Tiflisdə M.F.Axundzadənin 200 illiyinə həsr olunan kitab nəşr edilib

Tiflisdə M.F.Axundzadənin 200 illiyinə həsr olunan kitab nəşr edilib
17 dekabr 2012
# 12:55

Tiflisdə fəaliyyət göstərən “Universal-2012” nəşriyyatında tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlunun “Tiflisdə keçən ömür” adlı kitabı nəşr olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan və gürcü dillərində nəşr olunan kitab Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilib.

Müəllif qələmə aldığı əsərində milli dramaturgiyamızın banisi, filosof-mütəfəkkir M. F. Axundzadənin Tiflisdə yaşayıb-yaratdığı illəri əhatə edir və eyni zamanda həmin dövrdə Gürcüstan paytaxtında yaşamış digər ziyalıların ömür yolundan maraqlı faktları oxucuların nəzərinə çatdırır.

Qeyd edək ki, M.F. Axundzadənin məzarı Tiflisdəki Nabədat bağındadır

# 1291 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #