Doğumundan əvvəl ölən şair - ARAŞDIRMA
12 iyul 2011
06:00
“Sabirin vəfatı millət üçün bir ziya”i-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir”.
Abbas Səhhət
Ağır maddi sıxıntılar az deyilmiş kimi, “bir yandan da bu xəstəlik”
“Molla Nəsrəddin” jurnalının 30 aprel 1911-ci il tarixli nömrəsində Şamaxıdan göndərilən məktubda “2 ay Tiflisdə müalicə ediləndən sonra Şamaxıya qayıdan Sabirin bir dinara möhtac olduğuna” diqqət cəlb edilərək “biçarəyə maddi kömək ümid edilir”.
Jurnalın 22 may tarixli nömrəsində isə Qori müəllimlər seminariyası Azərbaycan şöbəsinin müdiri Firidun bəy Köçərlinin “Bəradərim Cəlildən çap olmağını iltimas edirəm” başlıqlı məktubu dərc edilir. Firidun bəyin məktubu “xahiş və ümid” xarakterli deyil, bir ultimatumdur. Buyurun, oxuyun: ”Bizi dərin fikrə salan, bizim bu qədər bihümmət, biqeyrət olmağımızdır, qədir bilməməyimiz və əmək itirməyimizdir. Hacı Seyid Əzimin dəsti-pərvərdəsi olan Sabir kimi xoştəb şairimiz, əhli-qələmimiz ehtiyac və zillətdən xəstə olub yatır. Amma biz onun yoxsulluğundan və ağır naxoşluğundan bixəbər və qafil oturmuşuq. Onun varlığıyla yoxluğu halımıza xələl yetirmir, kefimizi pozmur. Bizi bu qədər geri salan səbəblərdən birisi də bu qəflət və bu qədrnaşünaslıq deyilmi?”
“Xəstə” və “yardım” kəlmələrini yaddaşımıza yazarkən bunu da unutmayaq ki, Şamaxıdakı o “xəstə”yə yardım etməyin özü də müşkül məsələ idi; adı şəhərin “hacı-xocaları”nın qara siyahısında olduğuna görə, ona barmaqla sayıla biləcək dərəcədə edilmiş yardımlar da “confidential” şəkildə olmuşdu. Firidun bəyin məktubu Qafqazda əks-səda yaratmış və Sabirə edilən yardımların siyahısı həm “Molla Nəsrəddin”in daha sonrakı nömrələrində, həm də Bakıda çıxan “Səda” və “Nicat” qəzetində çıxmışdı..
1910-cu ilin ortalarından etibarən onsuz da zəif olan vücudundakı ağrılar onu əldən salmışdı – qara ciyər xərçəngi idi. Müalicə üçün təkidlə Tiflisə çağıran dost - “zəmanənin və təbiətin özünün yaratdığı “Molla Nəsrəddin” jurnalının sahibi Cəlil Məmmədquluzadə və həyat yoldaşı Həmidə xanım idi. O vaxt Qarabağda, Kəhrizlidə olan Məmmədquluzadələr “Sabiri Tiflisin ən yaxşı həkimlərinə göstərmək və ona ən yüksək səviyyədə qulluq etmək üçün” jurnalın müvəqqəti naşiri Məmmədəli Sidqiyə lazımi təlimatı vermişdilər. Cəlil Məmmədquluzadənin Qarabağdan Sidqiyə göndərdiyi məktub: “Sabir bu yaxınlarda müalicə üçün Tiflisə gələcək. Onu redaksiyada saxla, istirahətinə çalış. Müalicəsinə hər cəhətdən özün diqqət et. Tiflisin məşhur professor və həkimlərinə göstər. Xəstəxanada yatmaq lazım gəlsə, xəstəxanaya qoy, yeməyinə, içməyinə özün fikir ver. Hər barədə ondan muğayat ol. Xərcdən qorxma. Nə lazım olsa, mənə xəbər elə”. Ölümündən 4-5 ay qabaq Tiflisə gedən Sabiri həm ən yaxşı doktorlar müayinə etmişdi, həm də o, “Molla Nəsrəddin”in redaksiyasında Cəlil Məmmədquluzadənin otağında yaşamışdı. “Molla Nəsrəddin”in redaksiyasında keçirdiyi 2 ay başda Əziz Şərif olmaqla, orada qalan yeniyetmələrin də Sabiri yaxından görməsinə fürsət yaratmışdı. Əziz Şərif: “Məmmədəli Sidqi də bunu təsdiq edərək yazır ki, o, Sabirlə bir otaqda yaşayırdı. Sabir hər gün dərmanları vaxtlı-vaxtında içir və axşamlar qara ciyərinin üstündən sağ böyrünə dərman sürtərdi. Bu dərmanı sürtmədən əvvəl həkim dərman sürtülən yeri spirt, yaxud araq ilə yumağı tapşırmışdı. Bir dəfə xəstənin böyrü araqla sürtülən zaman Sabir özünə məxsus zarafatyana bir tərzdə demişdi: ”Xalq arağı qarnının içinə töküb keyf çəkir, mən bədbəxt isə qarnımın üstünə sürtüb əziyyət çəkirəm”.
Həmidə xanım Tiflisə qayıdandan sonra Sabiri həkimlərin müayinəsinə özü aparırmış. Onun diqqət və qayğısından təsirlənən Sabir bədahətən bu iki misranı demişdi: ”Nə gərdəd kəz əcəl püştəm xəmidə; Keşəm dərduşi-xud rənci-Həmidə” (“Əgər əcəl imkan versə, Həmidənin xəcalətindən çıxacağam”). Tiflisə müalicəyə getməsinə baxmayaraq, Sabir “Molla Nəsrəddin” jurnalının hər nömrəsinin hazırlanmasında yaxından iştirak edirmiş: arabir Məmmədəli Sidqiyə deyirmiş ki, dur gedək Şeytanbazarına, İslam aləmindən bir ilham alaq, gəlib sonra işləyək. Sabirin Tiflisdəki müalicə dövrünün yadda qalan məqamlarından biri “Qırmanc” başlıqlı rübai ilə bağlıdır. Martın 2-də gürcü teatrındakı müsəlman dram cəmiyyəti Şekspirin “Otello” pyesini oynayır. Bakıda çıxan “Səda” qəzetinin redaktoru Haşım bəy Vəzirov əsəri o qədər pis tərcümə edibmiş ki, teatr binasının həyətində Sabir “Otello” tamaşasını bu misralarla “təbrik edir”:
Öylə bir tərcümə kim, ruhi-Şekspir görcək
Ağladı ruhi-Otelloyla bərabər özünə
Ah, mütərcim! - deyə bir odlu tüfürcək atdı,
Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə...
Haşım bəyin Bakıda Sabirə qarşı yazdığı təhqirlər şiddətlənincə, Cəlil Məmmədquluzadə Qarabağdan məsələyə müdaxilə edib yazır ki, siz ona cavab verməyin, ancaq yeri gələndə özünü və qəzetini tənqid edin.
Əhvalı pisləşən Sabir Novruz bayramını xəstəxanada keçirir. Martın axırında Cəlil Məmmədquluzadə Qarabağdan Tiflisə qayıdır. Həkimlər Sabirin durumuyla bağlı geniş iştiraklı konsilium keçirirlər: onlardan bir qismi Sabiri əməliyyat etməyin faydalı olacağını desə də, əksər həkimlər artıq qara ciyər sirrozunun xeyli irəlilədiyini və əməliyyatın heç bir işə yaramayacağını vurğulayırlar. Əməliyyat üçün Sabirin razılığı lazım idi - buyurun, onun reaksiyasını da oxuyun: ” Mənim qarnım sandıq deyil ki, açıb-örtsünlər”.
Aprelin əvvəlində Sabiri Tiflisdən Şamaxıya Cəlil Məmmədquluzadə yola salmışdı; Əziz Şərifin sərrast ifadəsi ilə, “Azərbaycan demokrat ədəbiyyatının iki ölməz nümayəndəsi Tiflis vağzalında daimi olaraq vidalaşmışdı”. Buradakı “demokrat ədəbiyyatın iki ölməz nümayəndəsi” ifadəsini də yadımızda saxlayaq...
“Zənn edirdim edəcəkdir ona çarə.....”
Tiflisdən sonra Bakıdakı müalicə də kara gəlməyincə, Abbas Səhhət kimi vəfalı dost Sabiri yenidən Şamaxıya aparmışdı. Maddi sıxıntılar onsuz da tükənmiş ümidləri daha da tükədərkən ölmədən “Hophopnamə”nin çapını görmək yeganə təsəllisi olacaqdı. Özünün dediklərindən: “Mən bir dəfə Hacı Seyid Əzimin görüşünə gedəndə gördüm ki, bütün yazdığı kitablarını, şeirlərini qarşısına töküb onlarla məşğuldur. Hər zaman zarafat edib əylənən Ağa o gün çox bikef və kədərli idi. Səbəbini soruşdum: ”Bir şair üçün, -dedi, - bundan böyük bədbəxtlik olmaz ki, gözünü həyata yumarkən bütün ömrünün məhsulu olan əsərlərinin müqəddəratını bilməsin. Məni kim xatircəm edər ki, sabah öldükdən sonra bu əsərlərim təb” və nəşr edilib adımı tarixdə yaşadacaqdır. Mən bunların künc-bucaqlarda itib tələf olmayacağından arxayın deyiləm”. Ustadı Hacı Seyid Əzimin kitabının çapını görə bilməməsi onun dərdinə dərd əlavə etmişdi - oğlu Mir Cəfər atasının kitabını Sabirin ölümündən bir il sonra çap etdirəcəkdi. Sabir əsərlərini çap etdirmək üçün dəfələrlə hesab-kitab yapsa da, hətta 300 manat pulu bir araya gətirməyə müvəffəq olmamışdı - Hacı Zeynalabdin Tağızadənin mətbəəsi də kitabı şairin öz hesabına çap etməyi uyğun görmüşdü. Ömrünün son günlərində yanında olanların xatirələrindən bunu görürük: “Əmim öz əsərlərini - əlyazmalarını bir toplayıb taxçaya qoymuşdu. O, bunları bir kitab halında görmək həsrəti ilə yaşayırdı. Xəstə yatanda tez-tez həmin taxçaya tərəf baxır, “onlardan muğayat olun” deyirdi. Ölümündən bir neçə dəqiqə əvvəl o məni yanına çağırtdırdı. Əmim nə isə demək istəyirdi, lakin deyə bilmədi. Kim bilir, bəlkə o, yenə də əsərlərini xatırlatmaq istəyirdi. İstədiyi son sözü deyə bilməməsi mənim üçün böyük bir dərd oldu” (Qardaşı oğlu Zeynalabdin Tahirzadə). Kitabının çapı üçün sadəcə bir qadın 5 manat verir, daha sonra 5 manata 15 manat da əlavə edilir və kitab çapı üçün başlayan maddi yardım işi də başladığı yerdə qalır. Ölümündən sonra o 20 manata kimlərin nə qədər pul əlavə etdiyini yazmaq istəmirəm, çünki milli duyğularınızı növbəti dəfə qabartmaq mənim işim deyildir; milli duyğuları qabartmaq sahəsində özümü mütəxəssis də saymıram.
Kitabın çapı üçün yığılmaq istənən yardıma etiraz edən və onu öz sərmayəsi ilə çap etdirəcəyini elan edən bir vətən zəngini isə sözdən işə keçmək vaxtı gələndə qeybə çəkilir. Şamaxıda xəstəyə ən anlamlı yardım yenə Tiflisdən gəlmişdi; Cəlil Məmmədquluzadədən gələn zərfin içində 300 manat pul və bu məktub vardı: “Sabir, adamın yaxın bir dostu xəstə olanda onu yoluxmağa gedir, gücü çatan bir töhfə də aparır. Təəssüf ki, Şamaxıya gəlib səni şəxsən yoluxmağa imkanım yoxdur. Bu üç yüz manatı bir töhfə kimi məndən qəbul et...”
Abbas Səhhətin Tiflisə, “Molla Nəsrəddin” jurnalına göndərdiyi teleqram bu sözlərdən ibarət idi: ”İyulun 12-də Sabir vəfat etdi. Səhhət”.
Dəfnində Şamaxının aydın dünya görüşlü insanları hamılıqla iştirak etsə də, həyatı ona zəhər edənlərin kin-küdurətinin dəfn mərasimində də ondan əl çəkmədiyini görürük. Sultan Məcid Qənizadə: “Səfərimin son günü Sabir ilə xudahafizləşib səhəri günü Bakıya yola düşəcəkdim. Mən səfər libasında əşyamı faytonun içinə yığışdırırdım, bu əsnadə iki nəfər gənc yüyürüb yanıma gəldi və Sabirin ölümünü mənə xəbər verdilər. Mən faytonu bir saat saxlatdırıb meyit üstünə getdim. Küçədə qoyulmuş mafə qarşısında xeyli adam var idi. Cənazə dəfnə hazır olduqda ziyalı cavanlar mafəni əlləri üstünə qaldırıb Qalabazar məscidinin qarşısında küçə ayrıcında yerə qoydular. Məhəllə axundu Ağa Mir Mehdi ağa şairin namazını qılmalı idi. Ağanın evi məscid ilə qapı-qapı olduğundan camaat gözünü oraya zilləyib onun təşrifini gözləyirdi. Amma onun “isbati-vücudi” çox uzun çəkdi. Adamlar bir-biri ilə pıçıldaşıb himləşirdilər. Mir Mehdi ağanın Sabirin namazını qılmaq istəmədiyi məlum olduqda gənclərdən bir neçəsi onun əleyhinə səslərini ucaldıb üsyan etməyə başladılar. Bunun nəticəsində Ağa cənabları, yəqin ki, məcburiyyət gücü ilə evdən çıxıb dinsiz şairin namazını qıldısa da, dua əvəzinə lənət oxuyub onun cənazəsini cəhənnəmə göndərmək istədiyi qiyafəsindən görünürdü”..
“Məramım yenə dünyada durar”
“Dünyada duracağına inandığı” məramı nə idi? Sovet vaxtının alimlərinə görə o, “sosialist realizminin beşiyi başında durmuşdu”. Abbas Səhhətə görə, “fransız şairlərindən Şatobrian fransız qövmünün səltənət xanədanından olan Burbonlarla Napoleon arasındakı müqayisəyə dair bir kitab yazmışdır ki, Burbon xanədanından olan fransız kralı XVIII Luinin özünün etirafınca, bu kitab ona bir ordudan ziyadə xidmət etmişdir. Mən də iddia edirəm ki, Sabir əfəndinin də asarı bu beş ilin müddətində İran məşrutəsinə haman bir növ ordudan ziyadə xidmət etmişdir”. Səhhətin bu sərrast sözlərinə sadəcə, iki kəlmə əlavə etmək istərdim: “Ərdəbil” şeiri 8 bənddən ibarət bir mənzumə deyil, 8 cildlik romandır. Azərbaycan Cümhuriyyətinin Osmanlıdakı ilk səfiri olmuş Yusif Vəzir Çəmənzəminli İstanbulda 1920-ci ildə çıxmış “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabında “Sabir ruhən şərqlidir, təmayülən Avropa mədəniyyətinin ifadəsidir. Millətinin mütərəqqi olmasını istər, mədəniləşməsini arzu edər”, – deyə yazıb. “Lağ-lağ danışıb başlama fəryadə, əkinçi” - dediyi kəndçi-kündçü də onu özündən sayar, “Fəhlə, özünü sən də bir insanmı sanırsan?”- dediyi əməkçi də ona heyrandır. Uşaq bağçasına və ya ibtidai məktəbə getmiş bir cocuq üçün “Dərsə gedən bir uşaq” şeirindən daha səmimi bir həmdəm varmı? Axı o həm də şox səmimi bir qəzəl ustasıdır - “İstəsən könlüm kimi zülfün pərişan olmasın; Ol qədər cövr et mənə ki, ah etmək imkan olmasın”- bu beyti indiyə qədər neçə müğəninin ifasında dinləmisiniz?
Onun “ayinəsində” özünü əyri görən “qraxmal qalstuklu intelligentlər” və “9 yaşındakı qızı siğə etmək istəyən qırmızı saqqallı kişilər” isə ondan xoşlanmaz. Sabir dinə qarşı deyildi: “Aya oxumazlar nə üçün dini bölənlər; Kanu-şiyəən rəmzini Quran arasında” – misralarının müəllifi sizcə, dinsiz ola bilərmi? “Ol şəhidanın salam olsun rəvani-pakına; Çün bu xidmətlər bütün islamadır, insanadır; Afərinim himməti-valayi- Səttarxanadır”- bəs bu misraların müəllifi necə? İslama qarşı olan hansı yazar “şəhid”lik mərtəbəsinə salama durar və ya “insan” kəlməsindən əvvəl “İslam” kəlməsini işlədər? Ömər Faiq Nemanzadənin İslamda qadının qiyafətinə həsr olunmuş məqaləsi “dəliqanlalılar, hampalar, zorbaların” sərt reaksiyasına məruz qalanda Sabirin yazdığı bu sətirlər onun Qurana nə qədər sayğılı olduğunu göstərmirmi: “Hərə Qurana verir istədiyi mənanı; Aç, oxu, bunlara gör həzrəti-Quran nə deyir? Deməz Allah ikimənalı sözü qullarına; Bu qədər anlamışam, başqa sözü bilməyirəm”.
Xatirələrdən öyrənirik ki, xəstələyin verdiyi dayanılmaz əziyyət onu dəfələrlə intiharın eşiyinə gətirib. İntihardan vaz keçməsinin səbəbini, buyurun, özündən dinləyin: ”Dünyadan və həyatımdan bizaram, bəradər. Yəqin et ki, şərən məsul olmasaydım, kəndimi məsmum edər və dünyanın əzabından xilas olardım” – hansı dinsiz adam intihar etməməsinin səbəbini “şəriət qarşısında məsuliyyət daşımaqla” izah edər?
Yox, burada onun dindar olduğunu sübuta çalışmıram - o, qaranlıqla aydınlığın əbədi mübarizəsində müxalifətin aydınlıq tərəfini şərəflə təmsil edirdi. O, dinin insan vicdanındakı yerinə son dərəcə hörmətlə yanaşan və dinin insan həyatındakı yerinin çərçivəsini dəqiq görən bir aydın idi - onun hədəfi din yox, din tacirləri idi. Hədəfi düzgün müəyyənləşdirdiyinə görə, din tacirlərinin də onu əks-hədəfə alması təbiidir. Onu “din düşməni” elan etməsələr, çörəkləri hardan çıxar? Ölümündən 100 il keçəndən sonra da bu durum dəyişməyəcək, 200 il keçəndən sonra da...
Şəxsiyyət vəsiqəsi...
“Millət” məfhumunu ədəbiyyatın səhifələrindən nizami şəkildə küçələrə çıxaran ilk adam idi: “Qaç oğlan, qaç, at basdı, millət gəlir”. Osmanlı və İran əhalisinə də bu düşüncəsini təlqin edib - bu gün Türkiyənin aydın təbəqəsinin ən çox sevdiyi mənzum əsər - onun “Qorxuram” şeiridir. Ölümündən 100 il sonra Türkiyə onun “hansı müsəlmanlardan qorxduğunu” dərk etməyə başlayıb.
Ən böyük demokrat və insan haqları müdafiəçisi idi. “İnsanlara hürriyyət, millətlərə istiqlal” - şüarının təməlində onun “Kim ki, insanı sevər, aşiqi-hürriyyət olur; Bəli, hürriyyət olan yerdə insanlıq olur” - misraları durmurmu?
“Millət və demokratiya” - bu qədəri bəs edirmi? Eşitmirəm, bərkdən bağırın, ey məmləkətimin Sabirdən xəbəri olmayıb, idxal demokratiyaya iman gətirən intel-dantelləri.....
Önəmlli qeyd: Sabir haqqında qiymətli əsərlərin müəllifləri olan Milli Elmlər Akademiyasının mərhum üzvləri Abbas Zamanovun, Əziz Mirəhmədovun, Yaşar Qarayevin, “Molla Nəsrəddin” necə yarandı?” kitabının müəllifi, professor Əziz Şərifin və salnaməçi Qulam Məmmədlinin ruhları önündə baş əyirəm.
Mais Əlizadə

1215 dəfə oxunub
Oxşar xəbərlər
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024