“Oda” teatrı köçür

“Oda” teatrı köçür
29 may 2014
# 12:24

“Oda” teatrı fəaliyyətini başqa məkanda davam etdirəcək.

Kulis.Az-ın xəbərinə görə, artıq özünə bəlli repertuar formalaşdırmış və xeyli müddətdir ki, zirzəmidə fəaliyyət göstərən “Oda” teatrı fəaliyyət göstərdiyi məkandan çıxır.

Buna səbəb teatrın yerləşdiyi zirzəminin yararsız hala düşməsidir. Teatrın aktyoru, Əməkdar Artist İlqar Cahangirovun söylədiyinə görə teatrın bağlanmasından söhbət gedə bilməz: “Biz sadəcə məkanı dəyişəcəyik. Teatrın yerləşdiyi zirzəmi saunayla qonşudur, nəmişlik divarları yararsız hala salıb. Qışda hiss olunmur, amma yayda rütubət çox olur. Biz məkanı dəyişməyə məcburuq. Geniş bir yer axtarırıq. Bir neçə münasib yerə baxmışıq, baha olduğu üçün oranı seçə bilməmişik və birini seçib fəaliyyətimizə davam edəcəyik. Yay uzunu həm istirahət edəcəyik, həm də işləyəcəyik ki, sentyabrda iki tamaşa təqdim edək. Artıq tamaşaların birini işləməyə başlamışıq. Bu, Martin Makdonaxın “Yastıq adam” pyesi əsasında hazırlanan tamaşadır”.

Aktyorun söylədiyinə görə, onlar dəstək üçün əlaqədar nazirlik və qurumlara da məktubla müraciət ediblər.

# 2942 dəfə oxunub

Müəllifin son yazıları

# # #