Yılmaz Güneyin həyatı əsasında film çəkiləcək

Yılmaz Güneyin həyatı əsasında film çəkiləcək
18 fevral 2025
# 17:16

Məşhur aktyor Yılmaz Güneyin həyatı əsasında film çəkiləcək.

Kulis.az xəbər verir ki, filmdə mərhum aktyorun obrazını Mehmet Kurtuluş canlandıracaq.

Filmin rejissoru Yüksel Aksudur.

Yılmaz Güney kimdir?

Yılmaz Güney 1959-cu ildə peşəkar aktyorluğa başlayıb. Əsasən macəra filmləri çəkib. 1963-cü ildə "İkisi də cəsurdu" adlı filmdə canlandırdığı obraz ilə məşhurlaşıb.

Qeyd edək ki, "Çirkin Kral" ləqəbini alan sənətçi "Hüdudların qanunu" filmindəki rolu ilə 1967- ci ildə Antalya Altın Portakal Film Festivalında ən yaxşı aktyor seçilib. Yılmaz Güney mədə xərçəngi səbəbilə 9 sentyabr 1984-cü ildə Fransada vəfat edib.

# 465 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #