Necə oldu ki, Pyer Duş məşhurlaşdı?

 Necə oldu ki, Pyer Duş məşhurlaşdı?
31 avqust 2011
# 12:02
(hekayə)

Rəssam Pyer Duş aptek şüşəsindəki güllərdən və boşqabdakı badımcanlardan ibarət naturmotu çəkib qurtarırdı ki, yazıçı Pol-Emil Qlez onun emalatxanasına girdi.

Qlez bir neçə dəqiqə dayanıb dostunun işləməsinə tamaşa elədi. Sonra qətiyyətlə dedi:

- Yox.

Rəssam badımcanlardan gözünü çəkib təəccüblə ona baxdı.

- Yox, - deyə Qlez təkrar etdi. – Yox! Bu cür sən heç vaxt məşhurlaşmayacaqsan. Ustalığın var, istedadın da var, səmimisən, amma dostum, sənin sənətin çox adidir. Alışıb yanmır, gözə soxulmur. Salonda birlirsən nə qədər əsər qoyublar tamaşaya? Beş min! Sənin şəkillərin bir elə əsərin içində bizim laqeyd tamaşaçını cəlb etməyəcək...Yox, Pier Duş, sən müvəffəqiyyət qazana bilməyəcəksən. Heyf, çox heyf.

- Niyə axı? – hələ xam cavan ah çəkdi – Mən gördüyümü çəkirəm. Çalışıram ki, nə hiss eliyirəm, onu da ifadə eliyim.

- Əzizim, ay mənim yazıq dostum, bundadı bəyəm məsələ? Axı gərək sən arvadını, üç uşağıdı dolandırasan. Onların hərəsinə gündə üç min kalori lazımdır. Şəkillər alıcılardan qat-qat çoxdur, axmaqlar isə ağıllılardan yüz qat artıqdır. Bura bax Pyer Duş, bir məni başa sal görüm, hansı yolda sən bir sürü tanınmaz-bilinməz rəssamın arasından çıxıb deməyəcəksən ki, məndə varam.

- Zəhmətimlə, - deyə Pyer Duş cavab verdi. – sənətimin həyatiliyi ilə.

- Zarafatı boşla, canım... Axmaqları yuxudan oyatmaq üçünbircə yol var: nəsə qyri-adi bir iş görəsən gərək, ağlasızğmaz bir iş tutasan gərək... Hamıya elən elə ki, sən şəkil çəkmək üçün şimal qütbünə gedəsən. Ya da əyninə Misir faraonunun kostyumunu gey. Ən yaxşısı isə budur ki, təzə bir məktəb yarat! Dünyanın bütün hikmətli sözlərini bir yerə yığ, məsələn, ekteriorizasiya, dinamiz, şüuraltı düşüncə, predmetsizlik- sonra da bunlardan öz manifestini düzəlt! İnkar et!

- Fikirləş özündən nəsə bir “neohomarik” rənkkarlıq növü icad elə de ki,bizim sənətimiz ancaq qırmızı və sarı toplar tələb edir sənətimiz “silindrik”, ya da “oktaedrik” bir sənətdir, uzun sözün qısası ağlına nə gəlir de!

Elə bu vaxt zərif ətir iyi Pani Konsevskayanın gəldiyini xəbər verdi. Pani Konsevskaya adamın ağlını başından eləyən bir polşalı qadın idi və onun göy gözləri Pyer Duşun ürəyini həyəcana gətirirdi. Pani Konsevskaya bahalı sənət dərgilərinin abunəçisi idi, bu dərgilərdə üç yaşlı uşaqların belə çəkdiyi şedevlərin əla surətləri çap olunurdu, həmin dərgilərdə bir dəfə də olsun vicdanlı Duşun familinə rast gəlmədiyi üçün, Pani Konsevskayanın onun sənətindən zəhləsi gedirdi.

Pani Konsevskaya yumşaq küsrüdə əyləşib Pyer Duşun indicə çəkdiyi naturmorta ötəri bir nəzər saldı və təəssüflə qızılı qıvrım başını tərpətdi.

- Dünən qızıl əsr zənci sənəti sərgisinə getmişdim! – deyə Pani Konsevskaya canlar alan səsi ilə xəbər verdi – nə qədər ekspressiya var bu sərgidə! Neçə güc var! Neçə atəş var!
Pyer Duş ona yenicə çəkdiyi və öz aləmində uğurlu hesab elədiyi bir portret göstərdi.

Panya Konsevskaya :

- Pis deyil – dedi və... getdim. Adamın ağlını başından çıxaran, eyni zamanda məyus və ümidsiz bir yerişlə getdi.
Pyer Duş əlindəki portreti bir küncə çırpıb özünü kürsünün üstünə atdı.

- Gedib sığorta kassasında, bankda, polisdə, harda olursa olsun, fərqi yoxdur, işləyəcəm! – deyə o, qəti fikrini bildirdi. – sənətkar olmaqdan axmaq iş yoxdur! Bu avam camaatın rəğbətini qazanmaq üçün gərək kəmfürsət olasan?! Tənqidçilər isə əsl sənətkarları müdafiə etmək əvəzinə, nadanlara qəmxar çıxırlar! Mən qurtardım daha, məğlub oldum, bəsdir!

Pol- Emil dostunun bir nitqinə qulaq asıb siqaretini yandırdı və nə barədəsə fikirləşməyə başladı.

- Sən Kosnevskayaya, bir- iki nəfər başqasına da deyə bilərsən ki, son on ildə altdan-altdan yeni yaradıcılıq üslubu üzərində işləmisən? – deyə Pol-Emil axır ki, səsini çıxartdı. – özü də bunu gərək çox təntənəli deyəsən!

- Mən işləməmişəm təzə üslub üzərində?

- Qulaq as... iki- üç dənə məqalə yazacağam. Bizim “elita”ya xəbər verəcəyəm ki, guya sən rəngkarlıqda “ ideoanalitik” məktəb yaratmaq fikrindəsən. Sənə qədər bütün portret ustaları öz cahilliklərinə görə hıkkına-hıkkına adamların sifətini öyrəniblər. Əbləh işdir! İnsanın əsl xislətini bizdə əmələ gətirdiyi obrazlar, təsəvvürlər yaradır. Bax, məsələn, sənin üçün bir polkovnik portreti təsvir edim: göy qılı fon, bu fonda güləbətinlə işlənmiş boş bafta, bir küncdə at, o biri küncdə də xaç ordenləri. Yaxud, məsələn, bir sahibkarın portreti, fabrika bacası,mizin üstündə də sıxılmış bir yumruq. Indi başa düşdün ki, dünyaya nə bəxş eləmisən, ay Pyer Duş? De görüm bir aya iyirmi dənə “ideoanalitik” portret çəkə bilərsən?

Pyer Duş acı acı gülümsədi və dedi:

- Bir aya yox, bircə saata. Dərd burasındadır ki, Qlez, mənim yerimə başqası olsaydı bəlkə də baş tutardı bu iş amma mən...

- Nə amma? Başlayırıq!

- Mən dil pərgarı deyiləm!

- Qulaq as, dostum, elə ki, səndən xahiş elədirlə nəyisə izah eləyəsən, yavaş yavaş qəlyanını yandır, bir-iki qullab al, tüstünü səndən söz soruşanın düz üstünə püflə, özü də bax beləcə lap sadə cavab ver: “Siz heç görmüsünüz ki, çay necə axır?”

- Bu sözlərin mənası nədir ki?

- Heç nə, mənasızlıq! – deyə Qlez cavab verdi. – elə buna görə də sənin cavabın hamıya çox mənalı görünəcək. Onda ki, özləri hər şeyi öyrənəcəklər, sənin təzə əsərlərini guya ki, başa düşməyə başlayacaqlar, səni tərifləyib göylərə qaldıracaqlar, o vaxt bu axmaqlara deyərik ki, bu bizim oyunumuzdur. Görərsən ki, nə günə düşəcəklər,bizim də heç olmasa kefimiz açılar.

***

İki ay keçdi. Duşun əsərlərinin ilkin sərgisi əsl təntənəyə çevrildi. Adamın ağlını başından eyləyən Pani Konsevskaya yeni bütünün yanından əl çəkmirdi.

- Ay, - deyə Panya Kosnevskaya elə hey təkrar edirdi. – Sizin əsərlərinizə nə qədər ekpessiya var! Neçə güc var! Neçə atəş var! Bir məni başa salın görüm, əzizim, bu cür parlaq ümumiləşdirmələrə necə gəlib çıxdınız?

Rəssam bir az sükut etdi, sonra yavaş- yavaş qəlyanını yandırdı, bir-iki qullab vurub dedi:

- Madam siz heç görmüsünüz ki, çay necə axır?

Gözəllər gözəli Panya Kosnevskayanın dodaqları sevincdən səyridi və onun bu halı Pyer Duşun gələcək xoşbəxt dəqiqlərəndən xəbər verirdi.

Bir dəstə tamaşaçı paltosunun yaxası dovşan dərisindən olan görkəmli tənqidçi Stronskini dövrəyə almışdı.

- Qiyamətdi! – deyə Stronski həyəcanla danışırdı. Qiyamət! Axı bir deyin görüm, Duş, siz belə bir aləm kəşf etdiniz? Mənim məqalələrimin də rolu oldu yoxsa yox?

Pyer Duş bu dəfə xüsusi olaraq çox susdu, sonra qəlyanın tüstüsünü düz Stronskinin üstünə üfürüb əda ilə dedi:

- Əzizim siz heç görmüsünüz ki, çay necə axır?

- Əla dediniz! Əla!

Elə bu vaxt məşhur şəkil alverçisi bu əsərlərə tamaşa eləyəndən sonra, rəssamın qolundan tutub onu bir küncə çəkdi. – Duş, dostum, sizi heç belə bic bilməzdim – dedi – yaxşı karyeranız olacaq. Bu məmulatın hamısını alıram. Amma bir şərtim var: mən sizə bir söz deməmiş, gərək üslubunuzu dəyişməyəsiniz. Söz verirəm sizə ki, ildə əlli şəklinizi alacam... Sözümüz sözdür?

Duş ağzını açmayıb müəmmalı bir görkəmlə qəlyan çəkirdi. Emalatxana yavaş yavaş boşalırdı. Aaxırda yazıçı Pol-Emil Qlez qapını sonuncu müsafirin ardınca örtdü. Dəvət olunmuş bu adamlar Pyer Duşun yeni əsərlərində vəcdə gəlmişdi və pilləkənlərdən belə onların heyrət dolu səs-küyü eşidilirdi. Yazıçı rəssamla təkbətək qalıb kefi köklüklə əllərini ciblərinə soxdu.

- Hə, necədir, əzizim? Yaxşı doladıq bunları? Eşitdin bu dovşanboşaz nə deyirdi? – bəs bu gözəllər gözəli Kosnevskaya? Hələ o üç sürmə- kirşanlı xanımı demirəm, fikir verirdin gözlərini yumub ağızlarını açmışdılar: “Necə gözəldir! Necə təsirlidir! Necə təzədir!” Eh, Pyer Duş, mən bilirdim ki, adamların axmaqlıqlarının dərəcəsi yoxdur. Amma bu gün gördüklərim bildiyimdən də artıq oldu.

Pol- Emiil Qlezi dəli bir gülmək tutdu.

Rəssam qaşlarını dartdı və dostunun az qala bülməkdən qəşş eləyəcəyini görüb gözlənilmədən dedi:

- Sarsaq!

- Mənəm sarsaq? – deyə yazıçı qəzəblə qışqırdı – Biksiu zamanından bu yana heç kimin fırıldağı bu gün mənimki kimi belə baş tutmayıb!

Rəssam özündən razı halda iyirmi ideoanalitik portretin hamısını bir-bir nəzərdən keçirdi və sonra səmimi surətdə təkrar etdi:

- Sarsaqsan, Qlez, doğurdan da xalis sarsaqsan! Sən bir bu üsluba yaxşı diqqət et...

Matı-qutu qurumuş yazıçı gözlərini bəqəldib rəssama baxırdı.

- Bir buna bax! - ... – deyə Pol-Emil Qlez bağırdı- yadına sal, Duş! Bu təzə üslubu sənin başına kim saldı!

Pyer Duş bir müddət susdu, sonra qəlyanından dərin bir qullan vurub tüstünü yazıçının düz sifətinə üfürdü və dedi:

- Sən heç bilirsən ki, çay necə axır?
# 1991 dəfə oxunub

Oxşar xəbərlər

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir? – Ömər Xəyyam

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir? – Ömər Xəyyam

12:16 3 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
#
#
# # #