Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayında sayca 3-cü Beynəlxalq teatr festivalında iştirak edəcək
Bu barədə kulis.az teatra istinadən verdiyi xəbərə görə, 4-9 oktyabr tarixlərində Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində keçiriləcək “ Mariya” Beynəlxalq Monotamaşaları Festivalında ölkəmizi Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək.
Qeyd edək ki, tamaşa Azərbaycan və rus dillərində oynanılır. Səhnə əsəri indiyədək İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən beynəlxalq teatr
festivallarında bir sıra mükafatlara layiq görülüb. Dünyanın müxtəlif ölkələrinin, Polşa, İspaniya, Slovakiya, Türkiyə teatr kollektivinin iştirak edəcəyi Beynəlxalq “Mariya” Monotamaşalar Festivalı çərçivəsində müsabiqələr, sərgilər , elmi konfranslar, ustad dərsləri və yaradıcılıq görüşləri keçiriləcək.