“Qız yükü”ndə erotika mövzusunu səviyyəsizlər qabardıb”

“Qız yükü”ndə erotika mövzusunu səviyyəsizlər qabardıb”
7 aprel 2014
# 14:08

ATV kanalında yayımlanan “Qızı yükü” serialındakı bəzi səhnələr birmənalı qarşılanmayıb.

Belə səhnələrin milli adət-ənənəyə, mentalitetə zidd olduğu vurğulanır.

Məsələyə münasibət bildirən serialın rejissoru İntiqam Hacılı Kulis.az-a verdiyi açıqlamada bildirib ki, erotik epizod mövzusunu səviyyəsiz saytlar qabardıb: “Ona görə səviyyəsiz deyirəm ki, onlar heç süjetin nədən getdiyini bilmirlər. Oradakı qız oğlandan pulu onu o evə aparmağa görə istəyib, sayt isə yazıb ki guya qız fahişədir. Bu ona bənzəyir ki, biri bir roman, və ya köşə yazır, onu oxumurlar, amma oradakı hansısa sözün və ya abzasın davasını edirlər. Erotik epizod deyəndə orada nə var idi axı?”

İntiqam Hacılı Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltanın layihədən uzaqlaşması məsələsinə də aydınlıq gətirib: “Deyirlər ki, guya İntiqam Soltan heyətin qeyri-peşəkarlığına görə serialdan gedirəm. Bu, yalandır. O, yanvarın 15-də serialı tərk elədi, həm də tamam başqa səbəblərdən. Bizim baxışlarımız, fikirlərimiz tutmadı, mən şəhər-kənd xəttini qorumağa çalışırdım, amma İntiqam Soltan Qəribin həyatını önə çəkirdi. Sanki o öz həyatını ekrana gətirmək istəyirdi. Bu məsələdə fikirlərimiz ayrıldı. Layihə mənim idi, mən getməyəcəkdim ki?”

# 4173 dəfə oxunub

Müəllifin son yazıları

# # #