Lorka Nerudanın yatağına keşik çəkirmiş
19 sentyabr 2011
16:00
Yadımdadır, bir dəfə kosmik məhəbbət macəram zamanı mən gözlənilmədən Federikodan kömək almışam.
Günlərin birində necə olmuşdusa Federikoyla mən ancaq Argentina və Birləşmiş Ştatların yetişdirə bildiyi bir milyonçunun evində qonaq idik. Milyonçu kəskin xarakterli bir adam idi. Müxtəlif sensasiyalar üzrə ixtisaslaşan qəzet nəşr edərək əfsanəvi var-dövlət qazanmışdı.
Onun çox böyük, saysız-hesabsız kitab toplanmış kitabxanasında ancaq ən qədim nümunələr vardı. Ancaq hər şeydən artıq bizi mat qoyan o idi ki, kitabxananın geniş oxu zalının döşəməsinə başdan-başa xalı kimi bir-birinə tikilmiş qara bəbir dəriləri salınmışdı. Həmin dərilər bu nadir kitabxanada mənim ayağım altda bərq vururdu.
Buenos Ayresin ictimai fikrini öz əlində saxlayan güclü kapitalist, məşhur Natalio Botanın evi belə idi. Miz arxasında Federiko ilə yanaşı, ev sahbindən azacıq aralı əyləşmişdik, bizimlə üzbəüz isə ucaboy, ağbəniz, nərmənazik bir şairə oturmuşdu. Şam vaxtı onun yaşıl gözləri Federikodan çox mənə zillənmişdi.
Şam yeməyi üçün bizə bütöv qızardılmış öküz verdilər. Üstü külə bulaşmış öküzü salona səkkiz-on çobanın zorla çiyninə aldığı iri xərəkdə gətirdilər.
Şamdan sonra mən, şairə və yorulmadan şənlənərək elə hey gülən Federiko miz arxasından qalxdıq və parkın bir kənarında bərq vuran hovuza sarı yollandıq. Qarsia Lorka irəlidə gedir, ucadan gülərək nəsə danışırdı. Lorkanın xasiyyəti beləydi. Şənlik onun necə deyərlər, qılafı sayılırdı.
Hər tərəfdən üzərinə işıq salınan hovuzun bir yanında hündür qüllə vardı. İşıqlı gecədə bu qüllə əhəng kimi ağarırdı.
Biz aram-aram qüllənin üst meydanına qalxdıq. Yuxarıda hər üçümüz- üslub, yazı tərzi cəhətdən bir-birindən bu qədər fərqlənən üç şair- özümüzü real dünyadan uzaqlarda hiss etdik. Aşağıda hovuzun göy üzü işıldayırdı. Bir qədər uzaqda isə bayram şənliyini gitara və mahnı avazı qulağımıza yetirdi. Başımız üstündəki səma o qədər ulduzlu, o qədər yaxın idi ki, elə bil bizi öz dərinliklərinə çəkəcəkdi.
Mən sərv qamətli, qızılı saçlı şairəni qucaqladım, belini yüngülcə sıxıb özümə çəkdim, onun odlu yanağından öpərkən başa düşdüm ki, o insani materiyadan yaranmış adi bir qadındır. Özü də çox incə bir materiyadan.
Mat qalmış Federikonun gözünün qabağında yerə uzandıq. Qızı soyundurmağa başlamışdım ki, lap başımızın üstündə Federikonun təəccübdən böyümüş gözlərini gördüm. O, bizə baxır, baş verən hadisəyə heç cür inana bilmirdi.
-Get burdan! Get pilləkanın keşiyini çək ki, bura gələn olmasın!- deyə onun üstünə çığırdım.
Qüllənin lap yuxarısında ulduzlu gecəyə və Afroditaya qurbanvermə mərasimi icra olunan anda Federiko ona tapşırılan vəzifəni- aradüzəldən və keşikçi vəzifəsini icra etmək üçün sevinə-sevinə aşağı cumdu.
Özü də tələsdiyindən yıxıldı və pillələri birbəbir bədəninin müxtəlif üzvləri ilə saymalı oldu. Qızla mən o vəziyyətdə nə qədər çətin olsa da onun köməyinə getməli olduq.
Federiko düz on beş gün axsadı.
Çevirdi: Kənan HACI

852 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024