Qorbaçovun beyninə “yenidənqurma”nı mən saldım
11 aprel 2011
16:40
Dosye: Çingiz Aytmatov, yazıçı
12 dekabr 1928-ci ildə Şəkər aulunda (kəndində) anadan olub. Atası, Torekul Aytmatov, görkəmli dövlət xadimi idi, lakin 1937 ildə həbs olunmuş, 1938 ildə isə güllələnmişdir. Milliyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi. 1952 ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı.
Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-ildə, atasının bəraətindən sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb. SSRİ-nin və Qırğızıstanın səfiri olub.
10 iyun 2008 il tarixində müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.
Bu müsahibəni Çingiz Aytmatov sonuncu kitabı olan “Dağlar Devriləndə - Əbədi Nişanlı”nın təqdimatından sonra “Trud” qəzetinin müxbirinə verib. Lakin müxtəlif səbəblərdən müsahibə yazıçının sağlığında dərc olunmayıb. Müsahibənin dərc olunmasına səbəb isə yazıçının ölümü olub...
Əsərimi oxucular sevmədi
- 10 illik susqunluğunuz nə ilə bağlı idi?
- Təəssüf ki, 1996-ci ildə çapdan çıxan ”Kassandra damğası” adlı kitabım oxucular tərəfindən başqa kitablarımla müqayisədə yüksək qiymətləndirilmədi. Baxmayaraq ki, mən özüm onu olduqca yüksək qiymətləndirirəm. Əlbəttə, oxucu hər zaman seçimində haqlıdır. Bu da məni vadar etdi ki, ciddi düşünüm və özümü analiz edim.
Məni həmişə dostlarımın düşüncələri kimi, oxucularımın düşüncəsi də maraqlandırıb. Onlardan daim soruşuram: “bu maraqlıdır, yoxsa yox” . O ki, qaldı, “Dağlar sürşəndə, yaxud da əbədi gəlin” romanına, orada yenidənqurmadan sonrakı qloballaşmanın konkret insanların həyatına necə təsir etdiyini, bizi necə dəyişdiyini göstərməyə cəhd etmişəm.
Markesdən başqa heç kim yaza bilməzdi
- Uzun illər dostluq etdiyiniz Qabriel Qarsiya Markes ilə indi görüşürsünüzmü? Siz onun son sensasion romanı olan “Mənim kədərli fahişələrimin xatirələri”ni necə qiymətləndirirsiniz?
- Markeslə mən 90-cı illərin əvvəllərində tanış olmuşam. Onda o hələ məşhurluğunu saxlaya bilmiş Moskva Film Festivalına gəlmişdi. Sonra biz onunla müxtəlif ölkələrdə çox görüşdük və dostluğumuz yarandı. Təəssüf ki, indi Markes ağır xəstədir. Buna baxmayaraq, 80 yaşlı kişi həyatında olan bütün qadınları xatırlayır və yalnız bütün insanlığın yüksək dəyərləndirdiyi gözəl faktlardan söz açır.
Markesin anladığı və qələmə aldığı sevginin mahiyyətini, indiki dövrdə eyni gözəllik və incəliklə qələmə ala biləcək başqa bir yazıçı yoxdur.
- Luis Araqon ciddi şəkildə deyib ki, “Cəmilə” ən gözəl sevgi povestidir...
- Tale mənə Sovet Rusiyasına bağlılığı olan Luis Araqonla dost olmaq şansı verdi. Yeri gəlmişkən, bu gün Fransa ziyalıları onun bu asılılığını bağışlaya bilmirlər. Guya ki, onun milyonlarla tirajlı kitablarının sponsoru SSRİ olub – bu tamamilə ağılsız iddiadır. Luis Araqon heç bir zülmə və mühafizəkarlığa dözməyən, mükəmməl bir insan idi. O mənim “Cəmilə” povestimi ilk dəfə fransız dilinə tərcümə edib və mənim yaradıcılığımın dünyaya aşılmasına səbəbkar olub.
Öz xalqımın övladıyam
- Rəsul Həmzətov sizi şerində “yarıavropalı-yarıasıyalı” adlandırıb...
- Bəli, bu şeiri mənim köhnə dostum Rəsul Həmzətov 60 illiyimə yazıb. Mən iki dilli yazıçıyam. Yeri gəlmişkən, mən yeni romanım “Dağlar sürşəndə, yaxud da əbədi gəlin”i rus dilində yazmışam və o sonradan Qırğız dilinə tərcümə edilib. Həqiqətən də, fantastik roman olan “Kassandra Damğası” çıxdıqdan sonra məni “kosmopolit” adlandırdılar ki, mən bunu çox böyük yumor kimi qəbul etdim.
Mənim kimi bir şəxsdə kosmopolitlik nə gəzir? Hələ mənim dünya görüşüm bir yana. Avropada yaşasam da, rusca yazsam da, əlbəttə mən öz xalqımın övladıyam. Bir qırğız oğlu kimi, Avrasiyaya inteqrasiyanın tərəfdarıyam. Tarixən Rusiya və Asiya qonşu olublar. Əgər biz birləşsək, daha enerjili, daha canı bərk olarıq və dünyada heç kim bizə bata bilməz. Bir sözlə, bir olsaq, əriyib yox olmarıq, güclü olarıq.
- Bioqrafik əsəriniz olan “Qırğızıstanda uşaqlıq” kitabında atanızın həbsi barədə yazmısınız
- Bir alman yazıçısı hər zaman məndən uşaqlığım barədə soruşur, onları diktafona qeyd edir və sonra öz kitabında çap edir. Beləliklə də, “Qırğızıstanda uşaqlıq” ortaya çıxır, amma əvvəlcə Almaniyada. Atam fəal partiya rəhbərlərindən olub, Moskvaya “qırmızı professorlar” məktəbində təhsil almağa gəlib. Anam və mən də işlərində olmaqla 4 uşaq da atamın dalınca SSRİ-nin paytaxtına gedirik və orada cəmisi yarım il yaşaya bilirik. 1 sentyabr 1937-ci ildə atam bizi Kazan vağzalına aparıb vaqona mindirdi və bizimlə sağollaşdı.. Ondan sonra bir daha onu görmədik. Biz ata yurdumuz olan aula qayıtdıq və yaşamağa davam etdik, onu isə 1938-ci ildə güllələdilər. Bütün varlığımla qəbul etmədiyim stalinizmin bizim şüurumuza saldığı təhlükəni və bizə etdiklərini və bunların nə ilə nəticələnə biləcəyini anlamaq üçün çox vaxt lazım idi.
- Doğrudurmu ki, Qorbaçovun beyninə yenidənqurmanı siz salmısınız?
- 1986-cı ildə biz İssik-Kul gölünün yanında dünyanın ən məşhur yazıçısının iştirak etdiyi bir forum təşkil etmişdik. Qeyd edim ki, onların hər birinin SSRİ-yə gəlməsi üçün partiyaya icazə üçün müraciət etmişəm. Biz o qədər sadəlövh idik ki... İnanırdıq ki, ölkələr arası inamsızlıq divarını təkcə “Gəlin, mehriban olaq!” çağırışı ilə uçura bilərik. Sən demə bu bir utopiya idi. Lakin İssik-Kul forumunda ilk dəfə olaraq “əsas olan bəşəri dəyərlərdir, sinfi maraqlar yox” prinsipi səsləndirildi və daha sonra Qorbaçov buna sahib çıxdı. Onunla birlikdə də, “aşkarlıq”, “yeni planetar düşüncə” və “yenidənqurma” sözləri də yarandı..
Qandallı gəncləri konvoy aparırdı
- “Körpü”də siz narkotika mövzusunu heç gözlənilmədən qlobal və hətta mənəvi səviyyədə qaldıran ilklərdən biri oldunuz...
- Mən “Körpü”nu yazanda SSRİ-də narkomaniya mövzusu hələ qadağan idi, narkotika isə təzə-təzə üzə çıxırdı. İndi isə, narkomaniya özünə belə böyük miqyasda yer edib, bəzi ölkələrdə, məsələn Əfqanıstanda onun istehsalı üçün əməlli-başlı labaratoriyalar və zavodlar qurulub, artıq mən bu haqda bədii yaradıcılığımda nəsə deyə bilmərəm. “Körpü”nün süjetini mənə həyatın özü nağıl edib, daha dəqiq desəm bir görüş.
Qatarla gedirdim, diqqətimi obrazlı desəm “Çayırlıq” stansiyalarından birində qolu qandallı gənclərdən ibarət bir qrupu milis konvoyunun aparması çəkdi. Dözmədim, vaqondan düşdüm və maraqlandım ki, cavan oğlanların təqsiri nədir. Demə həmin cavanlar qatarla anaşa gətirməyə cəhd ediblər və yaxalanıblar. Bu hadisə mənə çox ciddi təsir etdi və cinayətkarlarla görüşüb, onların həyatların, hədəflərini və səbəbləri öyrəndim.
“Körpü”dən sonra mən çalışdım ki, geniş ictimai fikrə çatdırım ki, narkomaniyanın terrorizmin sağmal inəyidir. Onun qarşısını almaq və bununla da terrorizmə qalib gəlmək üçün yoxsulluğun qarşısını almalıyıq. Yoxsa kəndliyə çətənə becərmək qarğıdalıdan daha sərfəli görünəcək və nəticədə dünyanı narkotika, terrorizm, QİÇS və başqa bu kimi təhlükələrlə təhdid etməyə daha geniş zəmin yaradacaq.
Vüqar Qurdqanlı hazırladı

2053 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024