Azərbaycan filmi “Oskar” ala bilər

Azərbaycan filmi “Oskar” ala bilər
10 oktyabr 2013
# 17:26

Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə dünyanın əsas kino mükafatı olan “Oskar”ın uzun siyahısına (long list) daxil edilib.

Kulis.az-ın məlumatına görə, bu nominasiya üzrə 76 ölkənin filmi mübarizə aparacaq.

“Oskar” mükafatının 86-cı mükafatlandırma mərasimi 2014-cü il martın 2-də Los-Ancelesdə keçiriləcək. Mükafata 24 kateqoriya üzrə əsas namizədlər isə 2014-cü ilin yanvar-fevral aylarında elan ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

# 3106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #