Fransada axmaqlar üçün kənd salındı

Fransada axmaqlar üçün kənd salındı
8 dekabr 2014
# 11:53

Dünyaca məşhur kloun, aktyor, rejissor Vyaçeslav Polunin Paris yaxınlığında “Axmaqlar kəndi” salıb. Kulis.az-ın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə aktyor oxşar layihəni Rusiyada gerçəkləşdirmək istəyib, amma mümkün olmayıb.

Polunin deyib: ““Aktyorlar” qrupunun düzgün yaşamaq formasını axtaranda belə bir ideya yarandı – Piter yaxınlığında onlara yaşamağa, yaratmağa bir kənd salmaq. Bu kənddə insanlar gəlib yaradıcılıq prosesində iştirak edəcəkdilər, amma bu arzum elə sözdə qalmışdı”.

Poluninin sözlərinə görə, Fransada kəndi salmaq həm iqtisadi, həm də təşkilati cəhətdən qat-qat asan olub.

Xatırladaq ki, Poluninin oxşar layihələri daha öncə də olub. Bundan əvvəl o “Səfehlər Akademiyası”nı təsis etmişdi: “Axmaq olmaq –xoşbəxt olmaqdır. Axmaqlar hər şeyə rəğmən birbaşa öz xoşbəxtliyinə doğru gedən adamlardır. Onlar bütün lazımsız işləri atıb onlara sevinc gətirən işlərin dalınca gedirlər” - deyə məşhur kloun müsahibəsində açıqlamışdı.

Poluninin 2013-cü ildə 20 illiyi qeyd olunan “Qar şousu” tamaşası ona dünya şöhrəti gətirib. 1980-ci ildən “Litsedei” teatrını yaradıb. Həyat yoldaşı və uşaqları da eyni teatrda çalışır.

# 851 dəfə oxunub

Müəllifin son yazıları

# # #