Hüseynbala Mirələmov Şamo Arifi “şərəfsiz” adlandırdı
4 iyul 2011
14:15
Kulis.az dərgisində xalq yazıçısı Süleyman Rəhimovun oğlu yazıçı Şamo Arifin müsahibəsi çap edilmişdi. Həmin müsahibəyə cavab yazan millət vəkili, yazıçı Hüseynbala Mirələmovun yazısınını təqdim edirik:
Şərəfsizlik
Daima Anara qarşı qərəzli və düşmən münasibət sərgiləyən “Azadlıq” qəzetində “Süleyman Rəhimovun oğlundan Anara sərt ittihamlar” başlıqlı yazı dərc edilib (25 iyun 2011). Süleyman Rəhimovun haçansa yazıçı sayılan oğlu Şamo Arifin son iyirmi ildə qələmindən çıxan yeganə “yaradıcılıq məhsulları” Anara və onun valideynlərinə atılan çirkin böhtanlardır. Psixoloji xəstəlik səviyyəsində olan bu son sayıqlamalara cavab verməmək də olardı, amma iki sütunluq yazıda Şamo Arif o qədər yalan danışır ki, keçmiş uydurmalarını da ötüb keçir, bir növ iftira rekordu vurur. Bunları cavabsız qoymaq, bu yalanlara haqq qazandırmaq olardı.
Amma...
Şamo Arif yazır: “Anar Süleyman Rəhimova qarşı mənfi münasibət sərgiləyir”.
Ağ yalandır. Yazıçılar Birliyinə gedib gələnlər yaxşı bilir ki, bu binanın üç mərtəbəsində Süleyman Rəhimovun şəkilləri asılıb. Üçüncü mərtəbədə Xalq yazıçılarının arasında yer alan birinci onun şəklidir. Anarın iş otağında Yazıçılar təşkilatının əvvəlki rəhbərləri sırasında Süleyman Rəhimovun da şəkli var və nəhayət Süleyman Rəhimovun Anarın sifarişiylə rəssam tərəfindən çəkilmiş şəkli ikinci mərtəbədə Sosialist Əməyi qəhrəmanları arasında yenə də birinci şəkil olaraq asılıb.
Məhz Anarın təşəbbüsüylə və Yazıçılar Birliyinin vəsaiti ilə Süleyman Rəhimovun 110 illik yubileyi ərəfəsində onun haqqında xüsusi qəzet nömrəsi buraxılıb. Bildiyimə görə Anar onun yubileylərinin keçirilməsiylə bağlı, yaşadığı evə xatirə lövhəsi vurulmasıyla bağlı əlaqədar təşkilatlara dəfələrlə yazılı müraciət edib.
Anarın “Süleyman Rəhimova mənfi münasibəti” – bax belədir. Şamo Arifin Anarın valideynlərinə “müsbət münasibəti” isə onlara şər atmaqdan ibarətdir.
Şamo Arif yazır:
“Anar isbat eləməyə çalışır ki, Azərbaycan ədəbiyyatında nə Səməd Vurğun var, nə Süleyman Rüstəm var, nə də Süleyman Rəhimov var. Ancaq və ancaq bir Rəsul Rza var, bir də Nigar Rəfibəyli. Budur onun əsl məqsədi”.
Hamıya yaxşı bəllidir ki, Anar ömrü boyu, o cümlədən də son illərdə Səməd Vurğun, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Mehdi Hüseyn, Mir Cəlal, Sabit Rəhman, İlyas Əfəndiyev, İmran Qasımov, İsmayıl Şıxlı, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Sabir Əhmədli, Əli Kərim, Xəlil Rza Ulutürk, Məmməd Araz, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Maksud və Rüstəm İbrahimbəyovlar, Əkrəm Əylisli, Fikrət Qoca, Elçin, Mövlud Süleymanlı, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Kamal Abdulla, Afaq Məsud, Çingiz Abdullayev, Zəlimxan Yaqub, Nizami Cəfərov və neçə-neçə başqa şair və yazıçı haqqında dəyərli məqalələr, esselər yazıb, onların yaradıcılığını təhlil edib, yüksək qiymətləndirib. Bu yazılar Azərbaycanda, Türkiyədə, Moskvada dövrü mətbuatda, Anarın müxtəlif kitablarında, ən son isə rus dilində nəşr olunmuş “Literatura, İskusstvo, Kultura Azerbaydjana” kitabında toplanıb.
Bakıda Dədə Qorquddan müasir şairlərə qədər Azərbaycan şairlərinin əsərləri daxil olan ikicildlik “Min beş yüz ilin oğul şeiri” antologiyasını Türkiyədə nəşr olunmuş “Min ilin yüz şairi” adlı Azərbaycan şeiri antologiyasını tərtib edən, rus dilində üç cildlik Azərbaycan şeiri antologiyasının təşəbbüskarı, baş redaktoru və Ön söz müəllifi olan, Moskva və Türkiyə mətbuatında neçə-neçə yaşlı və gənc Azərbaycan yazıçısını təqdim və təbliğ edən Anarı hansı insafla ədəbiyyatda ancaq atası və anasının təəssübünü çəkən adam kimi şərləmək olar?
Anar Bakıda və Moskvada Səməd Vurğunun 90 illik, 100 illik yubileylərinin, Süleyman Rüstəmin Bakıda 90 və 100 illik yubileylərinin, Müşfiqin, Mehdi Hüseynin, Mirvarid Dilbazinin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Qabilin və başqalarının yubileylərinin keçirilməsində fəal iştirak və çıxışlar edib.
Süleyman Rəhimovun yubileylərinə mane olan, onun xatirəsinə ən çox ziyan vuran bir nəfər varsa o da Şamo Arifdir. Başqalarına çirkab atarkən namuslu adamlar onu tutarlı cavablar verir və dədəsinin bioqrafiyasındakı bəzi məqamları ona xatırlatmalı olur, ictimaiyyətin də diqqətinə çatdırır.
Görəsən Şamo Arif belə nadürüst hərəkətləriylə atasına necə xəyanət etdiyini başa düşürmü? Amma dədəsini hamının gözü qarşısında ən ağır şəkildə fiziki təhqir edən adama mədhiyyələr yazan belə “qeyrətli” oğuldan nə gözləmək olar?
Şamo Arif yenə də yalan danışaraq deyir ki, Süleyman Rəhimovu Mehdi Hüseynin ölümündə günahlandırmaq Anarın işidir “Onun ölümündə atamı günahlandıran yeganə şəxs Anardır” – yazır.
Yanılmıramsa Anar heç bir yazısında, heç bir vaxt Mehdi Hüseyni öldürənlərin konkret adlarını, o cümlədən Süleyman Rəhimovun adını çəkməyib. Şamo Arifdən soruşan gərək: soğan yeməmisən, için niyə göynəyir?
Bütün ədəbi ictimaiyyətə yaxşı məlum olan faktları ən müxtəlif adamlar yaxşı xatırlayırsa və ara-bir bu barədə söz açırlarsa bunun Anara nə dəxli var? Anarı öz arşınıyla ölçən Şamo Arifə elə gəlir ki, kimsə Süleyman Rəhimov haqqında tənqidi bir söz deyirsə bunu Anar təşkil edib. Belə yerdə deyiblər: xain xoflu olar.
Mehdi Hüseynin faciəli ölümü məsələsinə gəldikdə isə bu hadisələri ən yaxşı və ən yaxından bilən bir adam – yazıçının qızı rəhmətlik Zivər xanım Hüseynova “Dəryadan damlalar” adlı xatirələr kitabında (Bakı 2009) yazır:
“1958-ci ilin yanvarın 20-də növbəti Plenumda Mehdi Hüseyn Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinə sədr, İlyas Əfəndiyev məsul katib seçildi. Həmin tarixdən etibarən S.Rəhimov atama qarşı çıxdı. Hər yerdə yerli-yersiz, olar-olmaz, düşər-düşməz atmacalar, hədələmələr, küsülər, bəzən də açıq-aşkar hücumlar başladı, hətta açıq şəkildə “sən mənim stolumu əlimdən almısan, necə ki, ömrüm var, sənə qarşı çıxacam, səni qoymayacam bu təşkilata başçılıq edəsən” deyib.
Zivər xanım yazır ki, 1963-cü ildə 28 yanvar tarixli ərizəsində Mehdi Vəli Axundovdan işdən azad edilməsini xahiş etmişdi.
“Bu arada S.Rəhimov Mehdi Hüseynə “adamı belə məcbur eləyərlər. İndi gördün mən kiməm” – demişdi. Bu, Mehdi Hüseyni çox təsirləndirmişdi”.
Mərhum Zivər xanımın gerçək faktlara əsaslanan kitabından misallar gətirərək Süleyman Rəhimovun ruhunu incitmək istəməzdik, amma bizi buna məcbur edən başqalarına şər atan Şamo Arifdir. O, elə zənn edir ki, başqalarını heç bir əsası olmadan, heç bir konkret fakta arxalanmadan ləkələmək öz ailəsinin qara ləkələrini silməyin yeganə yoludur.
Zivər xanım Mehdi Hüseynin iş başında öldüyü günü xatırlayaraq yazır ki, onsuz da ürəyi xəstə olan Mehdi Hüseyni məhz bu iclasda əsəbiləşdirərək son həddə çatdırırlar. Ağır ittihamlara dözməyən ürəyi dayanır.
Bu faciədən sonrakı səhnəni Zivər xanım belə təsvir edir:
“Otaqda çaşqınlıq baş verir. Arada üçlük – başda S.Rəhimov olmaqla qaçmağa məcbur olurlar. Arxadan özünü yetirən Nəbi Xəzri S.Rəhimovu təpikləyir və şapalaqlayır. S.Rəhimov yerə düşmüş papağını götürüb həmfikirləri ilə “26-lar bağı”na qaçırlar. İmran Qasımov eyvana çıxaraq ucadan “Zaderjite ubiyts (caniləri tutun) çığıraraq hamını haraylayır” (Z.Hüseynova. “Dəryadan damlalar”.
Zivər xanım kitabında başqa bir şəhadətnamə də var.
Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovun xatirələr kitabından belə bir parçanı gətirir: “Mehdi Hüseynlə son görüşümüz 1965-ci ilin bahar günlərinin birində oldu. Mehdi öz vəziyyətindən, yazıçılar arasında olan gərgin və xoşagəlməz münasibətlərdən, özünə qarşı haqsız hücumlardan şikayətləndi:
– Mənə qarşı olan münasibət yaradıcılıq səviyyəsindən çıxıb, intriqaya, intiqam almağa, təqib etməyə çevrilmişdir – dedi.
...Bir qədər sükutdan sonra Süleyman Rəhimovun adını çəkdi və mənə sual vermiş kimi müraciət edərək: “O demişdi ki, Mehdini elə bir vəziyyətə salmaq lazımdır ki, onun ürəyi partlasın. Sən buna necə baxırsan... məni öldürəcəklər – dedi və sükuta daldı”.
İnsafı olan oxucu desin Süleyman Rəhimovu Mehdi Hüseynin ölümündə günahlandıran yeganə şəxs heç bir vaxt bu münasibətlə onun adını çəkməyən Anardırmı?
Hələ bu hadisələrin başqa şahidlərinin dediklərini və yazdıqlarını gətirmirik. Şamo Arifə yazığımız gələrək Zivər xanımın kitabında yazdığı bəzi başqa məqamların üstündən ötürük.
Şamo Arifin ağlı olsaydı bu məsələləri qurdalamazdı, çünki işin içindən onun üçün çox xoşagəlməz məsələlər çıxa bilər.
Şamo Arif Anarı Moskvanın Azərbaycanda ara qarışdıran adamı kimi qələmə verir. Yazır: “Azərbaycanı qarışdırmaq üçün Moskvanın şeytan barmağı həmişə burada olub. Həmin şeytan barmağının biri də Anardır”.
Şübhəsiz bu sözləri kindən, nifrətdən, həsəddən ağlını tamamilə itirmiş adam deyə bilər. Anar Şamo Arifi bu sayıqlamalarına görə məhkəməyə də verə bilərdi, amma buna ehtiyac yoxdur. Şamo Arifin cəzasını onu belə fərsiz, belə miskin yalançı kimi yaradan cənab Allah özü verib.
Ümumiyyətlə mənim bildiyimə görə Anar bir dəfə də olsun Şamo Arifin hərzə hədyanlarına cavab verməyib. Yəqin Şamo Arifi ən çox yandıran da elə budur. O, istərdi ki, Anar ona cavab versin və “Azadlıq” kimi qəzetlər bunların şəkillərini yanaşı verib “Yazıçı övladları bir-biriylə didişir” sözlərini manşetə çıxartsınlar. Bununla da sanki Anarın və Şamo Arifin eyni çəkidə, eyni səviyyədə olmaları təsdiq edilərdi. Xam xəyaldır. Görkəmli yazıçı, əsl ziyalı, cəmiyyətin bütün təbəqələrinin hörmət bəslədiyi, xalqın sevimlisi Anar hara, nə alim kimi alim, nə yazıçı kimi yazıçı olan, yeganə bacarığı adamları şərləmək olan Şamo Arif hara?
Şamo Arifi bir də o yandırıb yaxır ki, niyə Rəsul Rzanı və Nigar Rəfibəylini 37-ci ildə məhv etməyiblər. Anarın “Mübarizə bu gün də var” kitabında NKVD sədrinin müavini, sonralar ifşa edilib güllələnmiş Xoren Qriqoryanın Nigar Rəfibəylinin və anasının sürgün edilməsi haqqında M.C.Bağırova göndərdiyi təqdimat və Rəsul Rzanın çekist nəzarətinə götürülməsi haqqında sənədlər dərc olunub.
Süleyman Rəhimovu yüksək vəzifələrə irəli çəkən M.C.Bağırov bir dəfə Rəsul Rza ailəsinə də yaxşılıq edərək Xoren Qriqoryanın təqdimatında rədd dərkənarı qoyur. 37-ci ildə xoren qriqoryanların, bizim günlərdə isə şamo ariflərin arzuları ürəklərində qalıb. Əlbəttə əgər 37-ci ildə Rəsul Rza və Nigar Rəfibəyli danoslar əsasında məhv edilsəydilər, Anar da dünyaya gəlməzdi və şamo ariflər də onun hər uğurundan qovrula-qovrula qalmazdılar.
Nigar Rəfibəylinin Moskvada ağır tələbəlik illərində – otuzuncu illərin ortalarında maddi çətinliklər ucbatından “İzvestiya” qəzetində milli dillərdə verilən qısa mətnlərin tərcüməçisi kimi ora işə düzəlməsi Şamo Arifin xəstə təxəyyülündə böyük bir günah kimi görünür. Yazıdan-yazıya nadancasına onun Kremldə, guya ki, Stalinin otağının yanında (!) işləməsini iddia edir. Görəsən bunları yazanın ağlı başındadırmı? Gör Anara paxıllıq gözlərini necə tutub ki, belə sərsəm fikirləri ortaya atır.
Hələ onu da deyir ki, Nigar Rəfibəylinin işlədiyi şöbə guya ki, Beriyaya tabe idi. Bu kəmsavad bilmir ki, o illərdə Beriya Moskvada, təhlükəsizlik orqanlarında deyil, hələ Gürcüstanda Partiya təşkilatının rəhbəri vəzifəsində işləyirdi.
Axı nəyə görə Şamo Arif dəridən-qabıqdan çıxır ki, nakişilərə xas olan dolayı eyhamlar, ikibaşlı işarələr, rəzil sözlər vasitəsilə Rəsul Rzanı, Nigar Rəfibəylini ömürləri boyu nəzarəti altında olduqları təhlükəsizlik təşkilatıyla bağlasın? Məqsəd aydındır – Dədəsinin tərcümeyi-halında NKVD-ylə bağlı səhifələri ört-basdır etmək üçün fikri başqalarına yönəltmək. Ona elə gəlir ki, başqalarına çirkab atmaqla dədəsini təmizə çıxarır.
Mərhum akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabında gətirdiyi faktlar hər şeyi deyir. 37-ci ildə Rayon Partiya Komitəsinin Birinci katibi Teymur Salahovu və Rayon İcra Hakimiyyətinin sədri Süleyman Rəhimovu həbs edirlər, antisovet fəaliyyətdə ittiham edirlər, Süleyman Rəhimov illər boyu bərabər işlədikləri Teymur Salahovun üzünə durur. Bir müddət sonra Teymur Salahovu güllələyirlər. Süleyman Rəhimov isə azadlığa çıxaraq yüksək ideoloji partiya vəzifələrinə irəli çəkilir, Mərkəzi Komitənin üzvü, Azərbaycan Ali Sovetinin deputatı olur. Bax belə.
Şərhə ehtiyac yoxdur. Bircə onu əlavə etmək olar ki, XX qurultaydan sonra Teymur Salahov tam bəraət qazanır və onun qeyrətli qızı Zərifə Salahova bir toplantıda Süleyman Rəhimovun üzünə: Siz bizim ailəmizi dağıtdınız, bizi yetim qoydunuz – deyir və bu da qəzetlərdə dərc olunub.
Anar və Anara görə Rəsul Rza haqqında, hətta Anarın övladları haqqında qərəzli yazılar yazan Murdarlar belə heç vaxt Nigar Rəfibəylinin müqəddəs adını hallandırmayıblar. Şamo Arif bu şərəfsizliyi də boynuna götürdü. Doğru deyirlər ki, özlərinin ləyaqəti olmayanlar ləyaqətlilərin heysiyyətini tapdalamaqda təsəlli tapırlar. Namuslu adamlar Şamo Arifin Anar və onun valideynləri haqqında yazdıqları yalanları dəfələrlə təkzib edib, onun ağzından vurublar. Anarın Mehdi Hüseyn haqqında iki il bundan əvvəl yazdığı məqalə indi niyə Şamo Arifin yadına düşüb, təzədən köhnə böhtanlarını üfunətli sandığından çıxarıb mətbuata verməsinin səbəbi nədir, yenidən şapalaq yemək istəyir?
Yəqin ki, yox, səbəb başqadır. Sadəcə olaraq bu yaxınlarda Anarın yüksək mükafat alması bu adamın yuxusunu qaçırıb və öz xislətinə münasib olan saytda və yalanlara alışmış qəzetdə ürəyini boşaldaraq qurdunu öldürüb. Anarı daimi hədəf seçmiş Şamo Arif, onun kimilər elə düşünürlər ki, bu cür böhtanlarla yazıçını hörmətdən sala biləcəklər. Qanmırlar ki, belə iftiralarla yalnız Anara marağı, diqqəti artırırlar, özləri isə olan-qalan hörmətlərini itirib, xalqın gözündən düşürlər. Yazıqlar.
Hüseynbala MİRƏLƏMOV

1479 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024