"Xoxan" gəlir

"Xoxan" gəlir
3 dekabr 2014
# 16:06

Dekabrın 8-də Nizami Kino Mərkəzində “Xoxan” milli komediya filminin qala gecəsi keçiriləcək. Kulis.az-ın Nizami Kino Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə filmin rejissoru Samir Kərimoğlunun komediya janrında çəkdiyi bu filmdə baş rolları aktyorlar Fərda Amin, Elməddin Cəfərov, Nigar İbrahimova, Ələsgər Məmmədoğlu, Şəhriyar Əbilov, Aynur Hüseyn, Nərgiz Zamir və başqaları canlandırıblar.

“Xoxan” filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir.

Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur...

Tamaşaçını “gülməkdən öldürəcəklərini” vəd edən filmin yaradıcı qrupu sözlərini tutacaqlarına əmindirlər.

Qala–gecəsində filmin rejissoru Samir Kərimoğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər.

# 1930 dəfə oxunub

Müəllifin son yazıları

# # #