news-inner
clock13:06 calendar-gray 18 İyul 2014 view-gray5176 dəfə oxunub
view-gray5176 dəfə oxunub

Ölümü oğlunu narkomana çevirdi

Onun on dörd yaşı olanda anası Hindistanın məşhur rejissoru Məhbub Xan Caddanbaydan xahiş edir ki, qızını filmə çəksin. Caddanbay razılaşır, qız yox. Çünki, o, həkim olmaq istəyirdi. Həkimlər isə filmə çəkilmir.

Söhbət hind aktrisası Nərgiz Dattdan gedir. “Avara” filminin Ritasınadm... Əsl adı Fatimə Rəşiddir. 1929-cu il, iyunun 1-də imkanlı ailədə dünyaya göz açıb. Onun anası Caddanbay Hindistanın tanınmış aktrisa və müğənnisi idi. Nərgiz beş yaşından filmlərdəki uşaq rollarına çəkilməyə başladı.

Günlərin birində Məhbub Xan Caddanbay Fatiməni kinostudiyaya gətirməyə nail olur. Fatimə divanın üstündə əyləşib ssenari olan vərəqi oxuyur. Sınaq çəkilişləri bitdikdən sonra, Məhbub Xan qışqırıb deyir: “Biz öz qəhrəmanımızı tapdıq!” Fatimə qorxuya düşüb ağlamağa başlayır. Məhbub onu dizi üstündə oturdub başa salır ki, əgər o, bu filmdən imtina etsə, xeyli pul itirmiş olacaq. O, həm də Fatiməni əmin edir ki, bu filmdən sonra yenidən məktəbə qayıdıb təhsilini davam etdirə bilər. Qızcığaz göz yaşları içərisində onunla razılaşır. Beləliklə, Fatimə 1941-ci ildə Bernard Şounun “Piqmalion” əsəri əsasında ekranlaşdırılmış “Tale” filminə çəkilir. Filmdə onun tərəf müqabili Hindistanın ən məşhur aktyorlarından biri olan Motilal olur.

Bu uğurdan sonra Fatimə özünə Nərgiz təxəllüsünü götürür. Və o, ard-arda Məhbub Xanın “Humayn”“Məşq” filmlərinə çəkilir. Məhbub Xan artıq Nərgizin sevimli rejissoru olduğu üçün Nərgiz onun haqqında deyir: “Mən onu bircə baxışından anlayıram”.

“Bəyaz ledi”

Bir müddət sonra Nərgiz həyatının ən böyük sevgisi ilə rastlaşır. Rac Kapurla... 1948-ci ildə “Kül olmuş ehtiras” filmində tərəf müqabili olurlar. Filmdən əvvəl Rac onların evinə gəlir. Qapının zəngini basıb gözləyən Rac Nərgizi görərkən təəccübündən özünü itirir.

Rac Kapur həmin illəri belə xatırlayır: “Mən həmin ərəfədə evli idim, övladım vardı. Mənim 23, Nərgiz isə 16 yaşında idi. Onların evinə gedəndə zəngi çalıb gözlədim. Qapı açılanda təəccübümdən donub qaldım. Qarşımda mələk dayanmışdı! Heç bir şişirtmə etmədən deyə bilərəm ki, o, mələk kimi görünürdü. Onun qısa vurulmuş saçları sol gözünün üstünə tökülmüşdü. Mənə elə gəlirdi ki, o, mənə bir gözü ilə baxır”

Rac Kapur Nərgizlə tanışlıq səhnəsindən sonralar çəkdiyi “Bobbi” filmində istifadə edib. Kapur ağ rəngi çox sevdiyindən Nərgiz həmişə bu rəngdə olan libaslardan istifadə edirdi. Bunun üçün də onu “Bəyaz ledi” deyirdilər.

Kapur həmçinin etiraf edirdi: “Mənim həyatımda qadınlar çox böyük əhəmiyyət kəsb ediblər. Lakin, Nərgizin yeri həmişə o birilərindən üstün olub. Mən ona həmişə deyirdim. “Krişna mənim arvadım, uşaqlarımın anasıdı. Sən isə filmlərimin anası olmalısan”.

“Avara”

Nərgizlə Rac 1951-ci ildə “Avara” filminə çəkilirlər. Filmin çəkilişləri 3 ildən çox davam edir. Bir çox səhnələri çəkmək üçün məşhur kinopavilyonlardan istifadə olunur. Və xeyli pul xərcləndiyi üçün filmin finalını hazırlamağa pul çatmır. Buna görə həm Rac, həm də Nərgiz başqa kinostudiyaların bir neçə filmində çəkilməyə məcbur olurlar. Nəhayət hind kinosunun şedevri sayılan "Avara" ərsəyə gəlir və Kaan film festivalında mükafat qazanır.

Bu müddət ərzində Nərgiz və Racın arasında olan sevgi münasibətləri öləziməyə başlayır. Ətrafdakı insanlar onların məhəbbətinin ümidsiz olduğunu bilirdilər. Çünki, Rac öz həyat yoldaşı Krişnadan ayrılmır. Belə olan halda Nərgiz Racla yollarını həmişəlik ayırır.

Alovlu eşq

Bir müddət sonra Məhbub Xan çəkəcəyi “Ana Hindistan” filmində Nərgizi baş rolda görmək istəyir. Həmin filmdə ana rolunu ifa edən Nərgizin dəlisov oğlu roluna aktyor Dilip Kumar təsdiq olunur. Dilip Kumar ilə Nərgiz “Çaxnaşma” filminin çəkilişlərindən sonra ilk dəfə idi ki, görüşürdülər. Həmin filmdə Nərgizlə Dilip Kumar Rac Kapurun film studiyasında bərk mübahisə etmişdilər. Görünür elə bu səbəbdən idi ki, Dilip Kumar Nərgizlə yenidən eyni filmdə tərəf müqabili olmaqdan imtina edir. Bir müddət sonra Məhbub Xan gənc aktyor Sunil Datt ilə görüşür və onu Dilip Kumarın yerinə təsdiq edir.

Sunil ilə Nərgiz bir neçə il əvvəl bir filmin premyerasında tanış olurlar. Onlar ikisi də səhnədə birlikdə dayanırlar. Həmin vaxtı Sunil özlüyündə fikirləşir ki, çəkilən fotolarda onun Nərgiz kimi aktrisayla xatirə olaraq bir fotosu qalacaq. O vaxtdan xeyli vaxt keçmiş Nərgizlə Sunil eyni filmdə tərəf müqabili olurdular.

Tale elə gətirir ki, film zamanı qorxulu bir hadisə onları daha da yaxınlaşdırır. 1 mart 1957-ci il gecə saat 4.30-da filmdəki yanğın səhnəsinin çəkilişi zamanı küləyin dəyişən istiqaməti yanğını daha da gücləndirir. Heç kimin gözləmədiyi tükürpərdici vəziyyət yaranır. Nərgizin ətrafı anidən alovla əhatələnir. Ətrafda dayananlardan təkcə Sunil Nərgizi ordan çıxarmaq üçün irəli atılır. O, üst-başı yanmış Nərgizi təhlükədən xilas edir.

Sunil Datt sonralar deyirdi: “Əgər Nərgizin yerinə başqa aktrisa olsaydı, mən öz həyatımı təhlükəyə ata bilməzdim”

Sunilin cəsur hərəkəti Nərgizi ona başqa gözlə baxmağa məcbur edir. Bir neçə gün sonra isə o, gündəliyinə bu sözləri yazır: “Mən yeni Nərgizəm. Alovun içərisindən keçdikdən sonra özümü xoşbəxt hiss edirəm.”

Daha sonra o, Sunilə təşəkkür etmək üçün vasitə tapır. O, Sunliln bacısının ağır xəstə olduğunu eşidib onu şəhərin ən yaxşı xəstəxanalarından birinə köçürür. Sunilin bacısı qızını isə anası sağalana qədər öz himayəsinə götürür. Bir müddət sonra Nərgiz və Sunil artıq həmişə birlikdə görünürlər.

Rac Kapur Nərgizin Sunillə olan yaxınlığını eşidən kimi yaxın dostları olan Nilamı Nərgizin evinə yollayır. Bir neçə həftədən sonra Nilamla Nərgiz Rac Kapurun studiyasına gəlirlər. Rac Nərgizə baxıb Nilama deyir: “Sən mənə heç nə demək istəmirdin. Ancaq ona bax. Hər şey onun simasına yazılıb”.

Həmin görüş çox gərgin olur. Geri qayıdanda Nərgiz Nilama deyir: “Bir də heç vaxt Rac Kapurun studiyasına getməyəcəm”.

“Ana Hindistan” və “Kabiriyanın gecələri”

5 sentyabr 1957-ci ildə “Ana Hindistanın” filminin premyerası olur. Filmdən gələn gəlirin bir hissəsi İrandakı zəlzələdən əziyyət çəkənlərə göndərilir.

Həmin film 1957-ci ildə “Oskar” mükafatına təqdim olunur. “Ana Hindistan” filmi cəmi bircə səslə Federiko Fellininin “Kabiriyanın gecələr” filminə uduzur və “Oskar”dan məhrum olur.

Evlilik

Filmdəki işi Nərgizin sözsüz ki, ən yaxşı rolu olur. Lakin, filmdən sonra o, zəif rollara çəkilməkdən imtina edir. Nərgiz tez-tez Sunilin xəstə bacısını ziyarət etməyə gedir. Günlərin birində Sunil onu evlərinə yola salanda evlənmək təklifi edir. Nərgiz onun evlilik təklifini qəbul edir. 1958-ci il martın 11-də onların toyu hind adət-ənənələri ilə baş tutur. Toya gələrkən Nərgiz tıxaca düşdüyündən 3 saat gecikir. Sunil isə elə bilir ki, Nərgiz onunla evlənməkdən vaz keçib. Lakin, öz növbəsində Nərgiz Sunillə özünü çox xöşbəxt hiss edir. “Mənim toyum çox dəbdəbəli və gözəl olacaq. Mən hamıdan gözəl gəlin olacam” - deyir. Gözlənilən an gəlib çatır. Nərgiz toya gəlib yetişir.

Toydan sonra o, evə bağlanır. Tezliklə onların bir oğlu olur. Daha sonra isə AncuPreya adlı qızları da doğulur.

Amansız xəstəlik və son

Doqquz ildən sonra aktrisa yenidən ekranlara qayıdıb bir neçə filmdə iştirak edir. Lakin, çox gənc yaşlarından o, amansız xərçəng xəstəliyinə yaxalanır. Nərgiz xeyli müddət həmin xəstəliklə mübarizə aparsa da, sonunda xəstəlik qalib gəlir. O, 3 may 1981-ci ildə həyatla vidalaşır. Mayın 7-də onun oğlu Sancay Dattın baş rolda çəkildiyi “Roki” filminin premyerası olur. Həmin vaxtı kinoteatrda Nərgizin yeri boş saxlanılır.

Nərgizin ölümü 22 yaşlı oğlu Sancay üçün əsl faciə olur. Anasına həddindən artıq bağlı olan Sancay onun ölümündən sonra narkotika istifadəçisinə çevrilir.

Hindistanın baş naziri İndira Qandi aktrisanın ölümünə ən çox kədərlənən insanlardan biri olur. O, Nərgizin ailəsinə başsağlığı verərkən deyir: “Onun sevgi dolu, canlı siması hələ uzun müddət insanlara sevinc bəxş edəcək”.

Hazırladı: Samirə Əşrəf

news-inner-user

12628 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“Qan qohumları” gəlir - Fotolar
14:40 23 Sentyabr 2019
Şəhid şairə kitab həsr olunub
14:02 23 Sentyabr 2019
Şübhə etməyə haqqımız yoxdur
13:24 23 Sentyabr 2019
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
12:49 23 Sentyabr 2019
“Bir şeir” müsabiqəsində növbəti Şeirlər
12:15 23 Sentyabr 2019
Nazim Hikmətin ölümündən iki gün əvvəlki görüntüləri yayılıb - Video
11:35 23 Sentyabr 2019
Vurğun Əyyub üçün dua – Şərif Ağayar yazır...
10:55 23 Sentyabr 2019
"Çernobıl” serialı Emmi mükafatı aldı
10:34 23 Sentyabr 2019
Türkiyəli şair Kulisin müsabiqəsinə qatıldı
10:00 23 Sentyabr 2019
Məmmədbağır Bağırzadənin oğlu: “Anam atamın başqa qadınla yaşamasına razıydı” – Müsahibə
09:00 23 Sentyabr 2019
Vurğun Əyyubun səhhəti ağırlaşıb
21:31 22 Sentyabr 2019
Gənc şairdən gözəl bir ata şeiri
12:30 22 Sentyabr 2019
Nаmiq Аbdullаyеvin ахırı – Əjdər Oldan unikal portret-hekayə - İlk dəfə
10:01 22 Sentyabr 2019
Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi
17:40 21 Sentyabr 2019
Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
16:44 21 Sentyabr 2019
Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
16:12 21 Sentyabr 2019
Döyülsə də, şəkillərdə gülən qadınlarımız
15:05 21 Sentyabr 2019
“Anama ikinci uşağı qadağan eləmişdilər” – Müsahibə
14:30 21 Sentyabr 2019
Avtobus etüdləri
13:11 21 Sentyabr 2019
Tanınmış rəssamın sərgisi keçiriləcək
12:26 21 Sentyabr 2019