Türk əsgərlərini pendir çəlləklərində xilas edən məşədi

Türk əsgərlərini pendir çəlləklərində xilas edən məşədi
15 oktyabr 2013
# 08:00

Hər döv­rün öz qə­ri­bə­lik­lə­ri var. Uzun il­lər "in­qi­lab­dan əv­vəl"... ifadə­si­nin köl­gə­si al­tın­da dəfn et­di­yi­miz işıq­lı key­fiy­yət­lə­rə, mə­nə­vi qə­ni­mət­lə­ri­mi­zə vay­sı­nıb-­ağ­la­maq­dan­sa, on­la­rı üzə çı­xa­rıb bər­pa et­sək daha yaxşı olmazmı?

19-cu əs­rin axır­la­rın­da Ba­kı şə­hə­ri­nin son də­rə­cə mü­rək­kəb, ziddiy­yət­li, ey­ni za­man­da kəş­mə­kəş­li, cah-­cə­lal­lı bir döv­rü olub.

Hə­min döv­r­də ya­şa­mış işıq­lı şəx­siy­yət­lər­dən bi­ri Mə­şə­di Ələs­gər Ha­cı­gül­məm­məd oğ­lu­dur. O, 1860-cı il­də keç­miş Qu­ba dai­rə­si­nin Xı­zı rayonunda, or­ta­bab mül­kə­dar ai­lə­sin­də dün­ya­ya göz aç­mış­dı. Ol­duqca din­dar bir şəxs olan Ha­cı­gül­məm­məd ki­şi beş oğ­lu­nun be­şi­ni də vax­tın­da Məş­həd və Kər­bə­la zi­ya­rət­lə­ri­nə apar­mış­dı. Qar­daş­la­rı içə­ri­sin­də öz də­rin ağ­lı və zə­ka­sı ilə fər­q­lə­nən Ələs­gər, mol­la­xa­na təh­si­li alan­dan son­ra, ata­sı­nın tə­sər­rü­fat iş­lə­ri ilə məşğul ol­muş, tica­rə­tin sir­lə­ri­nə də­rin­dən yi­yə­lən­miş, Ba­kı­da tanınan ti­ca­rət­çi­lər sı­ra­sı­na çıx­mış­dır.

Ca­van yaş­la­rın­da Ba­kı şə­hə­ri­nə kö­çən Mə­şə­di Ələs­gər, in­di­ki Nəriman Nə­ri­ma­no­vun hey­kə­lin­dən bir qə­dər yu­xa­rı əl­də, 4-cü Sovet kü­çə­sin­də 10-12 göz­dən iba­rət iki­mər­tə­bə­li bir ima­rət tikdirmiş­di.

Dağ­lı­la­rın, de­mək olar ki, ən döv­lət­li­si sa­yı­lan Mə­şə­di Ələs­gər geniş ti­ca­rət şə­bə­kə­si­nə ma­lik idi. O, is­tər Ru­si­ya­dan, is­tər­sə də İran­dan, Tür­ki­yə­dən kül­li miq­dar­da mal-­qa­ra, qo­yun sü­rü­lə­ri alıb Ba­kı­da və Azər­bay­ca­nın baş­qa şə­hər­lə­rin­də sat­dı­rır­dı.

Bakı­da yer­lə­şən Qəs­sab ba­za­rın­da dü­kan­la­rın ək­sə­riy­yə­ti onun ixti­ya­rın­da idi. Ol­duq­ca xe­yir­xah, ka­sı­ba əl tu­tan, "Əli süf­rə­si" ehsa­nı ve­rən Mə­şə­di Ələs­gər iba­dət za­ma­nı hə­mi­şə bu söz­lə­ri tək­rar edər­di: "Ya xu­da, mə­nə o qə­dər mal-­döv­lət ye­tir ki, mən bu ka­sıb-­ku­su­ba əl tu­ta bi­lim, ya da ye­tir­mir­sən, mə­ni öl­dür!"

Gö­rən­lər söh­bət edir­lər ki, Mə­şə­di Ələs­gər "İmam eh­san­la­rın­da" 300 to­yuq kəs­di­rər, hər ada­ma bir to­yuq qoy­du­rar­dı. Oruc­luq ayla­rın­da onun evi növ­bə­yə da­yan­mış ca­ma­at­la do­lu olar­, hər kəs öz azu­qə­si­ni alıb ge­dər­di.

Mə­şə­di Ələs­gə­rin ən bö­yük xid­mət­lə­rin­dən bi­ri Bö­yük Zi­rə adasında (Nar­gin ) əsir sax­la­nan türk əs­gər­lə­ri­nə et­di­yi kö­mək­lik idi.

Türk əsir­lə­ri ne­cə ol­du ki, Bö­yük Zi­rə ada­sı­na gə­lib düş­dü­lər? Tarixi­mi­zin bu ağ lə­kə­si mət­bua­tı­mız­da bu gü­nə ki­mi la­zı­mınca işıq­lan­dı­rıl­ma­mış­dır. Mə­sə­lə­nin əsas ma­hiy­yə­ti be­lə­dir: 1914-cü ilin 19 iyu­nun­da Al­ma­ni­ya Ru­si­ya­ya mü­ha­ri­bə elan et­di. Bu döv­r­də Tür­ki­yə Al­ma­ni­ya-­Av­s­t­ri­ya it­ti­fa­qı­na qo­şul­du. Al­ma­ni­ya-­Av­s­t­ri­ya or­du­la­rı Uk­ray­na­nı, Pol­şa­nı, Pri­bal­ti­ka­nı zəbt et­mək məq­sə­di­ni qar­şı­ya qoy­muş­du­lar­sa, Tür­ki­yə Qaf­qa­zı tut­maq fik­rin­də idi.

Tür­ki­yə­nin hər­bi na­zi­ri Ən­vər Pa­şa və da­xi­li iş­lər na­zi­ri Tə­lət Pa­şa Qaf­qa­zı rus­la­rın pən­cə­sin­dən qo­par­maq is­tə­yir­di­lər. Bu məq­səd­lə Qaf­qa­za 60 türk za­bi­ti gön­də­ril­miş­di. Be­lə­lik­lə, 1914-cü ilin oktyab­rın­da Tür­ki­yə Ru­si­ya­ya qar­şı mü­ha­ri­bə­yə baş­la­dı. Bu mühari­bə­də Qaf­qaz cəb­hə­si Qərb və Şərq cəb­hə­lə­rin­dən son­ra əsas cəb­hə he­sab olu­nur­du.

Tür­k­lər Qars və Ba­tum tə­rəf­dən Qaf­qa­za gir­di­lər. Bu cəb­hə­də üçün­cü türk or­du­su­nun üç or­du kor­pu­su özü­nün 11 di­vi­zi­ya­sı ilə iş­ti­rak edir­di. Baş ko­man­dan Ən­vər Pa­şa­nın özü idi. Əsas zər­bə Sa­rı­qa­mış ra­yo­nu­na en­di­ril­mə­li idi. Sa­rı­qa­mış al­tın­da­kı dö­yüş­lər­də üçün­cü türk or­du­su rus qo­şun­la­rı tə­rə­fin­dən məğ­lub edil­di. Doxsan min nə­fər­lik or­du­dan cə­mi on min nə­fər adam sa­la­mat qal­mış­dı.

1916-cı il­də rus qo­şun­la­rı Qaf­qaz cəb­hə­si bo­yu hü­cu­ma ke­çə­rək Ər­zu­ru­mu və Trab­zo­nu tut­du­lar. Bu dö­yüş­lər za­ma­nı tür­k­lər­dən ço­xu əsir alın­mış­dı. On­lar­dan təx­mi­nən 400-600 nə­fə­ri Ba­kı şə­hə­ri ya­xın­lı­ğın­da­kı Bö­yük Zi­rə ada­sın­da sax­la­nı­lır­dı. Türk əsir­lə­ri­nin güzə­ra­nı bu­ra­da ol­duq­ca pis idi. Ac­lıq, su­suz­luq və xəs­tə­lik on­la­rı əl­dən sal­mış­dı. On­lar ara­sın­da müx­tə­lif epi­de­mik xəs­tə­lik­lər gözlənilir­di.

Be­lə bir və­ziy­yət­də Mə­şə­di Ələs­gər on­la­ra çox kö­mək­lik gös­tər­miş, müx­tə­lif yol­lar­la, gah pul­la on­la­rı sa­tın al­mış, gah pen­dir çəlləklərin­də on­la­rın ada­dan qa­çı­rı­lıb və­tən­lə­ri­nə yo­la sa­lın­ma­sı­nı təş­kil et­miş­di. Əl­bət­tə, onun yax­şı əməl­lə­ri­nin səs-­so­ra­ğı Türkiyəyə ge­dib çat­ma­ya bil­məz­di.

Bu xid­mət­lə­ri­nin nə­ti­cə­si ola­raq şəx­sən Ən­vər Ppa­şa­nın gös­tə­ri­şi ilə Mə­şə­di Ələs­gər qi­ya­bi ola­raq yük­sək Tür­ki­yə or­de­ni ilə təl­tif olun­muş­du. 1918-ci il­də tür­k­lər Ba­kı­ya gə­lən­də, azər­bay­can­lı­la­rı er­mə­ni­lə­rin soy­qı­rı­mın­dan xi­las et­dik­lə­ri vaxt Mə­şə­di Ələs­gər ar­tıq öz dün­ya­sı­nı də­yiş­miş­di. Hör­mət və eh­ti­ram əla­mə­ti ola­raq tür­k­lər onun evi­nin da­mın­da türk bay­ra­ğı­nı dal­ğa­lan­dır­mış­dı­lar. Vax­ti­lə Nar­gin­də olan tür­k­lər içə­ri­sin­dən, gə­lə­cək­də Azər­bay­can­da tanınmış Əh­məd Bə­di Tri­niç, Mus­ta­fa Ca­ma­loğ­lu və başqa şəxsiyyət­lər çıx­mış­dı.

1918-ci il­də Ba­kı­da er­mə­ni-­mü­səl­man qır­ğı­nı za­ma­nı hə­min əsir tür­k­lər Ba­kı şə­hə­ri­nin bir çox his­sə­si­ni, xü­su­sən İçə­ri­şə­hə­ri qoruyub sax­la­dı­lar. Doğ­ru­dan da, necə ol­du ki, er­mə­ni­lər İslamiyyə bi­na­sı­nı və bir çox yer­lə­ri yan­dır­dı­lar, an­caq İçə­ri­şə­hə­rə gi­rə bil­mə­di­lər?

De­mə, bu ha­di­sə­lər­də İçə­ri­şə­hər­də qa­la bürc­lə­ri­nin müx­tə­lif yerlərin­də cə­mi­si 6 nə­fər əli si­lah­lı türk əsir əs­gə­ri var­mış. İçərişəhər sa­kin­lə­ri Kəb­lə Ca­va­dın, Əb­dül Cab­ba­rın, qon­şu­la­rı Bondr Moi­se­yin və Adam Qa­pa­no­vi­çin (pol­yak) tək­lif­lə­ri ilə türk əs­gər­lə­ri gül­lə­lə­ri də­mir boruların için­dən at­ma­ğa baş­la­yıb­lar. Bu za­man güc­lü səs ef­fek­ti alın­mış, er­mə­ni­lər elə gü­man et­miş­lər ki, İçə­ri­şə­hər­də top­xa­na möv­cud­dur, ora gir­mək ol­maz. Be­lə­lik­lə, İçə­ri­şə­hər xi­las ol­muş­dur.

Bu ha­di­sə­dən son­ra hə­min türk əsir­lə­ri­nin bir his­sə­si öz vətənlərinə qa­yıtmış, bir his­sə­si isə yer­li əha­li ilə qa­rı­şa­raq ömürlük bu tor­paq­da qal­mış­dır.

Or­ta boy­lu, gur səs­li, ya­ra­şıq­lı bir şəxs olan Mə­şə­di Ələs­gər 1917-ci il­də ar­xa­dan vu­ru­lan bir na­mərd gül­lə­si­nin qur­ba­nı ol­muş­dur.

Bu ali­cə­nab və xe­yir­xah in­sa­nın Bər­mə­ki tay­fa­sı (dağ­lı­lar) qarşısında ən bö­yük xid­mə­ti Dağ­lı mə­həl­lə­sin­də Dağ­lı məsci­di­ni tik­dir­mə­si­dir. Bu məscid şəx­sən onun pu­lu ilə ha­si­lə gəl­miş­dir. Təəs­süf­lər ol­sun ki, so­vet döv­rün­də o məs­cid sök­dü­rül­müş, ye­rin­də hal-­ha­zır­da Cə­fər Cab­bar­lı adı­na 161 nöm­rə­li mək­təb ti­kil­miş­dir. Heç tə­sa­dü­fi de­yil ki, onun cə­na­zə­si­ni məhz Dağ­lı məs­ci­din­də dəfn edib­lər.

# 4394 dəfə oxunub

Müəllifin son yazıları

# # #