Ağdamda Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olundu

Ağdamda Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olundu
29 sentyabr 2025
# 10:45

Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib.

Kulis.az xəbər verir, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatları Aqil Abbas, Elman Məmmədov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə tanınmış muğam ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları iştirakçılara təqdim edilib. Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub.

# 1538 dəfə oxunub

Oxşar xəbərlər

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

13:14 25 noyabr 2026
Varoluş - Yeni hekayə

Varoluş - Yeni hekayə

12:27 25 noyabr 2026
Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

12:03 25 noyabr 2026
Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

11:01 25 noyabr 2026
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

11:00 25 noyabr 2026
Beyləqanda qədim tikili qalıqları aşkarlandı

Beyləqanda qədim tikili qalıqları aşkarlandı

10:46 25 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər