Səkkiz yazarın qeydləri

Səkkiz yazarın qeydləri
24 avqust 2011
# 11:31
Kulis.az “Maksumum 400” layihəsi davam edir.

Layihənin şərtinə əsasən yazılar 400 işarəni keçməməlidir.

Hər dəfə layihədə 4 yazar iştirak edəcək.

Maksimum 400-cün ikinci seçmələrini təqdim edirik.


Anar Yusifoğlu: ”Sabah elə bu gündür...” (400 işarə)

Komputerimin yaddaşında problem yaranıb, saatı, günü və ili yadda saxlamır. Hər gün komputeri açanda yeni günü yaddaşa yazıram.

Bu ili başdan-başa komputerin bu şıltaqlığı ilə məşğul olmuşam. Beləcə bir-birinə bənzəyən günlərin sıra sayını dəyişir və gözüm önündə əriyən fani ömrümə tamaşa edirəm. Hər sabahın bugünün başqa adı olduğunu seyr etməkdən ayrı əlimizdən nə gəlir ki?!




İlqar Rəsul: Ölülər oteli (207 işarə)

Bir gün Şeyx Nəsrullah gəlib “Qurd qapısı”nda dayanıb deyəcək:

Qalxın ayağa, ey allahın mömin bəndələri !!!

Nəbadə qalxasınız.

Necə yatmısınız, elə də yatın.

Sizin yerinizdə otel tikmək istəyirlər, ölülər....


Aqşin: Dörd sual (391 işarə)


Əli Kərimi kim öldürdü?

1. İstedad. 2. Vətən. 3. İçki. 4. Allah.

Somalidə acından ölən uşağa nə demək lazımdı?

1. Kimin oğlusan? 2. Haralısan? 3. Allaha inanırsan? 4. Bədbəxt məşhursan, xəbərin varmı?

Sizcə, yazar Seymur Baycan indi harada ola bilər?

1. Qaxda 2. Qarabağda 3. Küçədə 4. və otaqda

Sizcə, hansı yaxşıdır?

1. Sevməmək. 2. İstəməmək. 3. Arzulamamaq. 4. Gözləməmək.


Sevda Sultanova: Somali instinkti (324 işarə)

Borca-xərcə, bəhsəbəhsə girib bahalı toy edən azərbaycanlının düşüncəsi ilə acından qan qussa da, dünyaya uşaq gətirən, onu xoşbəxt edə bilməyən somalilinin düşüncəsi eynidir.

Uşağa sahiblik- güclü instinktdir.

Amma insanı başqa canlılardan fərqləndirən onun şüurudursa, onda şüur instinktə qalib gəlməli idi.

Mirmehdi Ağaoğlu: Yazının falı (233 işarə)


Ulduz fallarına marağım olmasa da onlarda həqiqət gizləndiyini fəhm edirəm.

Amma səhər ulduz falında “bu gün əhvalınız yaxşı olmayacaq” oxuyub bütün günü ovqatı təlx gəzməyin də səbəbi yazının təsirindədir.

Falda deyil.


Pərvin Abbasov: Dünyanın bir anı (399 işarə)

Bakıda Mamed adlı taksi sürücüsünün maşındaca ürəyi dayandı.

Messi “Real”a vurduğu qolu bayram edirdi.

Dünya Qəddafinin ölüb-ölmədiyindən danışırdı.

Bir də, iqtisadi böhrandan danışırdılar.

“Facebook” şərhlərdən dağılırdı.

Dünyanın Mamedin ölümündən xəbəri yoxdu.

Mamedin arvadı Məsmə və beş uşağı da dünyada olanları bilmirdi.

Onlar sadəcə ağlayırdı.

Mameddən çox, öz hallarına.


Cəlil Cavanşir: Gücü anlamaq (287 işarə)

İntihar gücsüzlük deyil.
İlk dəfə intihara cəhd edəndə anladım insanın çox güclü olduğunu.
Əvvəllər bu qədər güclü olduğumu dərk etməmişdim.
Son intihar cəhdimdə özümə inandım.
Yaşamağı bacardım.
Sadəcə inanmaq və daxili enerjini səfərbər eləmək lazımmış və bir də yaşamaq...

Asəf Quliyev: Ayaqqabı (384 işarə)

- Mənə bir ayaqqabı verin.

- Anan ölsün. Hanı ayaqqabın?

- Bu axşam Xocalıda qırğın olub. Köməyə getmişdik. Meşədə ayaqyalın bir qadın tapdım. Ayaqqabımı ona verdim.

- Səndən başqa adam yox idi?

- Mən də fikirləşdim ki, anam deyəcək “südüm sənə halal olsun”.

- Südüm sənə halal olsun bala.

10 gün sonra Samir döyüşdə həlak olur.

Ayaqqabısını verdiyi qadın 10 il xilaskarını axtarır.

# 1802 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

15:15 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər