"Ceyms Bond" hüquqlarını satdı

"Ceyms Bond" hüquqlarını satdı
21 fevral 2025
# 18:40

"Amazon" "Ceyms Bond" seriyasının hüquqlarını satın alıb.

Kulis.az xəbər verir ki, yeni "Bond"un qadın olacağı iddia edilir, ancaq övbəti filmin nə vaxt çəkiləcəyi ilə bağlı hələlik məlumat yoxdur.

"Amazon" hələlik əsas obrazı hansı aktyorun canlandıracağına qərar verməyib.

Qeyd edək ki, İan Fleminqin romanları əsasında çəkilən "Ceyms Bond" seriyası ilk dəfə 1962-ci ildə Albert Brokkoli tərəfindən ekrana gətirilib.

Sonuncu "Bond" "Ölməyə vaxt yoxdur" 4 il əvvəl ekranlara çıxıb.

# 196 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #