Kann festivalı İran filmi ilə açılacaq

Kann festivalı İran filmi ilə açılacaq
6 aprel 2018
# 10:32

71-ci Kann festivalı İran rejissoru Əsgər Fərhadinin “Hamı bilir” filmi ilə açılacaq.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, film mayın 8-də “Lümyerlərin teatrı”nda nümayiş olunacaq.

İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır. "Hamı bilir" argentinalı ailədən bəhs edir. Onlar Buenos-Ayresdən Penelopanın personajının vətəni olan kiçik ispan şəhərinə yollanırlar. Səfər bir çox sirlərin üstünü açan gözlənilməz hadisələrlə müşaiyət olunur.

# 1142 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #