Iyunun 21-də Türkiyə Dövlət Opera və Balet baş idarəsinin təşkil etdiyi “9-cu Beynəlxalq İstanbul Opera Festivalı” öz işinə başlayır.
Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, festival dünyaca məşhur latviyalı opera müğənnisi Kristina Opolaysın qala konsertiylə açılacaq.
İyulun 7-dək davam edəcək festivalda dünyaca məşhur əsərlər - “Saraydan qız qaçırma”, “Traviata” operaları, “Zorba” təqdim olunacaq.