bütün Millətə deyirdi, Millətin sözünü deyirdi, bəli: Zülmətsevər insanlarız üç-beş yaşımızdan… Özünü ayırmırdı ki, o da sevgili Millətinin övladı idi (“Mən də müsəlmanam, a şirvanlılar!”) və onun (Millətin) qaranlığını bütövlükdə görüb, özü Özünə qah-qah çəkirdi: “Fitnə göyərir torpağımızdan-daşımızdan…” Mən də bu Millətin övladıyam, yaşayıb- görüb- dərk edib də təkrar edirəm: “Zülmətsevər insanlarız üç-beş yaşımızdan…” Siz də, oradakılar da, hamı, necə ki edir – elə Rafiq Tağı da təkrir etməkdən çəkinməsin: “Zülmətsevər insanlarız üç-beş yaşımızdan…”; unutmamaq üçün, ta o zamana kimi ki: bəlkə qəlbimizə bir işıq gələ… Zira Özünə gülməyi bacaran Millət ən güclüsüdür! – deyirlər.
Aha, indi də fonendoskopu götürüb gətirək bugünün Ədəbiyyatı, lap elə Rafiq Tağının üzərinə; görək çoxlu xışıltılar içrə bir şey eşidirikmi… Müsahibələrinin birində Rafiq Tağı 1990-cı illərin əvvəllərini: necə Moskvadan gəlib, burda azad sözə görə təpki ilə üzləşdiyi dövrləri yada salır. Yuxarıda xatırlatdım, mən buna şahidəm: niyə o, Rafiq Tağı, məsələn, M.Füzuli, M.F.Axundzadə, C.Məmmədquluzadə haqqında düşündüyünü deməsin? Məgər onun, bir fərd, vətəndaş (Vətən övladı), Yazıçı olaraq: (500 illik) Füzuli kultuna, uzun sürən (200 il!) Maarifçilik əsrinə, yüz ildir (!) Milləti vuran Satira-tənqid atəşinə qarşı sözü-fikri-mövqeyi ola bilməzmi? Çağdaş Qərb dəyərləri: söz azadlığı-plüralizm-demokratiya təşnəsi olan Rafiq Tağının sadəzəmir arqumentləri indi də eyni olaraq qalır: məgər Şekspiri bəyənməyən Tolstoy öz sənət mövqeyində haqlı deyildimi?!, ya Mirzə Fətəlinin özü Füzuli sənətini niyə danırdı ki?! Ədəbiyyatın içində olanlar bilir, bu sıranı nə qədər desən, artırmaq olar: Mayakovski Puşkini tutduğu pyedestaldan yıxmaq istəmirdimi?, görən, Folkner Heminqueyi nədən bəyənmirdi? və s. Bu yerdə Salam Sarvan sənət qardaşını daha yaxşı anlaya bilir: “Məsələn, Füzulinin inkarı nəyə aparıb çıxarır: Füzulidən fərqli şeirlər yazılır və Füzulinin də ədəbi mövqeyinə zədə dəymir – o, onsuz da ədəbiyyatda qalmaqda davam edir…”
Lakin hər dəfə Rafiq Tağının çıxışlarında əvvəlkilərini təkzib edən elə məqamlar olur ki, həm də onu məhz pyedestaldan salmağa çalışdığı Ədəbiyyatla bağlayır: “Mirzə Cəlildən ayrılmağı” qət edib, başqa bir çıxışında Mirzə Cəlil mövqeyinə əsaslanır; M.Füzulini istəməyib, əvəzində Sevgi platformasından çıxış edə bilir; maarifçiləri bəyənməyib də, amma hamıdan çox düşüncələrində “Qərbpərəst” Mirzə Fətəliyə yaxın ola bilir və s. Mirzə Cəlilin sözü olmasın, hər cür meyvələr yetirir bu Vətən torpağı; və sonda baxıb görürsən ki, ümumən Rafiq Tağının istədiyi nədir axı: hər növ bütpərəstlikdən, idoldan, totalitar düşüncədən, qul psixologiyasından, avtoritarizmdən uzaq Qərbsayağı bir cəmiyyət! Axx, “Qəmi-möhnət füzun oldu,/ səbəb boynu yoğun oldu…,/ Əliflər döndü nun oldu,/ səbəb boynu yoğun oldu…”
Deyənlər var: yəqin Rafiq Tağı şan-şöhrət naminə beləcə Nəhənglərə öcəşir, inanmıram. Yolun başlanğıcında – bəlkə də; o zamanlar mən də yazırdım ki: publisistika Rafiq Tağının özünü-sözünü-varlığını görükdürmək üçün bir vasitədir, onun əsl mövqeyi yaratdığı Ədəbiyyatında – hekayələrindədir! O zaman onun hələ vur-tut üçcə kitabı çıxmışdı; indi – gərək ki, sayı 8-ə çatmış, cüzi şeirlərini çıxmaqla hamısı da hekayədir. Rafiq Tağı bu sahədəki işin həcminə görə Ədəbiyyat tariximizdə artıq alternativsiz hekayəçidir. İndi o cür şöhrət yanında bu növ cəng-cədələ nə hacəti? Məgər şöhrət çələngi başında ola-ola bundan özgə cürə bəhrələnmək olmazmı? Məsələn, Ramiz Rövşən sayağı, elə bugünlərdə verdiyi müsahibə nə qədər adamın ürəyindən oldu: təmiz, vicdanlı, qərəzsiz – açıq söhbət. Halal olsun, mənim də xoşuma gəldi; elə bircə səmimiyyət bəsdir ki, filan qədər Cəm-iyyətin kumirinə çevriləsən! Yoxsa, acıdil Rafiq Tağı…
Amma neyləməli, bu – sadəcə mövqe məsələsidir: Ramiz Rövşəninki hamılıqla barışıq mövqeyidir; Rafiq Tağınınkı ardıcıl, prinsipial, Cəm-iyyətlə barışmaz mövqe. Ramiz Rövşən deyir: eləməyin, qardaşlar!, Füzuli də, Mirzə Cəlil də, hətta Anar da müqəddəsdir, “simvol”dur, toxunulmazdır (yəni bütdürmü?); Rafiq Tağı deyir: “Bütləri canlandırmaq gərək. Büt kimi qalmaqdansa, durub bizim kimi atışmaq daha yaxşıdır…” Elə deyil ki, guya Ramiz Rövşənin yolu savaşlardan keçmir, ya daha asan başa gəlmiş; yadınızdasa həmin 1990-cı illərdə R.Rövşən də: totallığa yox! – deyə həcvlər, Rafiq Tağı isə “Qırmızı dastan” yazmışdı. Axırı necə oldu: birincisi, çox yaxşı, Şair evlə təmin olundu, rifah da tapdı (istəməyənin gözü çıxsın!); bəli, özü dediyi kimi: Şairə, şeirə hörmət də vardır!, hətta bugün rifahdan imtinanın əbləhlik olmasına dair çoxlu sitatlar da gətirmək onun haqqı. İkincisi isə… Əh, Əjdər Ol demişkən: Rafiq Tağı ki, Rafiq Tağı… – axırı gəlib-gəlib həbsxanaya dirəndi. Yox, yox, elə bilməyin ki, mən bu, yaxud digər yolu təqdir edir, ya qınayıram. Əslində, Millət sevdası elə budur: Sözünün üstündə kimsə Cəza çəkir, başqa birisi Cəm-iyyətdə nüfuzundan yararlanıb “Rafiq Tağıya azadlıq!” kampaniyası təşkil edir, mənim kimi səsi heç yana çatmayan üçüncü birisi də Rafiq Tağının hekayələrinə dair cızma-qaralar edib, Tənqid.net jurnalına yerləşdirir ki: aya, bəlkə nəzər qılıb Ədəbiyyatı da bir saya salanlar ola; başqa necə olur ki…
Deyən, fonendoskopu çox oynatdıq, bir az da bu yana, cavanların, məsələn, Aqşin Yenisey isimli bir növcavanın tuşuna çəkək: nəfəs ver, nəfəs al… Sağ olsun Kamal müəllim (Kamal Abdulla), BSU-da 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanasının tərcümələri üzərində işləmək üçün balaca bir Redaksiya yaradıb və burda çalışan cavanlar Dünya Ədəbiyyatı məsələsində xeyli irəli gediblər, bu məni sevindirir. İndi Aqşin deyir ki: Harold Pinter adlı Nobel mükafatı almış balaca bir ingilis dramaturqu var, ömrünü o Nəhənglikdə Amerika iqtisadi sistemiylə mübarizəyə sərf eləmiş; bəs bizimkilər nə edir, gücümüz elə Öz Özümüzlə yaxalaşmağa çatır. Deyir və bu yerdə mən cavan həmkarıma bir söz deyə bilmirəm…
Amma bir az sonra baxıb görürəm ki: başı əhləd daşına hələ dəyməyib və Aqşin Yeniseyin, deyən, “bizimkilər”dən elə də xəbəri yoxdur. Məsələn, oxumayıb və bilmir ki, Rafiq Tağının bircə hekayəsində belə Millətin, Vətən övladlarının qaranlığı hədəfdə deyil; əksinə, hər cür qaranlıqlar içrə çapalayan Millət övladına burda o qədər sevgi var ki… (az qala: Mirzə Ələkbərinki qədər! – deyəcəkdim) Mehdi Bəyazidin ruhuna rəhmət, deyirdi: bilmirəm, Rafiq Tağı bu qədər milli tipləri hardan, necə… – və mən əlavə edirəm: həmin tipləri göstərmək üçün bu qədər işığı nerədən tapır?! Bu ki, Millət sevgisini biruzə verməkdə, deyən, cavan dostumuz daha da çox tələsmiş, heç savaşın nə üstdə getdiyinin rənginə də baxmamışdır. Rafiq Tağının hekayələrində ironiya var, yumor var, amma amansız Mirzə Ələkbər Sabir satirası, sarkazmı nəinki yoxdur, davası da elə Satirik ifşanı “Məcnun sevgisi” ilə əvəzləmək üstündə deyilmi: Səni sevəcəyəm, Sən sevməsən də (təbii ki, burda “sən” sözünün yerində – Millət məfhumu durur)…
Tələsiklikdə cavan Şair “poeziya” sözünü də nəsə yerində işlətməyib, “Allahın dəvədəlləyinə də aydın olan həqiqət”də bir qədər çaşır. “Sabir satira yazdığı üçün onun şeirlərində poeziya çatışmır” deyən Aqşin, güman ki, burda “poeziya” əvəzinə “lirika” demək istəyir. Bu Rafiq Tağı sayağı yanlışlığı ona keçmək olardı; mən sadəcə Rafiq Tağının: (guya) əcnəbilər Sabiri oxusa, bizi düz tanımaz – fikrinə qənşər qabardıram bu passajı. Əzizim Rafiq, Sabirdə o qədər Poeziya, hətta yeri gəldikcə lirika (“Daş qəlbli insanları neylərdin, İlahi!”) var ki: artıq Yaşar Qarayev hərtərəfli tədqiq edib: bu, başdan-ayağa Füzuli poeziyasıdır! – əgər Sabiri əcnəbicəyə çevirmək mümkün olsaydı, şeirsevər əcnəbilər yalnız böyük həzzlə təkrarlardılar: Zülmətsevər insanlarız üç-beş yaşımızdan…; bu Poeziyaya rep-filan, müasir tətbiq tapar, altından min bir məna çıxarardılar (hərçənd bizimkilər də, gərək ki, “Ac həriflər” tele-tamaşasında Cavanşir Quliyev-Ramiz Rövşən Sabiri rep-ləşdirmişdilər)… Təəssüf ki, Füzulinin Divanı kimi, Sabirin “Hophopnamə”si də Dil hadisəsi olaraq milli dilə o qədər yapışıq ki, tərcüməsi effekt vermir (rus dilinə tərcümələr bunu deyir).
Deyən, çox oldu; bir az da fırlayıb gətirək Feyziyyənin Oxu zalındakı face.book-u üstünə, biləsiz nəmənəymiş Rafiq Tağı fonendoskopu: Aldanmayın, Allahı sevərsiz… Məsələn, hekayələrindən tanıdığım Aliq Nağıoğlunu mən burdan bir daha tanıdım: “Məncə, qeyri- ordinar fikirləri ortaya atmaq bütün zamanlarda aparıcı yazıçılara xas olub, Rafiq bəy də bu sarıdan istisnalıq təşkil etmir…”; cavan isə də həyat görmüş Sayman Aruzu Sabirə dair qeydlərində dürüst gördüyüm kimi, yazıçı həmkarına qarşı münasibətində də qəti bildim: “Rafiq həmişə gündəmdədi. İnanmıram bu yazı ilə gündəmə gəlmək arzusunda olsun. Məncə, o bir az tələsib bu yazını yazmaqda. Ümumiyyətlə yazarlarımız çalışmalıdır ki, nəyi isə yaratsınlar, dağıtmasınlar. Mən çox sevinərdim əgər Sabir haqda elmi bir yazı ortaya qoyulsaydı. Əslində, Rafiq bəyin bu yazısı da pis olmadı. O da özünü qurban verdi ki, başqa dostlar da bu mövzu ilə bağlı mövqe bildirsinlər. Əslində o Sabirə xidmət etdi. Bu baxımından dəyərli iş görüb!!!”
Amma, məsələn, bilsəm də ki, yenə inciyəcək, toxunmaya bilmirəm, yazıçı Əyyub Qiyasın ikili mövqeyini heç cür anlamadım; bir az əvvəl Kultaz-da oxumuşdum: “Rafiq Tağı bu günkü nəsrimizin ən istedadlı imzalarından biridir. Müsahibəsi də intellektli və yerində… Sağ ol qardaşım. Fikirlərin ürəyimin içindən keçir. Uğurlar sənə. Sayğılarla Əyyub. 13.09.2011. Sumqayıt”. Burda isə, belə bir komment: “Mənim Rafiq Tağıya hörmətim var, amma Sabirə daha böyük hörmətim var. Başa düşə bilmirəm, iş-gücmü qurtarıb, Sabirə ilişirlər?” – hətta ikisindən birinin saxta Əyyub olduğunu düşündüm…
Odur ki, elə bu aralarda gəzişən çox sayda tanımadığım cavanlara da tövsiyyəm: nəbada, hər fürsəti məqam bilib, özünüzün olmayan Söz deyə, mövqe bildirəsiz; Ədəbiyyata yol Sözdən keçir. Nə qədər xışıltı olsa da, Ədəbiyyat hər bir Sözə həssasdır, eləcə də onun Tənqidi.
16-17 sentyabr 2011
ANN.Az
Mövzuya aid digər yazılar:
Rafiq Tağı - Sabirə müharibə elan etdi
Qan Turalı: Rafiq Tağının diletantlığı
Aqşin Yenisey: Rafiq Tağının “Hopstopnaməsi”
Mirmehdi Ağaoğlu: Rafiq Tağı və Sabirin heyrətamiz oxşarlığı
Kənan Hacı: Rafiq Tağının Sabirə tuşlanan piştovu
Rafiq Tağı cavab verir:“Siz postmodernist deyilsiniz”

1933 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024