Vətəndən qovulan rəssam

Vətəndən qovulan rəssam
20 iyun 2011
# 13:16

70-ci illərdə Moskvanın bohem sənət aləmində nonkonformist rəssam Oskar Rabbin çox məşhur idi. O, dissident rəssam kimi tanınırdı. Oskar Rabbini Soljenitsınla müqyisə edirdilər, ona “rəssamlığın Solijenitsını” deyirdilər. Biz bu müqasiyə ilə razılaşmırıq. Müxtəlif dünya görüşü, fərqli həyat tərzi olan iki sənət metrini – rəssamla yazıçını müayisə etmək hardasa bir naşılıq əlamətidir. Bir də Nobel mükafatı laureatı Aleksandr Soljenitsin siyasiləşmiş yazıçıdı və sosial yazıçı olaraq sosrealizm nümayəndəsidir. Oskar Rabbin haqqında isə bunu demək mümkün deyil.

Fransız sənətşünası madam Nikol Lamot “L-Amateur d-Art” jurnalında dərc olunmuş məqaləsində Oskar Rabbin haqqında yazır: “Bütövlükdə götürsək, bu rəssamın manerası hərşeydən öncə ekspressionizmə daha yaxındır. Əslində isə onun yaradıdılığı heç bir cərəyanın təsirinə məruz qalmayıb. Onun bəzi əsərləri ecazkar poeziya nuru ilə işıqlanıb. Bozumtul rəng çalarları ilə işlənmiş “Monmartr” kompozisiyası bu qəbildəndir. Divarları çatlamış, kədərli görkəmli evlər ilıq bir qüssə işığındadır. Rəssam bu əski Paris məhəlləsini duya və əks etdirə bilib. Oskar Rabbin hər şeydə belədir – güclü, cazibədar və qeyri adi”.

1978-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə avanqard rəssam Oskar Rabbin “sovet vətəndaşı statusuna uyğun gəlməyən fəaliyyətinə görə” Sovet İttifaqı vətəndaşlığından məhrum edildi. O, Fransaya getdi. Rabbin Parisdə uzun müddət tərəddüd içində vurnuxdu, ümidlə-ümidsizlik, sevgi ilə nostalji arasında yaşadı.

Yaradıcılığının Paris dövründə yaratdığı ilk əsərlərdə ustalıq, özünəməxsusluq, rəmzlər sistemi, bəzən də ironiya duyulur. Amma bu əsərlərdə vətəndə yaratdığı kompozisiyaların emosional təsiri elə bil bir qədər zəifləyir. Bu da təbii qəbul edilməlidir. Yurd-yuvasını zorla tərk etməyə məcbur olmuş mühacir bir rəssamın həyatını təsəvvürünüzdə canlandırin.

Rabbin özüdə bunu başa büşürdü. Mühacir həyatına alışmaq. Parisi öz şəhəri kimi duymaq, hiss etmək üçün rəssama dörd il vaxt gərək oldu. O dövürdə çəkdiyi əsərlərinin bir çoxunu isə yandıərdı. 1983-cü ildə Oskar Rabbin bir silsilə əsər işlədi. Bu əsərlər əsasən Paris personajlarından ibarətdir. Bu əsərlər uzun illərin axtarışlarının məhsulu idi. Bu əsərlərlə rəssam yenidən özünü təsdiq etdi. Yenidən özünütəsdiq yolu eksperimentlərdən, yanlışlıqlardan itkilərdən keçir.

Bəs Oskar Rabbinin mühacirətdə ən böyük uğuru nə olub? Oskar Rabbinin kompozisiyalarına biganə qalmaq mümkün deyil. Onun dostlarıda, düşmənləri də bunu etiraf edirdilər. Bu isə sənətkar xosbəxtliyidir.

***

Oleq Çelkov 30 ilə yaxındır Parisdə yaşayır. O, nonkonformist rəssamlar hərəkatının təməl daşını qoyanlardan biridir. Çelkov çox vaxt sosial və fəlsəfi mövzulara müraciət edir, adətən iki-üç rənglə işləyir və qırmızı rəngə üstünlük verir. Bu səbəbdəndir ki, onun kompozisiyaları bəzən monoxrom təsiri bağışlayır.

Çelkovun obrazları iri ağızlı, ağır kvadrat çənəli, balaca alınlı, gözlərindən qəddarləq və laqeyidlik yağan adamlardı. Rəssam ayri-ayrı fərdlərin portretini fırçaya almır, o, kütlənin obrazını yaradır. Fanatik üzlü bu adamların əlindən nə desən gələ bilər. Onlar qalın-qalın kitabları tonqala atıb yandırar, qonşudan donos yazarlar, partiyanın əmri ilə adam öldürərlər, müstəbidlərə heykəllər ucaldarlar, gecələr vicdan əzabı çəkmədən yıxılıb yatarlar.

Bəli, Oleq Çelikov kütlənin portretini çəkir. Kütlə pisxologiyasınında isə həmişə zorakılıq və Şər var. Hər bir adamın içində Xeyir və Şəri mövcud olduğu məlum məsələdi. Bu mövzuda Rəssam özü belə deyirdi: “SSRİ –də elə bil mən Şərin mövcudluğu ilə barışmışdım. Şər həyat norması idi, çünki o, hər yerdən boylanırdı. Mənə elə gəlirdi ki, sosializmin yaratdığı yeni irqin, yeni insanın portretini yaradıram. Bura gələndən sonra anladım ki, Şər yalnız SSRİ-də mövcud deyil. Sadəcə olaraq orada Şərin daha böyük konsentrasiyada olması məni bu mövzuda işləməyə yönəldirdi”.

Bəli, Xeyir və Şərin əzəli və əbədi müharibəsi zaman-zaman şairləri, rəssamları, filosofları düşündürüb, narahat edib.

Çelikova elə gəlirdi ki, Parisdə, mühacirətdə onun personajları da dəyişməlidir, amma Günəş hər yerdə eyni cür səxavətlə hər səhər kəhər atı minib üfüqdə peyda olur. Parisdə rəssam özünü azad insan kimi hiss etdi, insanlar arasında insan kimi yaşamağın səadətini duydu. Sovet İttifaqında isə özünün dediyi kimi, o, adamlar arasında canavar idi.

# 1926 dəfə oxunub

Müəllifin son yazıları

# # #