“Qanun”dan dörd kitab

“Qanun”dan dörd kitab
16 avqust 2011
# 17:13
“Qanun” və “Əli və Nino” nəşriyyatının “Dünya uşaq ədəbiyyatı” layihəsi yeni kitablarla davam edir.

Layihənin növbəti kitabları Orxan Pamuk, Ernest Heminquey, Rudolf Raspenin əsərləridir.

Orxan Pamuk - Pəncərədən baxmaq



Orxan Pamukun “Pəncərədən baxmaq” hekayəsi iki balaca qardaşın oynadığı oyunlar, əyləncələr, məktəbdə və ailədə qarşılaşdıqları gərginliklər haqqındadır.

Uşaqların başına gələn hadisələr televiziyanın mövcud olmadığı dövrə təsadüf edir. Yazıçı bu əsərdə televizor ekranı ilə pəncərəni eyniləşdirir. Bu uşaqlar pəncərə önündə dayanıb real həyata baxırlar, həm evlərində, həm də küçədə baş verənlər, sanki, ekran təsvirləridir.

Bütün görünənlər uşaqlardan birinin dili ilə nəql olunur.

Kitabı türkcədən Nəriman Əbdülrəhmanlı tərcümə edib.

Qiyməti 1.50 AZN-dir.

Ernest Miller Heminquey – Qoca və dəniz

“Qoca və dəniz” Ernest Miller Heminqueyin dünya şöhrətli əsəridir.
Əsərdə ucsuz-bucaqsız okeana xırdaca bir qayıqla ova çıxan tənha qocadan bəhs edilir. Öncəki bütün ovları uğursuz nəticələnən qoca bu dəfə nəhəng bir balıq ovlayır. Bu zaman isə o, öz şikarını köpək balıqlarının hücümundan qorumaq üçün gərgin mübarizə aparır.
Baş qəhrəman prototipi müəllifin yaxından tanıdığı Kubalı qoca balıqçıdır.

Kitabı ingiliscədən çevirən Manaf Süleymanovdur.

Qiyməti 2 AZN-dir.

“Dəniz səyyahı Sindbadın nağılı”

“Dəniz səyyahı Sindbadın nağılı” “Min bir gecə” nağıllarından biridir.
Sindbadın möcüzəli adalara yeddi səyahətindən bəhs edən bu nağıl “Min bir gecə”nin ən maraqlı bölməsi hesab olunur. Bəzi tədqiqatçılar bu bölməni “Ərəb Odisseyası” da adlandırırlar.
Sindbadın əcaib varlıqlarla qarşılaşmasından, bədheybət məxluqlarla mübari-zədə qalib gəlməsindən danışan nağıllar silsiləsinin motivləri əsasında dünyaca məşhur qərb kino şirkətləri çox maraqlı filmlər lentə alıb.

Kitabı Mustafa Əfəndiyev tərcümə edib.

Qiyməti 2 AZN-dir.

Rudolf Erix Raspe – Baron Münhauzenin sərgüzəştləri

“Baron Münhauzenin sərgüzəştləri" əyləncəli-yumoristik əsəridir. Əsərin qəhrəmanı Baron Münhauzen real personajdır. O, XVIII əsrdə yaşamış, rus ordusu sıralarında Türkiyə ilə iki dəfə müharibədə iştirak etmişdir.

Almaniyaya qayıtdıqdan sonra Münhauzen ağlagəlməz sərgüzəştlər uyduran məzəli bir gopçu kimi tanınıb. Axşamlar buxarı başında dostlarını ətrafına toplayıb onlara məzəli-duzlu söhbətlər edir, onlar da gəncliyində Baronun başına gələn macəraları dinləyib gülüşürlərmiş. Gopçu Baronun öz kürkünün quduz olması, özünün top gülləsinə minib aya uçması barədə məzəli söhbətləri də belə qəribə yalanlardandır.

Bütün bu məzəli uydurmaları qələmə alan müəllif Erix Raspenin məharəti sayəsində Baron Münhauzen məşhur bir gopçu kimi geniş şöhrət qazanır. Yüz illərdən bəri, demək olar ki, bütün dünya xalqları arasında, hər xalqın öz sevimli rəvayət və məzəli lətifələrindəki mahir yalançı surətləri ilə yanaşı, Baron Münhauzenin də adı nümunəvi bir gopçu-yalançı kimi yad edilir. Belə bir ümumdünya şöhrəti qazanmış əsər həmişə maraqla, sevilə-sevilə oxunur.

Qiyməti 2 manatdır.
# 2181 dəfə oxunub

Oxşar xəbərlər

"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

12:05 16 oktyabr 2025
“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..."  -  Beyin rahatlığını haradan tapaq?

“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..." - Beyin rahatlığını haradan tapaq?

10:30 15 oktyabr 2025
Ruhun ikili səcdəgahı: İman və Eşq

Ruhun ikili səcdəgahı: İman və Eşq

10:00 14 oktyabr 2025
"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

15:00 12 oktyabr 2025
Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

15:20 9 oktyabr 2025
"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

11:30 7 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər