Astanada Nizami, Nəsimi və Füzuli yaradıcılığı haqqında kitab nəşr olunub

Astanada Nizami, Nəsimi və Füzuli yaradıcılığı haqqında kitab nəşr olunub
31 yanvar 2013
# 11:57

Qazaxıstanın paytaxtı Astanada Vidadi Salahov və Kalimaş Beqalinovanın həmmüəllifi olduğu “Böyük Azərbaycan mütəfəkkirləri Nizami, Nəsimi və Füzulinin yaradıcılığı" kitabı rus dilində nəşr edilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, kitabın rəyçiləri Azərbaycandan akademik Kamal Abdullayev, Qazaxıstandan Dostmuhammet Nur-Ahmet və akademik Kazbek Kaskenovdur.

Toplu "Azərbaycanın tarixi keçmişindən səhifələr", "Nizami Gəncəvi yaradıcılığı mənəvi mədəniyyətin və incə hisslərin vəhdəti kimi", "İmadəddin Nəsimi Azərbaycan mədəniyyətində hürufiliyin ifadəçisi kimi", "Məhəmməd Füzuli Azərbaycan poeziyasının parlaq nümayəndəsi kimi" fəsillərinə bölünüb. Kitab universitetlərin filologiya fakültələrində dərs vəsaiti kimi də istifadə olunacaq.

# 1788 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #