Azərbaycanın Xalq Artisti Səyavuş Aslanın vəziyyəti yaxşılaşır.
Bu barədə Kulis.az-a aktyorun böyük oğlu Çingiz Aslan məlumat verib.
Çingiz Aslan deyib ki, havaların istiləşməsi atasının səhhətinə mənfi təsir göstərib: “Atamın halının pisləşməsi keçmiş xəstəliyinin-insultun nəticəsidir. Havaların istiləşməsi də yəqin ki öz təsirini göstərib. Halı xarablaşan kimi tez xəstəxanaya çatdırdıq. Həkimlər indi vəziyyətinin yaxşı olduğunu deyirlər. Artıq atam danışır, gülür və əhval-ruhiyyəsi də yüksəkdir”.
Kliniki Tibbi Mərkəzdə iki həftədir müalicə alan aktyor artıq palataya köçürülüb.
Xatırladaq ki, aktyor şəkər xəstəliyindən əziyyət çəkir və son üç ildə iki dəfə insult keçirib.