Kulis.az məşhurların futbol haqqında fikirlərini təqdim edir.
Alber Kamyu: Əxlaq və məsuliyyət haqda bildiyim nə varsa onu futbola borcluyam.
Ondino Viera: Digər ölkələrin tarixi var, Uruqvayın isə futbolu.
Nik Hornbi: Futbol azarkeşinin təbii halı məyusluqdur – görüşün nəticəsi nə olursa olsun.
Bobbi Robson: Futbolu tamamlayacaq tək bir söz var: “Ah!”
Filis Diller: Qadınların futbol oynamağa maraq göstərməməsinin əsl səbəbi başqadır: heç vaxt 11 qadın camaatın içində eyni paltarda görünmək istəməz.
Bjork: Futbol bir istehsal festivalı kimidir. Tək bir yumurtaya daxil olmaq istəyən on bir sperma. Qapıçının halına üzülürəm.
Fransua Moriak: XX əsr futbol əsri olacaq.
Sergey Eyzenşteyn: Heç bir film bu qədər tamaşaçı toplamayacaq, nə qədər ki, 22 nəfər bir topun dalınca qaçır.
Endi Uorholl: Pele mənim nəzəriyyəmi qabaqlayan birdir, o, 15 dəqiqəlik şöhrət əvəzinə 15 əsr qazandı.
Bill Şenkli: Hakimlərin problemi odur ki, onlar oyunun qaydalarını bilirlər, amma oyunun özünü başa düşmürlər.
Valeriy Labonovskiy: Oyun unudulur, amma nəticə yadda qalır.
Denis Lou: Futbol tarixində dəyişməyən yeganə şey topun formasıdır.
Robert Lembke: Futbolu necə oynamaq lazım olduğunu bilən adam heyf ki, mikrofonun qarşısında oturur.
Erik Kontana: Arvadınızı, siyasi əqidənizi, hətta dininizi dəyişə bilərsiniz. Amma azarkeşlik etdiyiniz komandanı heç vaxt.