Yeni bir kommersiya filmi ekranlara çıxacaq.
Kulis.az-ın verdiyi xəbərə görə, macəra komediyası janrında lentə alınan “Qulyabanı” filminin istehsalatı artıq tamamlanıb və film 8 fevraldan etibarən kinoteatrlarda nümayiş olunmağa başlanacaq.
Filmdə hadisələr tez-tez qulyabanı peyda olan kənddə baş verir. Türkiyədən bu qulyabanını lentə almaq üçün gələn türk jurnalistlə onun azərbaycanlı yoldaşları arasında baş verən əhvalat gözlənilməz məcrada inkişaf edir.
Filmin baş prodüseri Xalıq Əli, quruluşu rejissoru Pərviz Həsənov, quruluşçu operatoru Orxan Məmmədov, ssenari müəllifi Əlibəy Məmmədli, bəstəkarı Rüstəm Zeynallıdır.
Komediyada Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Əminə Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov, İqrar Salamov, Mithət Aydın, Arif Kərimov rol alıb.