Vaqif Nəsib: “AYB-də iyrənc bir bataqlıq var” - MÜSAHİBƏ
11 aprel 2011
12:07
Yazıçı Vaqif Nəsibdən müsahibə üçün vaxt istəyəndə dedi ki, vaxtdan başqa nəyim var ki? Əvvəlcədən təxmin etdiyim kimi Sovet estetikasını özünü saxlayan “Monolit” kafesində görüşdük. Söhbətimiz əsasən AYB-nin sədri Anarın Kulis.az-a müsahibəsi üzərindədir.
Dosye: Vaqif Nəsib 1939-cu ildə Qazax şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bədii yaradıcılığa 1957-ci ildə dərc etdirdiyi şeirlərlə başlamışdır. Daha sonra nəsrə keçsə də şeir yazmağı da tərk etməyib. Çağdaş Azərbaycan ədəbiyyatının ən istedadlı nümunələrindən sayılır. 1973-cü ildən AYB üzvüdür.
Vəzifəsiz iqlimdəki təngnəfəslik
- AYB sədri Anar dərgimizə müsahibəsində deyib ki, vəzifəsindən getmək fikri yoxdur. İyirmi ildir bu vəzifədə olan yazıçının öz postunu heç kimə vermək istəməməsinin səbəblərini nədə görürsünüz?
- Mən bunu özünə güvənsizliklə əlaqələndirirəm. Bu adam vəzifə hesabına var. Anar vəzifəyə görə öz yaradıcılığını məhv edib. Bunun üçün ona yazığım gəlir. Baxmayaraq ki, onun yaradıcılığına çox da işıqlı münasibətim yoxdur. Hər halda pis yaxşı əsərlər yazıb. Anar alışıb ki, vəzifəsindən istifadə edərək bütün dəvətlərə özü getsin. Dünyanın hansısa bir ölkəsində tədbir keçirilirsə, birinci Anar özünü göndərir ora. Avara yerlərə isə qul-beçələrini göndərir. O, belə həyat tərzinə alışıb. Anar qorxur ki, vəzifədən çıxıb yaşaya bilməyəcək. Vəzifəsiz iqlimdə adi insanlar kimi nəfəs ala bilməyəcək.
AYB-də iyrənc bir bataqlıq var
- Qarşıdan AYB-nin qurultayı gəlir. Birliyin üzvü kimi qurultaydan gözləntiləriniz nədir?
- Mən qeyri-adi heç nə gözləmirəm. Yazıçılar Birliyinə küçədən gedənləri də qəbul eliyiblər. Birliyin üzvlərinin sayı Koroğlunun dəlilərinin 5 mislinə bərabərdir. “Koroğlu” dastanında dəli qəhrəman mənasıdandır. Yazıçılar Birliyindəki dəlilər isə sözün əsl mənasında belədirlər. Bunlar indi qurultaya nümayəndələr seçirlər. Nümayəndələr isə kimlərdən ibarətdir? Hamısı öz tərəfdarlarıdır. Yəni anarxislətlilərdir. Bunlardan qurultay nümayəndələri olacaq. Şou göstərmək üçün bunların içində 20-30 nəfər guya Anarı bəyənməyən adam da olacaq. Qurultayda kim namizədliyini verir versin, o keçə bilməyəcək. Məsələn, Əkrəm Əylisli real namizəd ola bilər. Bu adam harda olubsa, orda təzə atmosfer yaradıb. Ədəbiyyatın keşiyində dayanıb. Ancaq imkan verərlərmi onun sədr olmağına? İndi Yazıçılar Birliyində iyrənc bir bataqlıq yaradıblar. Adam bunlara kənardan baxanda iyrənir. Bütün bu saydıqlarıma görə Azərbaycan ədəbiyyatı heç Biləcəridən o tərəfə keçə bilmir.
İdmançıya oxşayan Elçin Hüseynbəyli
- O bataqlığı kimlər yaradıb?
- Fikrət Qoca kimi adamları gətirib yuxarı başda oturtmaqla bu bataqlığı yaradıblar. Çox gülməlidir ki, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadədir. Bu jurnalın uzun illər belə bir ənənəsi olub ki, bura ciddi qələm sahibləri rəhbərlik ediblər. İntiqam Qasımzadə kimdir? Mən sizdən soruşuram: İntiqam Qasımzadəni tərcüməçi, şair yoxsa yazıçı kimi tanıyırsız?
- Yaradıcılığı ilə tanış deyiləm. Redaktor kimi tanıyıram.
- Bu adamın ədəbiyyatdan başı çıxmır. Oturub “Azərbaycan” jurnalının başında ondan-bundan pul alıb çap eləməklə məşğuldur.
- Kimdən pul alır?
- Məsələn, Hüseynbala Mirələmov kimi maqnatlardan. Bu jurnal dövlət tərəfindən maliyyələşir. Ancaq bunlar öz adamlarını çap eləməklə məşğuldurlar. İdmançıya oxşayan Elçin Hüseynbəylini gətirib qoyublar “Ulduz” jurnalına baş redaktor. Bataqlıq elə Yazıçılar Birliyinin orqanlarından başlayır.
Fikrət Qocanın səviyyəsi estrada mahnıları üçün şeir yazmaqdır
- Anarla şəxsi münasibətləriniz nə yerdədir?
- Anarla uzun illər “Qobustan” jurnalında bir yerdə işləmişəm. O, baş redaktor idi, mən məsul katib. O vaxt Anar Moskvaya gedib 2 il rejissorluq, 2 il ssenaristlik kursunda oxudu. Həmin müddətdə biz jurnalı ləyaqlətlə buraxdıq. Hətta jurnalın kağızlarını da biz daşıyırdıq. Nədənsə, sonrada “Sizsiz” əsərində bütün bunları Anar özünün qəhrəmanlığı kimi qələmə verdi. Jurnalın çıxarılmasını öz adına yazdı. Etiraf edim ki, jurnalın çıxmasında Rəsul Rzanın xidmətləri böyük olmuşdu. Sonralar Anar bu jurnala Fikrət Qocanı baş redaktor qoydu. Fikrət Qocanın səviyyəsi estrada mahnıları üçün şeir yazmaqdan o tərəfə gedə bilməz. Onun “3 badam, 1 qoz” səviyyəsi var. Bu istedadla arada Fikrət Qoca da jurnalı buraxdı. O vaxt “Qobustan”da bir yerdə işləyəndə də, Anarla aramızda bir məsafə var idi. Anar “Dədə Qorqud”un ssenarisini yazanda əlyazmanı verdi ki, fikrimi deyim. Mən də bunun iki imzalı çıxmalı olduğunu dedim: “Azərbaycan xalqı və Anar”. Dedim ki, dastanı əcaibləşdirmisən. Belə ədəbi mübahisələrimiz həmişə olurdu. Sonralar da, Anar Yazıçılar Birliyində mənim irəliləməyimə imkan vermədi. O vaxt yazıçıların “Seçilmiş əsərlər”ini çap edirdilər. Mənim bir dəfə də olsun kitabımı buraxmağa imkan vermədi. Məni həmişə ayağa verirdi. O vaxt yazıçılar üçün bina tikmişdilər. Orda rusdilli bir tənqidçini ora saldı, mənim adımı ora salmadı. Ən böyük mübahisəmiz təqaüd məsələsində düşdü.
Rusiya vətəndaşına prezident təqaüdü verirlər
- Nədən yarandı mübahisə?
- Mən dolanmaq üçün prezident təqaüdü almaq istədim. Anardan təqdimat istəyəndə dedi ki, səndən qabaq nə qədər yazıçılar var. Ən iyrənc şey bilirsiniz nədir? Gəlin baxaq prezident təqaüdünü kimlərə verirlər Azərbaycanda? Onların arasında Alla Axundova var. Anarı, atası Rəsul Rzanı tərcümə edib. Özü Rusiya vətəndaşıdır. Bu hansı məntiqlə təqaüd alır? Hansı məntiqlə Xeyrəddin Qoca təqaüd alır? İnqilabın ilk illərində insanları savad kursuna göndərirdilər. Xeyrəddin Qocanı da, gərək əvvəlcə yazıçı kursuna göndərsinlər, sonra təqaüd versinlər. Azərbaycan bəlkə də, dünyada yeganə ölkədir ki, rusdilli yazıçılar xalq yazıçısı adı alır. Əkrəm Əylisi yaxşı deyir ki, bir vaxtlar Azərbaycanı “Ağdam” çaxırına görə tanıyırdılarsa, indi Çingiz Abdullayevə görə tanıyırlar.
- Bəs Anarın Türkiyədə aldığı mükafatlar, çap olunan kitabları...
- Kitabların hamısı öz hesabına, şəxsi əlaqələrindən istifadə edərək dərc etdirir. Aldığı mükafatların isə hamısı yalançı mükafatlardır. Bunun Azərbaycan ədəbiyyatın dəxli yoxdur.
Elmin Həsənli

2058 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024