Məşhur ingilis alimi, nəzəriyyəçi fizik Stiven Hokinq vəfat edib.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 76 yaşlı alim bu səhər Kembridcdəki evində vəfat edib. Bu barədə mərbuata onun uşaqları xəbər verib.
Hokinq on milyon tirajla çıxan “Zamanın qısa tarixi” adlı kitabın müəllifidir, elmin populyarlaşmasında böyük xidmətləri var.
O, kosmik sinqulyarlığın yaranması– kainatın böyük partlayışdan genişlənməsi problemi ilə məşğul olub.
1963-cü ildə 22 yaşlı Xokinqə birtərəfli amiotrofik skleroz diaqnozu qoyulub. O zaman həkimlər onun iki-üç il ömrü qaldığını düşünürdülər. Həkimlərin proqnozu özünü doğrultmadı. Xokinq iki dəfə evləndi və üç uşaq atası oldu.