Şərif Ağayar: “Erotika mənim üçün vasitədir”
19 avqust 2011
14:00
Gənc yazıçı Şərif Ağayar Kulis.az-a müsahibəsində ilk romanı “Haramı” haqda danışır.
- Şərif, yeni romanın çap olundu və roman haqqında xeyli müzakirələr oldu. Bilmək istərdim ki, romanı hansı şəraitdə yazmısan? Yazı prosesi necə gedib?
- Yazı prosesi rahat olmayıb. Bilirsiniz ki, mən işləyirəm və bu səbəbdən vaxt barəsində problemlərim var. İstər yazı, istərsə də redaktə işində xeyli əziyyət çəkmişəm. Strukturun qurulması üçün isə aylarla düşünmüşəm desəm yalan olmaz! Amma elə yerlər var ki, harda, necə yazmağım indi yadımda deyil.
- Məzuniyyət götürüb yazmısan yoxsa işarası?
- Əsasən iş başlayana qədər! Mən yazanda səhərlər tez oyanıram və iş başlayana qədər yazıram.
- Hansı müddətə yazıldı?
- 2009-cu ildə başladım yazmağa. Amma ardıcıl yazılmayıb. Bayaq dediyim kimi, uzun müddət struktur haqqında düşünmüşəm. Hətta romanın strukturunu həll eləmək üçün xeyli kitab oxumuşam. Yunan mifologiyasından, “Əhməd Harami dastanı”ndan, günümüzün gənc yazarlarına qədər... Eyni zamanda son dövrlər uğur qazanan bir çox müəllifləri... Paolo Koelyo, Orxan Pamuk, Əlif Şafaq, Xalid Hüseyni və s. Sizə deyim Xalid Hüseyni ilə qəribə bir ruh yaxınlığı hiss etdim. Məncə bizim əsas fərqimiz odur ki, mən qaçıb Bakıya gəlmişəm, o, Amerikaya gedib (təbəssüm). Amma kəskin oxşarlığımız daha çoxdur. Məsələn, halına yana-yana kitab bağladığım adamlar onun kimi məni də oxumayıblar!
- Romanın ideyası haradan yarandı?
- Romanın qəhrəmanı Səməndərin prototipi var və mənim qohumumdur. Belə bir hadisə faktiki baş verib. Romanın ikinci qəhrəmanı Xalidə Hətəmovanın Lent.az saytına verdiyi müsahibə olduğu kimi saxlanılıb. Soruşsanız Pərvin Abbasov yazısını tanıyacaq.
Roman həyat materiallarından götürülüb və sözsüz ki, o həyat matereallarının başına “oyun açmışam”. Mən kitabı salnaməçi kimi yazmamışam. İstəmişəm ki, oxucunu sual qarşısında qoyum. Məsələn, igidlik bir dəyər kimi məhvə məhkumdur bizim cəmiyyətimizdə. Bununla nələri itirdiyimizi və ya nələri qazandığımızı sual kimi qoymağa çalışmışam. Romanda toxunduğum mövzulardan biri də budur ki, Azərbaycanda qoçaq adamlar həmişə ətrafı üçün problemlər yaradır. Kitablar həyatımızın bu qara səhifəsini uzun müddət bizdən gizləyib. Əsərdə qaçaqlarla bağlı hissədə yazdıqlarım igidliyin qara səhifəsidir.
Bildiyiniz kimi, sovet vaxtı qaçaqları ideallaşdırıb, xüsusən sinfi mübarizə aparanları, onlardan ədalətli insan obrazı yaradırdılar. Mən onların mahiyyətinə şübhə toxumu səpmişəm. Ümidini qaçağa-quldura bağlayan xalq bədbəxtliyə məhkumdur.
- Romanda bol faktura, əhvalatlar var. Bunun nə qədəri uydurmadır?
- Əsərin ilkin motivi reallıqdır. Ancaq təbii olaraq reallıq üstündə improvizələr də var. Mən bütün real əhvalatlar üzərində “əməliyyat aparmışam”. Bəli, kitabda çoxlu əhvalat var, amma məncə bu əhvalatların bir dənəsi də artıq deyil. Hər biri qəhrəmanın xarakterinin bir fərqli cizgisini ortaya çıxarır.
