Əjdər Ol Mahmud Kaşqarlı Hekayə Müsabiqəsinin qalibi seçilib

Əjdər Ol Mahmud Kaşqarlı Hekayə Müsabiqəsinin qalibi seçilib
24 dekabr 2012
# 17:59

Ankarada Tarixi Türk Ocağının konfrans salonunda İkinci Uluslararası Mahmud Kaşqarlı Hekayə Yarışmasının beynəlxalq mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, TÜRKSOY-un iştirakı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi, Türk Dünyasının ilk və hələlik yeganə ortaq ədəbi yarışması olan müsabiqə bu il paralel şəkildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Krım, İran, İraq və Qaraçay-Balkarda gerçəkləşdirilib. Sonda isə müsabiqəyə Ankarada, beynəlxalq mərhələnin nəticələrinin müəyyənləşdirilməsi ilə yekun vurulub.

İkinci Uluslararası Mahmud Kaşqarlı Hekayə Yarışmasının beynəlxalq mərhələsinin qalibi tanınmış Azərbaycan ədibi Əjdər Ol seçilib. Əjdər Olun müsabiqəyə təqdim etdiyi «Qəzənfər müəllimgilin Şuşaya yürüşü» hekayəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb. İkinci yeri qırğız yazar Aydarbek Sarmanbetov tutub, üçüncülük qaraçay-balkarlı Müttəlib Beppayevə nəsib olub. Fəxri mükafat isə qazax Devren Kuata verilib.

Xatırladaq ki, Əjdər Olun «Qəzənfər müəllimgilin Şuşaya yürüşü» hekayəsi bundan əvvəl də sözügedən beynəlxalq yarışmanın Azərbaycan üzrə keçirilən mərhələsində müəllifinə birincilik qazandırıb.

# 2443 dəfə oxunub

Müəllifin son yazıları

# # #