Qapımdakı

Qapımdakı
3 sentyabr 2014
# 09:06

Cümşüd Quliyev

Burda və indi

On səkkiz il olardı ki, mən evdə deyildim. Qapını arxadan bərk bağlamışdım, açar ancaq məndə idi. Mən nə indi, nə də burada yaşamırdım. Gah dünənlərə, əvvəllər olduğum yerlərə, gah da sabahlara, olmadığım yerlərə səyahət edərdim. Mən evdə deyildim.

Həyat hər dəfə qapımı döyəndə qapını açan birisi yox idi . Dünənlərin birində həmişəki xoşbəxtlik axtarışında idim. Uzun, cansıxıcı axtarışlardan sonra, nəhayət ki, real ustadlarımı tapmışdım. Onlar həqiqəti bilirdilər. Məsləhətlərinə qulaq asdım. Onlar məni evə yolladılar.

Evə qayıdarkən qapımın ağzında həyat məni gözləyirdi… Çox yorulmuşdu, uzun illər qapını üzünə açan yox idi. Dəfələrlə ümidsizcəsinə geri dönmüş, amma yenə qayıtmışdı, bu gün də həyat dalımca qayıtmışdı. O, indi və burada idi...

Nəhayət ki, biz üz-üzə gəldik. Onunla birgə ölüm var idi, bu ölüm həyatın vacib hissəsi idi. Bu ikili haqqında çox eşitmişdim, fərqli fərziyyələr, fərqli faktlar... Amma heç biri üz-üzə gəldiyim əsl həyata oxşamırdı, o tamam başqa idi... Həyat çox sadə və anlaşıqlı idi, heç bir sorğu, heç bir düşüncə tələb etmirdi, o sadəcə mövcud idi. Bu həyat sözün həqiqi mənasında həyat idi… İçində xoşbəxtlik, reallıq, azadlıq və sevinc dolu əbədilik vardı…

# 848 dəfə oxunub

Oxşar xəbərlər

# # #