- Səməndər obrazı müsbət obrazdır, yoxsa mənfi?
- Həyatda tam mənfi və ya tam müsbət insan olmur. Bir dəfə Musiqili Komediya Teatrına Türkiyədən bir tamaşa gəlmişdi. Bizim adi danışığımız kimi danışırdılar səhnədə. Yavaş və çox adi. Biz görüşəndə necə danışırıqsa elə. Əvvəl bu tamaşaya alışa bilmədim. Sonra başa düşdüm ki, onlar həyatı olduğu kimi canlandırırlar. Azərbaycan ədəbiyyatı bizi həmişə aldadıb, qəhrəmanlar ya tamamən mənifi olub, ya da müsbət. Süleyman Rəhimovun “Mehman” povestindəki Mehman obrazını götürək. Bu cür tamamilə müsbət adam olmur. Olsa da bizim toplum üçün xarakterik deyil. Hər halda mən belə adam tanımıram.
Həyatda müxtəlif rənglər, rəng çalarları olduğu kimi, insan da fərqli xarakterlərdən, xarakter cizgilərindən ibarətdir. Mən də qəhrəmanımı bütün ziddiyyətləri ilə birlikdə təqdim etməyə çalışmışam. Bundan nəticə çıxarmaq isə oxucunun işidir.
- Oxucuları əsərlə bağlı düşündürən əsas sual budur: “Səməndəri kim öldürüb?”
- Bu məsələ əsərdə olduğu kimi real həyatda da qaranlıq qalıb. Ancaq diqqət eləmisinizsə əsərdə Səməndərin qızı da, çobanı da eyni sözü deyir: Gecə qaranlıqda qadın əlində silah gəldi və dedi ki, Səməndəri öldürdüm. Çoban heç vaxt azyaşlı qızı öyrədə bilməzdi ki, ikimiz də eyni sözü deyək.
Romanda müəllif özü belə qatil barədə dəqiq qənaətə gələ bilmir. Hər kəs öz xasiyyətinə, Səməndərə münasibətinə görə bir yozum verir. Ancaq əsas məsələ bu deyil, əsas məsələ odur ki, igidlik çox sadə bir yolla adi xəyanətə qurban gedə bilir. İllah da çoxlu səhvlər buraxırsa...
- Bu gün Azərbaycanda Şiruyə adı çox az işlənir. Amma klassik ədəbiyyatımızda bu ad var. “Xosrov və Şirin” poemasında Şiruyə ata qatilidir. Bəlkə, sənin Səməndərin oğlunu belə adlandırmağın oxucuları çaşdırır?
- Alternativ bir variant da mən sizə deyə bilərəm. Məsələn, Səməndər öz arvadını həmişə Güləndam deyə çağırır. “Əhməd Harami dastanında” Güləndam Əhmədi – onu qaçıran həramini qətlə yetirir. Eynən mənim qəhrəmanım kimi... Mən bununla həm də keçmiş mətnləri dirildib onlardan kömək istəmişəm. Yaxud baş verən oxşar hadisələrdən təsəlli tapmağa çalışmışam. Həm müəllif kimi, həm də bir insan kimi...
“Haramı”nın axtardığı ciddi həqiqətlərdən biri Səməndərin qatilidir. Ancaq bu tapılmır, bütün nəticələr şübhə altına alınır. Necə ki, biz yaşadığımız həyatda bunun analogiyasını görürük.
- Bəs sən müəllif olaraq necə fikirləşirsən, kim öldürüb Səməndəri?
- Mənə elə gəlir ki, qadın öldürüb! Əsərdə ən çox qatil kimi diqqət mərkəzində olan da Xalidədir. Onun qatil olması barədə çoxlu faktlar var. Ancaq yenə deyirəm əsas məsələ bu deyil. Əsas məsələ igidliyin faciəsidir. Belə olmasaydı da igid, qoçaq, yenilməz bir adam necəsə başqa cür öləcəkdi. Onun yaşamaq imkanı yox idi!
- Sənin romanında diqqət çəkən məqamlardan biri də süjet məsələsidir. Necə düşünürsən, romanda süjet olmalıdırmı, yoxsa roman süjetsiz yazılmalıdır?
