Qadından namusu çıxanda - Alovdan YENİ ŞEİR

Qadından namusu çıxanda - <span style="color:red;">Alovdan YENİ ŞEİR
12 sentyabr 2017
# 11:48

Kulis.az istedadlı şairə Alov İnannanın "Qadından namusu çıxanda" adlı yeni şeirini təqdim edir.

Gecənin küçələri kişilərindi,

Divarlarının içi qadınların.

Divar nədi, cızıqdan danış, cızıqdan!

Cızığının içində qalmalıdı qadın.

Gülüşlərin yüksələni kişilərindi,

Havanı yarmayanı qadınların.

Öz əliylə yummalıdı qadın ağzını, kişi yumruğuna çarpılmadan

Barmaqları gülüşlərinin barmaqlığına dönməlidi.

Baxışların bütün səmti kişilərindi,

Yerə yönələni qadınların.

Başı aşağı olmayan qadın

Başıaşağılıq gətirər başının üstündəki kişilərə...

Sevginin bütün hallarda hallanması kişilərindi

Hallandırılıb ballandırılması da...

Adlıq halından çıxışlıq halına kimi...

Sevgi hallanmaz qadınlarda...

Həzzlərin bütün hərfləri kişilərindi

He-sinə he-he-he gülər,

Ə-sinə,əəəəəəəəəəəh,

Ze- lərinə zoruydu deyər...

Qadınsa namusla hesablanar:

Qadın namusa vurulanda

İki misli qədər artar

Qadından namusu çıxanda

Yerində ölüm qalar...

# 1856 dəfə oxunub

Müəllifin son yazıları

# # #