- Bilirsiniz, romanla zarafat eləmək olmaz. Roman kitab deməkdir. Kitab anlayışı isə, Homerdən bizim müasirlərimizə qədər çox da ciddi şəkildə dəyişməyib. Kitabın formasından tutmuş mahiyyətinə qədər hər şey olduğu kimi qalıb. Hələ heç kəsin ağlına üçbucaq kitab buraxmaq gəlməyib. Romanda hər hansı bir hadisənin inkişaf və dəyişmə xətti olmalıdır. Bu gün də, bu qorunur. Götürək Xalid Hüseynin 8 milyondan çox satılan “Çərpələng uçuran” romanını. Forma etibarı ilə klassik üslubda yazılmış bir əsərdir. Fərq ondan ibarətdir ki, Xalid Hüseyni öz dövrünün hadisəsini, dövrünə uyğun dildə yazır. Eyni zamanda bu publisistikaya yaxın bir dildir. Xalid Hüseyni Viktor Hüqo kimi yarım səhifəlik cümlələr yazmır. Çoxsaylı obrazlardan, hadisələrdən, təbiət təsvirlərindən, müəllif münasibətlərindən istifadə etmir. Roman çox yüyrək dillə qələmə alınıb. Mən əsəri türkcə oxumuşam, ancaq əminəm ki, bu orijinalda da belədir.
Roman həm də həyatın bir üzüdür. Doğrudur həyatımızda bəzən biri-birindən asılı olmayan hadisələr baş verir, ancaq çox dərinlərdə bu hadisələrin əlaqəsi vardır. Heç nə təsadüfi deyil. Hətta absurdun özünün belə, izah olunmasa da, bir məntiqi vardır.
- Müsahibələrinin birində demişdin ki, “məndə çoxlu faktura var, ancaq yazmağa struktur tapa bilmirəm” Bundan sonra bu strukturla davam edəcəksənmi?
- Yox. Mənim bəzi yazılarım var ki, çox uğur qazanıb. Məsələn, “Namaz” şeiri. O şeiri zamanında çox təriflədilər, göylərə qaldırdılar. Ancaq o strukturdan bir daha istifadə etmədim. “Haramı”nın da strukturundan istifadə etməyəcəm. Necə ki, irihəcmli hekayələrimdə də, povestlərimdə də fərqli strukturdan istifadə edirəm və bütün yazdıqlarımda forma yeniləşir. Baxanda elə təsəvvür olunur ki, sanki başqa yazıçı yazıb. Çalışacam ki, yazdıqlarımı təkrar etməyim. Ancaq müasir romançılıqda ciddi bir incəlik var: işarələrlə dərin mətləblərə qarmaq atmaq! Mənə elə gəlir bu priyomdan yerli-yerində istifadə etmək olar. Bu çox uğurlu vasitədir. Çünki yazıçı arayış verə bilmir, o yalnız göstərir. Tapmacaları tapmaq, necə deyərlər işarədən mətləb qanmaq, arif oxucuların işidir.
- Əgər bunlar olmasaydı, məsələn qadının adı Güləndam olmasaydı nəsə dəyişərdimi?
- Məncə bu lazımdır. Məsələn Orxan Pamukun qəhrəmanlarının adının Nəcib və Fazıl olması, onların gözlərinin yaşıl olması açıq işarələrdir. Düzdür, Nəcib Fazili tanımayanlar da onu həvəslə oxuyur. Ancaq onu tanıyanlara müəyyən bir işarə var. Orxan Pamuk bildirmək istəyir ki, indi bu dəyərlər işləmir. Bədii əsərlərin mürəkkəbləşdiyi dövrdə bu priyomlardan istifadə etməmək olmaz. Bunsuz mümkün deyil. Ancaq əsər ilhamla yazılmalıdır. Yazıçı stixiyası deyilən bir şey var – bu hökmən olmalıdır. Bunsuz ən mükəmməl struktur belə ölü bədənə bənzəyər.
Məsələn, Nərmin Kamalın əsərində belə işarələr çoxdur. Məsələn Bakı-Bəlx-Berlin. B hərfi ilə başlayan 3 böyük şəhər. Bəlx təsəvvüfə, yəni mücərrədə işarə verən bir yer, Berlin divarları ilə məşhur olan və daha çox maddi bir şəhər. Bakı isə mücərrədlə maddi arasında vəsilə sayıla biləcək küləklərin şəhəri... Qarşımızda mükəmməl bir struktur var və həm də müəllif bunu çox asan, üç şəhər adı ilə təqdim edir. Amma görün bu doğrudan da asandırmı? Bunun üçün adı çəkilən şəhərlərin metafizikasını duymalısan və həm də belə asan ifadə üsulunu tapmalısan. Ancaq Nərminin romanının bədii gücü barədə belə ürəklə danışa bilməyəcəm. Hərgah indi qurama romanlar da yazılır və oxunur, ancaq mən bu cür romanları ciddi əsər saymıram..
- Əsərə niyə “Haramı” adı verdin? Nə üçün əsəri çöllə bağladın?
- Qəhrəman çöldə yaşayır. Haramıda yaşayır. Haram sözü ərəb dilində çoxmənalı sözdür. Burda sözün əsasən iki mənasından istifadə edilib: Haramıda yaşayan hərami! Bu adda, qeyd etdiyim kimi, “Əhməd Harami dastanı”na da bir işarə vardır. Təsəvvür edirsiniz, Azərbaycan dilində ilk yazılı mətn oğru haqqındadır. Romanı yazanda “Əhməd Harami dastanı”na yenidən oxudum və hiss etdim ki, əsəri oxuduqca məndə Əhməd Haraminin qoçaqlığına gizli bir simpatiya yaranır.
- Səməndərin köməkçisi də çox maraqlı obrazdır. Həm o qədər gözə çarpmır, həm də mübahisəli obrazdır.
- O obrazın adının Eyvaz olması da təsadüfi deyil. Burda Koroğlu dastanı ilə paralellər var və ona münasibət də birmənalı deyil. Bizdə bu cür münasibətlərə həmişə şübhə ilə yanaşırlar. Bizim xalqımız postmodernə yönəlik xalqdır. Koroğlu ilə Eyvazın münasibətləri barədə xalqın yaddaşındakı sapıntılar buna əyani sübutdur. “Haramı”da da Səməndər və Eyvaz münasibətlərinə şübhəli yanaşma var. Bu xalqdan gələn bir yanaşmadır. Bu xalq bir yandan qəhrəmanı yaradır, digər tərəfdən ondan şübhələnir. Şah İsmayıl haqqında, məşhur bir şairimiz haqqında da belə axmaq söz-söhbətlər var. Hətta Babəkin anasını və bacısını qoyub qaçması ilə bağlı danışanlar da olur. Biz sözsüz ki, şişirdilmiş kultlara qarşıyıq. Koroğlunun tarixi şəxsiyyətinə yox, onun kulta çevrilmiş obrazına qarşıyıq.
- Əsərdə islama münasibət də var. Qəhrəmanın anası ilə söhbətlərində və digər münasibətlərdə. Ümumiyyətlə İslamla bağlı nə demək istəmisən?
- Azərbaycanda tərəkəmə dünyasında din anlayışı o qədər də güclü olmayıb. Bizim qəhrəman dinə inanmasa da çox səxavətlidir. Hətta Seyidin inəyi itəndə ona öz inəyini verir ki, Allaha acqarına dua eləmə. Burda ironiya var, əgər dua elədiyin allahdırsa bəs sənin inəyin niyə itir? Təbii ki, bu mənim yox qəhrəmanın yanaşmasıdır. Məhz ona görə seyid ona atmaca atır: “İmanlı igidin əvəzi yoxdur”. O isə belə cavab verir: “Bəs oğru seyidin necə?”
- Əsərdəki erotik səhnə böyük səs-küy yaratdı...
- Həə, elədir (gülüş). Mən bu barədə bircə şey demək istəyirəm: əsər birinci şəxsin dilindən yazılıbsa, bu o demək deyil ki, baş verənlər hamısı müəllifin başına gəlib.
Mən detektivi də, erotikanı da əsas ideyanı vermək üçün sadəcə vasitə hesab edirəm. Ona görə heç zaman açıq-saçıq əsərlər yazmıram.
Cəlil CAVANŞİR

1726 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024